Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xırmancıq
Xırmancıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Xırmancıq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Rusiya-İran müharibəsindən (1826–1828) sonra Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmə ermənilərin Xırmancıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim "kicik xırman" mənasındadır. Etnotoponim olması da mümkündür. == Tarixi == === Tarixi abidələri === Xırmancıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kurmanci
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
İdmançı
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. == İdmanın faydaları == İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Kurmanci dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
Mehmet Harmancı
Mehmet Harmancı (d. 28 dekabr 1977, Lefkoşa, Kipr Türk Federal Dövləti) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyunn 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Zirmanlı (Urmiya)
Zirmanlı (fars. ‎‎‎زيرمانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (55 ailə).
Ağaxan Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nəsirəddin şahın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Kırmanc dili
Kırmanc dili — ələvi zazaların danışdığı dil. Zaza dilinin şimal ləhcəsi hesab edilir.
Nazimülislam Kirmani
Mirzə Məhəmməd bin Əli Nazimülislam Kirmani (1861-1918)—İran tarixçisi. == Həyatı == Mirzə Məhəmməd bin Əli 1861-ci ildə Kirman şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nazimülislam Kirmani kimi tanınırdı. Tarixçi idi. Tarixçi əsərində şahidi olduğu hadisələrin obyektiv təsvirini verir. O, qeyd edir ki, XX əsrin əvvəllərində bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, şah sarayı və hökumətin milli mənafeyə zidd siyasəti, rüşvətxorluq və ədalətsizlik doğuran siyasi qurpuluşun çürüklüyü, digər tərəfdən, İran cəmiyyətinin qabaqcıl dairələrinin milli şüurunun inkişafı İranda sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu. Nazimülislam Kirmani yazır ki, artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu. Nazimülislam Kirmani yazır: "Dünyada İran şahı qədər geniş yetkiləri olan hökmdar sayı çox azdır.
İmad Kirmani
İmad Kirmani (?-1372) — İran şairi. == Həyatı == İmad Fəqih Kirmani (vəf.1372) XIV əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur. Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir. Lirik əsərlərlə (qəzəl, qəsidə, qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki, bunlar içərisində 1355-ci ildə yazılmış "Təriqətnamə" poeması xüsusilə diqqəti cəlb edir. Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir. Əsərin yazılma səbəbi barədə müəllif bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki, şair uzun müddət "təsəvvüfə dair qısa və aydın bir kitab " yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kermanda onun xanəgahı vardı.
Aqşin Babayev (idmançı)
Aydın Kərimov(idmançı)
Aydın İbrahimov (idmançı)
Azad Məmmədov (idmançı)
Azad Məmmədov (18 aprel 1974, Şəki) — Azərbaycanlı qaydasız döyüşçü və samboçu; Döyüş sambosu və Pankration (qaydasız döyüş) üzrə Dünya mükafatçısı, Avropa və Rusiya çempionu, Beynəlxalq turnirlərin qalibi; Sambo idman növü üzrə beynəlxalq dərəcəli idman ustası; Samuray (Yaponiya) və Cəngavər (Rusiya) qılınclarının sahibi; "Gladiator İdman Klubu" təsisçisi və rəhbəri (2020-h.h); Mercedes-Benz Azərbaycan Avtomobil Klubunun prezidenti (2019-h.h); Birinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Azad Əsgər oğlu Məmmədov 1974-cü ildə Şəki şəhərinin Qoxmuq kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1980–1990-cı illərdə Qoxmuq kənd orta məktəbində orta təhsil almışdır. 1990-cı ildə BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, universitetin Bakalavr və Magistr dərəcələrinə yiyələnmişdir. Peşəkar idman karyerasını 2008-ci ildə başa vuran Azad Məmmədov hal-hazırda Şəki şəhərində bir neçə filialı olan Gladiator İdman Klubu"nun təsisçisi və rəhbəri, Mercedes-Benz Azərbaycan Avtomobil Klubunun prezidenti və iş adamı kimi fəaliyyət göstərir. Oğlu Əsgər Məmmədov da atasının yolu ilə gedərək professional Judo idman növü ilə məşğul olur. == Peşəkar karyerası == Üçrəngli bayrağımızın dünya və Avropa ölkələrinin idman meydanlarında dalğalanmasında böyük rolu olan Azad Məmmədov idman sahəsində böyük uğurlar qazanmış idmançılarımızdandır. Hələ uşaq vaxtlarından idmana meyilli olan və Sambo ilə məşğul olan Azad 1988-ci ildə ilk dəfə orta məktəbdə keçirilən yarışda qalib gəlir. Qaydasız döyüşə marağı sonradan yaransa da ən böyük nailiyyətləri məhz bu idman növüylə bağlıdır. Qaydasız döyüş üzrə ilk rəsmi qələbəsi 1999-cu ildə olub.
Azad Əliyev (idmançı)
Azad Əliyev — müstəqil Azərbaycanın Yunan-Roma güləşi üzrə ilk mükafatçısı, 1994-cü ildə "ilin idmançısı", SSRİ birinciliyinin mükafatçısı Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, əməkdar məşqçi və yunan-roma güləşi üzrə əməkdar idman ustasıdır. == Həyatı == Əliyev Azad Aydın oğlu 23 may 1970-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir. İki övladı var. === Təhsili === 1977–1987-ci illərdə İdman təmayüllü tam orta məktəbdə oxuyub. 1993–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası hüquq fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == Hüquq mühafizə orqanlarında müxtəlif sahələrdə çalışıb. Sonuncu iş yeri Polis Akademiyasında idman müəllimi olub. Hal-hazırda təqaüddə olan polis mayorudur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçık vergi xidməti müşaviri vəzifəsində çalışır. == Karyerası == Uşaq yaşlarından Yunan-Roma güləşi ilə məşğul olan Azad Əliyev Azərbaycan müstəqil olduqdan sonra idmanın bu sahəsində beynəlxalq arenalarda mükafat qazanan ilk idmançıdır.
Azər Əhmədov (idmançı)
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu – 14 noyabr 2023) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyib.
Bəxtiyar Abbasov (idmançı)
Bəxtiyar Abbasov (30 noyabr 1985, Qaradağlı)— Azərbaycanlı peşəkar MMA döyüşçüsü. == Həyatı == 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir. Bəxtiyar Abbasov 2012-ci ildə cüdo üzrə beynəlxalq dərəcəli idman ustası adınada layiq görülmüşdü Bəxtiyar Abbasov 01.07.2008 - ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının "Vətən uğrunda " medalı ilə təltif olunub . Bəxtiyar Abbasov 16.12.2016 - cı ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanda Sambo idman növünün inkişafında xüsusi xidmətinə görə fəxri fərmanı ilə təltif olunub.
Bəxtiyar Quliyev (idmançı)
Ceyhun Məmmədov (idmançı)
Ceyhun Məhəmməd oğlu Məmmədov (23 may 1968, Ağdam) — sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir. == Həyatı == Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1991-ci ildə həmin institutun məşqçilik fakültəsini bitirib. 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov həmçinin polis polkovnik leytinantı rütbəsini daşıyır. == Fəaliyyəti == 1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb. 1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. 1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb. 1990-cı ildə "SSRİ-nin Əməkdar idman ustası" fəxri adı verilib.
Elçin Hüseynov (idmançı)
Elçin Zeynalov (idmançı)
Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; 1 aprel 1948, Kirovabad) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi. == Həyat və fəaliyyəti == Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib. Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Emin Quliyev (idmançı)
Emin Quliyev - Azərbaycanlı futbolçu. Hazırda Keşlə klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Emin gənc futbolçu kimi “Keşlə”nin gənclər klubunun üzvü olub. 2018-ci ilin iyulundan isə “Keşlə”də çıxış edir. Quliyev 2017/18 mövsümünü icarə əsasında Bakının MOİK klubunda keçirib. 2018-ci ilin sentyabrında “Keşlə”nin "Qəbələ" ilə Premyer Liqa matçı üçün əsas heyətinə cəlb olunub.
Faiq Rəfiyev (idmançı)
Fərid Ağayev (idmançı)