Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xaf
Xaf—Xorasanda qədim şəhər. == Tarixi == == Coğrafiyası == Qədimdə vilayət idi. Tarixçi Hafiz Əbruya görə şərqdən Baxərz, qərbdən Kuhistan, şimaldan Zavə və Nişapur, cənubdan səhradır ki, Kuhistan, Fərah və Sistan arasında yerləşir.
Qasımabad (Xaf)
Qasımabad — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Colgə Zozan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,022 nəfər və 850 ailədən ibarət idi.
Xaf şəhristanı
Xaf şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xaf şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 108,964 nəfər və 23,896 ailədən ibarət idi.
Ras Xafun burnu
Ras-Xafun (somali Xaafuun) — Afrikanın şərqində 40 km uzunluğuna malik burun. Afrika materikinin şərq ucqar nöqtəsidir. Hind okeanı sahilində yerləşən burun Somali ərazisində yerləşir. İlk dəfə Osmanlılar tərəfindən məskunlaşılmışdır. == Müasir Xafun == Hazırda Xafunda 2500 balıqçı yaşayır. 2004-ci ildə Hind okeanında baş vermiş sunami burunda yerləşən şəhərə böyük ziyan vurmuşdur. Xüsusi ilə burnun qərb hissəsi dəniz səviyyəsindən cəmi 2 metr hündür olduğundan 813 ev dağılmış, 432-si isə ciddi ziyan görmüşdür. 19 cəsəd tapılsa da, 140 nəfər səssiz-səmirsiz itkin düşmüşdür. Ərazinin böyük hissəsi suyun altında qalsa da burnun əsas hissəsi mövcudluğunu qoruyur. == Mənbə == Новостное агентство Хафуна Arxivləşdirilib 2012-02-13 at the Wayback Machine About Archaelogy entry on Opone Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine Hafun tsunami videos Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine Статья Би-би-си о последствиях цунами (ing.) Hermann M. Fritz and Jose C. Borrero, «Somalia Field Survey after the December 2004 Indian Ocean Tsunami» Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine, Earthquake Spectra, Vol.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Maf
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. == İstifadəsi == Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xaç
Xaç, bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biriir və ya hər ikisi də ortasından ikiya bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər. Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər. == Qırmızı Xaç == == Qamalı xaç == == Xaç motivli bayraqlar == Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.
Xaş
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. == Həyatı == Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. == Karyera == Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
XAI
xAI — İlon Mask tərəfindən 2023-cü ilin martında qurulan süni intellekt (Sİ) sahəsində çalışan Amerika startap şirkəti. == Zəmin == 2015-ci ildə Mask Sİ tədqiqat şirkəti OpenAI-də ilk direktorlar şurasına qoşuldu. O OpenAI-yə 1 milyard dollar sərmayə qoydu, lakin 2018-ci ildə Sİ təhlükəsizliyi ilə bağlı fikir ayrılığı nəticəsində idarəçiliyi təhvil almaq üçün verilən uğursuz təklifdən sonra idarə heyətini tərk etdi. 2023-cü ilin aprelində Financial Times bildirdi ki, Mask süni intellekt startapı yaratmağı planlaşdırır və potensial yeni geniş dil modeli üçün minlərlə Nvidia GPU prosessoru satın alıb. xAI 9 mart 2023-cü ildə Nevada ştatında İlon Mask tərəfindən təsis edilib. Şirkətin veb-saytında 2023-cü ilin iyul ayına olan məlumata görə, "xAI-nin məqsədi kainatın əsl mahiyyətini anlamaqdır". == Tarixi == Mask 2023-cü il iyulun 12-də xAI-nin yarandığını rəsmən elan etdi. Tarix (7 + 12 + 23 = 42) Duqlas Adamsın "Avtostopçunun Qalaktika bələdçisi" romanına (hansı ki, superkompüter həyat, kainat və hər şeylə bağlı son sualın cavabının 42 olduğunu hesablayır) və şirkətin "kainatı anlamaq" missiyasına istinad edilərək seçilib. Şirkətin baş ofisi Kaliforniyanın San-Fransisko körfəz bölgəsində yerləşir. Layihənin rəhbərlərinin fikrincə, xAI-nin məqsədlərindən biri müasir modellərdə tapılmayan qabaqcıl riyazi mülahizələrə qadir olan süni intellekt yaratmaqdır.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. == Qaynaqlar == شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
A Xaç
Alfa Xaç (α Crucis, qısaldılmış Alfa Cru, α Cru) — Xaç bürcü və Cənub Xaçı olaraq tanınan ulduzlar qrupunun bir hissəsi olub Günəşdən 321 işıq ili məsafədə yerləşir. Xaç bürcünün ən parlaq ulduzunun ulduz ölçüsü 0.76-dır və o gecə səmadakı 13-cü ən parlaq ulduzdur. α 1 {\displaystyle \alpha ^{1}} α Sentavrdan azca cənubda olub cənub göyünün ən parlaq ulduzudur. α Xaç adi gözlə tək bir ulduz kimi görünür ancaq əslində bir neçə ulduzdan ibarət çox ulduzlu bir sistemdir. İki komponent vizual olaraq ayırt edilə bilər: α 1 {\displaystyle \alpha ^{1}} Xaç və α 2 {\displaystyle \alpha ^{2}} Xaç; Alternativ olaraq, "α Xaç A" və " α Xaç B" adlanır. Hər ikisi B tipli ulduzlardır və Günəşdən daha böyük və parlaqdırlar. α 1 {\displaystyle \alpha ^{1}} Xaç özü, α Xaç Aa (bu ulduz Akruks adlanır) və α Xaç Ab ulduzlarından ibarət spektroskopik qoşa sistemdir. Bu iki komponentli ulduz sisteminin periodu 76 gündür və bir birindən bir astronomik vahid (a.v.) məsafə ilə ayrılır. İki komponent, α 1 {\displaystyle \alpha ^{1}} Xaç və α 2 {\displaystyle \alpha ^{2}} Xaç, 4 arcsaniyə ilə ayrılır. α 1 {\displaystyle \alpha ^{1}} -in ulduz ölçüsü 1.40-dır və α 2 {\displaystyle \alpha ^{2}} -nin ulduz ölçüsü 2.09-dür, həm ilkin B tipli ulduzlardır, həm də səth temperaturu təxminən 28.000 və 26.000 K-dir.
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Həmədan) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir. Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Akça Xan
Alaz Xan
Alaş Xan
Allahqulu xan
Allahqulu xan(1794–1842)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmməd Rəhim xandan sonra yerinə keçən oğlu Allahqulu xanın (1825–1842) səltənət dönəmi Xivə xanlığının ən yaxşı dövrlərindən birini təşkil etdi. Allahqulu xanın göstərdiyi uğur bilxassə İran və Buxarada qısqanclıq doğurdu. Ruslar da bundan faydalandılar və 1830-cu illərin əvvəllərindən etibarən İranlıları Mərv və Herat istiqamətində genişləməyə, Buxara əmirliyini də silahlandırıb hərbə təşviq etdiler. Sonunda rusların Buxara əmirinə savaş sursatı aparsn bir dəstənin Xivə torpaqlarından zorla keçməyə qalxması, Xivə qüvvələrinin də bunları yaxalayıb əsir alması Rusiya ilə Xivənin arasını açdı və rusların Xivə xanlığına qarşı ilk ciddi səfərlərini aparmalarına səbəb oldu. Əsas məqsədləri, Türkistana enməkdə ən böyük əngəl olaraq gördükləri Xivə xanlığını nəzarət altına almaq olan ruslar, General Perovski komandasında 13.000 nəfərlik bir qüvvəni Xivəyə göndərdilər (14 noyabr 1839). Fəqət 5 dekabr 1839-cu ildə Manqışlaqın Üstyurd bölgəsindəki Beş-Tumak vahəsində aparılan savaşı uduzdular və Orenburqa çəkildilər. Perovskinin amacı, Orenburqda gərəkli köməyi aldıqdan sonra 1840-cı ilin baharında yenidən Xivə üzərine yürüməkdi. Fəqət bu sırada İngiltərənin etdiyi müdaxile savaş durumuna son verdi. Rusların Xivə və Türkistanı almaları halında Hindistandakı hakimiyətlerinin təhlükəyə girəcəyini düşünən İngilislər, Allahqulu xanı Rus əsirlərini sərbəst buraxması üçün razı saldılar.
Allahverdi xan
Allahverdi xan (gürcü)
Allahyar xan
Allahyar xan Dəvəli-Qacar — İranın baş naziri Allahyar xan Qılıncçı — Qılıncçı tayfasının başçısı.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.