Maf

MafŞəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Gəncə-Qazax düzənliyində yerləşir. Əsli Maafdır. Ərəbcə maaf sözünün hərfi mənası “kənar edilmiş, çıxarılmış, azad” deməkdir. Maaf bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş kəndli kateqoriyası olmuşdur. Xanlıqlar dövründə ölkənin siyasi həyatında mühüm rol oynayan maaflar xanın hərbi dəstələrində xidmət etməli, xanlığın sərhəd rayonlarını basqınlardan qorumalı idilər. Bunun müqabilində onlar hər cür vergi və mükəlləfiyyətdən azad olurdular. Güman etmək olar ki, kənd vaxtilə maafların sərəncamında olduğu üçün belə adlandırılmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.