Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yelena Topiya
Yelena Topiya (alb. Helena Thopia; XIV əsr, Albaniya – Albaniya) — Kruya bölgəsini üç müddət ərzində suveren ölkə olaraq qoruyub saxlayan Topiya ailəsindən alban şahzadəsi; 1388–1392, 1394–1402 və 1403–1404-cü illərdə ölkəni idarə edib. == Həyatı == Şahzadə Yelena Topiya Karl Topiya və Voysava Balşanın böyük qızı idi. Onun ilk evliliyi venesiyalı zadəgan Marko Barbariqo ilə olub. Atasının ölümündən sonra, 1388-ci ildə, o, Kruya Qalasını və ətraf bölgəni miras aldı. 1392-ci ildə əri ilə Venesiya qoşunları arasındakı düşmənçilik nəticəsində Venesiyaya sadiq olan ögey qardaşı Nikita Topiya Kruya şəhərinə hücum etdi və onları Balşiç ailəsi arasında sığınacaq tapmağa məcbur etdi. 1394-cü ildə Osmanlılar tərəfindən Kruyanı idarə etmək üçün təyin edilən Konstantin Balşiç onunla evləndi. Konstantin Osmanlı vassalı kimi hökm sürdü və 1402-ci ildə öldürüldü. 1403-cü ildə Nikita Topiya Yelenadan qalanı ələ keçirdi. Konstantinin ölümündən sonra Yelena və oğlu Stefan əvvəlcə Venesiyaya getdilər, sonra isə bacısı Mariya ilə birlikdə yaşadılar.
Zofiya Zamenhof
Zofiya Zamenhof (pol. Zofia Zamenhof; 13 dekabr 1889, Kaunas – 12 sentyabr 1942, Treblinka ölüm düşərgəsi, Mazovets voyevodluğu) — yəhudi-polyak əsilli pediatr, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun qızı. == Həyatı == Zofiya 1907-1913-cü illərdə Lozanna Universitetində tibb təhsilini başa vuraraq 1914-cü ildə Sankt-Peterburqda dövlət imtahanından keçmişdir. Daha sonra daxili və pediatriya xəstəlikləri sahəsində ixtisaslaşmağa davam etmişdir. Zofiya Lebedində, 1922-ci ildən isə Varşavada xəstəxanaların birində işləyib. İkinci Dünya müharibəsi zamanı Varşavadakı gettoya köçür. Faşistlərin olmasına baxmayaraq, tutulub ölüm düşərgəsinə göndərilənədək tibbi fəaliyyətinə davam etmişdir. 1942-ci ildə Varşava gettosundakı Umşlaqplatsdan götürülərək Treblinka ölüm düşərgəsinə aparılmış və burada qaz kamerasında ölümə məhkum edilmişdir. Zofiyanın simvolik məzarı Varşavanın yəhudi məzarlığında yerləşir. Klara Zamenhofun türbəsinin yaxınlığında xatirə lövhəsi də yerləşir.
Poppya
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Emil Zolya
Emil Zolya (fr. Émile Zola; 2 aprel 1840[…], Sen-Jozef küçəsi[d] – 29 sentyabr 1902[…], Paris, Üçüncü Fransa Respublikası[…]) — məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi. == Həyatı == Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə yoxsul bir ailədə dünyaya gəlmiş, lakin uşaqlıq illərini Fransanın Ekzi şəhərində keçirmişdir. Atası Venesiya immiqrantı mühəndis Fransua Zolya, anası fransız Emili Ober idi. Atası erkən dünyasını dəyişdiyinə görə kiçik yaşlarından evin bütün yükü Emil Zolyanın üzərinə düşmüşdü. Emil Zolya Burbon kollecində təhsil almışdır. Ədəbiyyata olan marağı məktəb çağında dram, poeziya və teatra olan marağı ilə başlayıb. Aleksandr Düma, Ejen Syu, Pol Feval kimi bir çox məşhur yazıçıların bütün kitablarını oxumuşdur. Məktəb illərində Pol Sezan və onun yaxın dostu Jan Batist Bayl ilə tanış olur. Həmin bu üçlük Viktor Hüqonun əsərlərini oxuduqdan sonra onun şəxsiyyətindən təsirlənərək bir ilə kimi onu özlərinə ustad seçirlər.
Zofya Posmış
Zofya Posmış (pol. Zofia Posmysz 23 avqust 1923, Krakov – 8 avqust 2022, Osventsim, Kiçik Polşa voyevodluğu[d]) — Polşalı yazıçı və ssenarist. == Bioqrafiyası == 1942-ci ildən bəri alman Auşvitz və Ravensbrük konservasiya düşərgələrində saxlanılmışdır. Müharibədən sonra Varşavaya yerləşdi. 1952-ci ildə paytaxt universitetinin filologiya fakültəsini bitirib. "Głos Ludu" qəzetinin redaksiyasında korrektor vəzifəsində işləmiş, sonra Polşa Radiosu ilə əməkdaşlıq etmişdir. == Yaradıcılığı == Zofya Posmış 1945-ci ildə "Belsenden olan baş kəsənləri tanıyıram" adlı bir ədəbi xatirə kitabı ilə debüt edir. Yazıçı "45-ci kayutdan olan sənişin" radio pyesinə şöhrət qazanır. Eyni adlı bir kitab 1962-ci ildə nəşr olunur. Bu əsərə əsaslanaraq, polyak rejissoru Andrzey Munk ölümündən sonra 1963-cü ildə nümayiş olunan "Sərnişin" bədii filmini çəkir.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədi ilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi. Üç yerə bölünür: 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər. 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar. 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
Moziya
Myoziya (lat. Moesia, yun. Μοισία) — Serbiya, Bolqarıstan və Rumıniyanın Dunay çayının cənubundakı torpaqları arasında qalan qədim Roma əyaləti və tarixi bölgə. == Coğrafiya == Antik coğrafiya mənbələrinə görə Myoziya cənubdan Balkan (Haemus) və Şar dağları, qərbdən Drina çayı (Drinus), şimaldan Dunay çayı və şərqdən Qara dəniz ilə əhatə olunmuşdur. Bölgə əhalisinin böyük hissəsi fraklar və illiryalılar Bölgə adını e.ə. 75 - e.ə. 29 illəri arasında bura işğal olunmazdan qabaq yaşayan frak-ilirya mənşəli mozilərdən almışdır. 6-cı ildən bu bölgə Roma əyaləti olmuşdur. Bölgə 87-ci ildə Roma imperatoru Domisian tərəfindən Yuxarı Myoziya və Aşağı Myoziya olmaqla iki yeni əyalətə ayrımışdır. == Tarix == E.ə.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Sepiya
Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır. == Quruluşu == Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir.
Sofiya
Sofiya — Bolqarıstanın paytaxtı və ən böyük şəhəri. Sofiyada 1.4 milyona yaxın insan yaşayır, bəzi mənbələrdə isə 2 milyona yaxın əhalinin olduğu deyilir. Sofiya əhalisinin 96% bolqarlar təşkil edir. İkinci böyük etnik qrup isə türklərdir — 0,6%. Digər millətlər isə əhalinin 3%-ni təşkil edir. Sofiya şəhəri ölkənin qərb hissəsində Vitoşa dağının ətəyində yerləşir.Şəhər İskar çayının qərbində salınıb.Rütubətli kontinental iqlimə malikdir.Balkan yarımadasının mərkəzində olmaqla, Qara dənizlə Adriatik dənizinin arasında və Egey dənizinə ən yaxın yerdə yerləşir. Antik dövrdə Serdica və Orta əsrlərdə Sredets kimi tanınan Sofiya şəhəri eramızdan əvvəl 7000-ci ildən bəri insanların məskunlaşdığı ərazidir. Şəhərin yaranma tarixi eramızdan əvvəl 29-cu ildə Serdicanın Roma Respublikasının Kelt qəbiləsindən olan Serdi tərəfindən fəth edilməsi ilə başlayır. Roma İmperiyasının tənəzzülü zamanı şəhərə hunlar, vestqotlar, avarlar və slavyanlar basqın etdilər. 809-cu ildə Serdica Krum xan tərəfindən Birinci Bulqar dövlətinin tərkibinə daxil edildi və Sredets adı ilə tanındı.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Utopiya
Utopiya — yunan dilində real həyatda mövcud olmayan mükəmməl məkanı ifadə edən anlayış. XVI (16-cı) əsrin ingilis filosofu Tomas Morun 1516-cı ildə yazdığı “Utopiya”adlı əsərində təsvir edilən cəmiyyəti quran adamın adından götürülmüşdür. == Tarixi == Janrın başlanğıcı hələ (daha) mükəmməl dövlətin yaradılmasına həsr edilmiş antik filosofların əməkləriylə qoyulmuşdu. Platonun "Dövləti" onlardan ən məlumdur (məşhurdur), hansında ki, o obraz və Spartanın oxşarlığı üzrə (görə) tikilmiş mükəmməl dövləti təsvir edir belə çatışmazlıqların yoxluğuyla, məxsuslar Spartaya, necə ümumi korrupsiya (Spartada rüşvətlər hətta çarlar və Eforlar götürürdü), qulların üsyanının daimi təhlükəsi (təhdidi), vətəndaşların daimi defisiti və s. Janr yenidən İntibah dövrünə meydana çıxır ki, "Utopiyanı" yazmış Morun Tomasının adıyla bağlıdır (bağlanmışdır). Bundan sonra sosial-utopistlərin (xülyaçıların) aktiv iştirakıyla Utopiyanın janrının çiçəklənməsi başlandı. Daha sonra, sənaye inqilabının başlanğıcıyla, yaranmış sıranın (nizamın) tənqidçisi əvvəlcə həsr edilmiş antiutopiyanın janrında ayrı əsərlər meydana çıxmağa başladılar. Daha sonra Utopiyaların tənqidçisi həsr edilmiş antiutopiyanın janrında əsərlər çıxdı. == Ədəbiyyat == Святловский В. В. Каталог утопий. М.— Пг., 1923.
Zosima
Atıl-batıl (lat. Zosima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pichleria Stapf & Wettst. == Növləri == Yovşanyarpaq atıl-batıl (Zosima absinthiifolia (Vent.) Link) Zosima gilliana Rech.f. & Riedl Zosima korovinii Pimenov Zosima radians Boiss. & Hohen.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Zixiya
Zixiya (adıq Адзыгъуэй) — Qara dənizin şimal-şərq sahilində çərkəzlərin yaşadığı orta əsrlər padşahlığı, Çərkəzistanın sələfi. == Tarixi == Padşahlığın dəqiq sərhədləri məlum deyil. X əsr Bizans imperatoru VII Konstantinə görə, Tmutarakandan ( Tmutorokan ) cənubda yerləşirdi, ondan Kuban çayı ilə ayrılırdı və Nikopsiya adlı bir şəhər var idi. Həvari Andreyin oraya səfəri haqqında bir əfsanəyə görə, o, Abazgiya (Abxaziya) ilə Kimmeriya Bosforu (Kerç boğazı) arasında yerləşirdi. == Həmçinin bax == Hapaç == İstinadlar == == Əlavə ədəbiyyat == Pritsak, Omeljan (1991). "Zichia". In Kazhdan, Alexander (ed.). The Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. pp.
Zoya Pirzad
Zoya Pirzad-İran ermənilərindən olan farsca yazan yazıçı və romançı.Zoya Pizadın anası erməni və atası isə rus idi. Zoya Pirzad, hal-hazırda Almaniyada sakindir.
Zoya Vasilkova
Zoya Vasilkova (4 may 1926, Leninqrad – 1 iyun 2008, Sankt-Peterburq) — sovet və rus aktrisası. == Həyatı == Zoya Nikolaevna Vasilkova 4 may 1926-cı ildə Leninqradda Nikolay Korniloviç və Zoya İvanovna Vasilkova ailəsində anadan olmuşdur. 1943-cü ilin iyulunda 17 yaşında könüllü olaraq cəbhəyə getdi. Çavuş rütbəsində Hava Hücumundan Müdafiə 7-ci Korpusunun meteoroloji xidmətində baş meteoroloq vəzifəsində çalışmışdır. Döyüş zamanı o mərmiyə tuş gəlmiş və yaralanmışdır. 1949-cu ildə Vasili Vanin VGIK kursunu bitirib, sonra aktyor Teatr-Studiyasının heyətinə daxil oldu. Sovet rəssamlarının Çin, Polşa və Şərqi Almaniyada qastrol səfərlərində iştirak etmişdir. 1959-cu ildən M. Qorki adına kinostudiyada aktrisa kimi çalışmışdır. Zoya Nikolaevna Vasilkova 1950-1990-cı illərdə epizodik rolların aparıcı ifaçısı idi. Əsasən rus qadınlarını oynadı: zadəganlar, qesseslər və ya əksinə qızlar, dayələr, kazaklar.
Zoya Çekulayeva
Zoya Vasilkova (4 may 1926, Leninqrad – 1 iyun 2008, Sankt-Peterburq) — sovet və rus aktrisası. == Həyatı == Zoya Nikolaevna Vasilkova 4 may 1926-cı ildə Leninqradda Nikolay Korniloviç və Zoya İvanovna Vasilkova ailəsində anadan olmuşdur. 1943-cü ilin iyulunda 17 yaşında könüllü olaraq cəbhəyə getdi. Çavuş rütbəsində Hava Hücumundan Müdafiə 7-ci Korpusunun meteoroloji xidmətində baş meteoroloq vəzifəsində çalışmışdır. Döyüş zamanı o mərmiyə tuş gəlmiş və yaralanmışdır. 1949-cu ildə Vasili Vanin VGIK kursunu bitirib, sonra aktyor Teatr-Studiyasının heyətinə daxil oldu. Sovet rəssamlarının Çin, Polşa və Şərqi Almaniyada qastrol səfərlərində iştirak etmişdir. 1959-cu ildən M. Qorki adına kinostudiyada aktrisa kimi çalışmışdır. Zoya Nikolaevna Vasilkova 1950-1990-cı illərdə epizodik rolların aparıcı ifaçısı idi. Əsasən rus qadınlarını oynadı: zadəganlar, qesseslər və ya əksinə qızlar, dayələr, kazaklar.
Zoya Boquslavskaya
Zoya Borisovna Boquslavskaya (rus. Зо́я Бори́совна Богусла́вская; 16 aprel 1924, Moskva) — Sovet və rus yazıçısı, nasir və esseist, dramaturq, ədəbiyyatşünas, sənətşünas. Rusiyada və xaricdə bir sıra mədəni layihələrin müəllifi, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2019), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü. Andrey Voznesenskinin həyat yoldaşı == Həyatı == Zoya Boquslavskaya 1924-cü il aprelin 16-da Moskvada anadan olub. Atası Boris Lvoviç Boquslavski (1899-1985), kibernetika və maşınqayırma sahəsində alim, bir sıra elmi əsərlərin, monoqrafiyaların və dərsliklərin müəllifi idi. Anası Emma İosifovna Boguslavskaya isə həkim olub. Zoya uşaq vaxtlarından yaxşı təhsil alıb. İxtisas seçimini onun uşaqlıqdan teatra və ədəbiyyata olan həvəsi müəyyənləşdirib. Hələ məktəbdə oxuyarkən gənc Zoya dram dərnəkləri və ədəbi gecələr üçün mətnlər yazmağa başlayıb. 1948-ci ildə Zoya Boquslavskaya A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (GİTİS) Teatrşünaslıq fakültəsini bitirib.
Aya Sofiya
Ayasofiya (türk. Ayasofya) və ya Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii), keçmişdə — Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır. == Tarixi == İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır.
Cosiya Binnema
David Loriya
David Loriya - Qazaxıstanlı futbol oyunçusu. Qapıçı mövqeyində çıxış edir. 2014-cü ildən Türkiyənin Karşıyaka klubunun oyunçusudur. == Karyerası == David Loriya bir çox klubun formasını geymişdir. Daha çox icarədə oynadığı klublarda tanınmışdır. 2012-ci ildə Çaykur Rizespora transfer olmuşdur. 2013-cü ildə Kayrat FK-ya dönmüş, amma sonra Karşıyaka klubuna transfer olmuşdur. == Milli karyerası == Qazaxıstan milli futbol komandası ilə Dünya çempionatının 2002, 2006 və 2010-cu illəri və Avropa çempionatının 2008-ci il üçün olan seçmə mərhələlərinə qatılmışdır. == Uğurları == === Şəxsi === 2000 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - "GOAL Journal" jurnalına görə Qazaxıstanın ən yaxşı qapıçısı === Komanda === Astana FK ilə: Qazaxıstan çempionluğu: 2002, 2001, 2006 Qazaxıstan kuboku: 2000, 2002.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Loniya bərqvuranı
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Sofiya Alekseyevna
Sofiya Alekseyevna (Rusca: Со́фья Алексе́евна) (d. 27 sentyabr 1657, Moskva – ö. 14 iyul 1704, Moskva) — Rusiya çarı I Alekseyin böyük qızı. == Həyatı == == İstinadlar == Romanovs. The second film. Feodor III, Sophia Alekseyevna; Ivan V; on YouTube – Historical reconstruction "The Romanovs". StarMedia.
Sofiya Bəsirzadə
Sofya Bəsirzadə (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofiya Cermen
Sofiya Cermen (fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris, Fransa krallığı – 27 iyun 1831[…], Paris, İyul monarxiyası) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. == Həyatı == Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-cı ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Sofiya Hellkvist
Sofiya Hellkvist (ing. Sofia Kristina Hellqvist və ya rəsmi adı: ing. Princess Sofia, Duchess of Värmland; d. 6 dekabr 1984, Elvdalen, İsveç) — Varmland Düşesi. İsveç şahzadəsi Karl Filip Edmund Bertilin həyat yoldaşı; keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı. == Həyatı == Sofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub və "adi vətəndaş" sayılır. Məktəbi Stokholmda başa vurandan sonra, Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub. Daha sonra yoqa kurslarında təhsil alıb, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib. Model karyerası da olan Sofiya 20 yaşında ikən "Paradise Hotel" realiti-şousuna qatılmışdır. == Kral ailəsinin üzvü == 13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə toyu olmuşdur.
Soniya Abexon
Soniya Abexon (d. 1 avqust 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Soniya Abexon, 2004-cü ildə İspaniyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Soniya Abexon, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Barbara Qonzalez, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Sopita Tanasan
Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb. == Həyatı == Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub. == Karyerası == Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Zoya Namzıray Aldınoolqızı
Zoya Namzıray Aldınoolqızı (tuvaca: Намзырай, Зоя Алдын-ооловна , d. 1 sentyabr 1941) – tuvalı şair, Tıva Respublikası Yazıçılar Birliyinin üzvü. == Həyatı == 7 sentyabr 1941-ci ildə Tuvanın Barıın-Hemçik bölgəsində Şekpeer məntəqəsində çoban ailəsində anadan olmuşdur. Atası Kuular Namzıray Dajı-Serenoğlu, anası Çançıvaa Dongak Dondukqızı – Tuvanın ilk ağır sənayesi olan qızıl mədənlərinin ilk işçilərindən idilər. 1957-ci ildə Qızılmajalıq orta məktəbinin VIII sinfini bitirib, o dövrki adı ilə Tuva Muxtar Oblastının Mədəniyyət Nazirliyi tərəfindən açılmış kitabxanaçılıq kursunu bitirmişdir. 1958–1961-ci illərdə Barıın-Hemçik bölgə komitəsi kitabxanasında, 1961–1962-ci illərdə Bay-Haakın bölgə kitabxanasında işləmişdir. Kanskinin Kitabxana Peşə Məktəbində təhsil almışdır. Daha sonra Qırmızı Müəllim İnistitutunda Tuva dili və ədəbiyyatı fakültəsində assistantlıq etmişdir. Dünya Teatr Cəmiyyəti kitabxanasında, Tuva nəşriyyatında işləmiş, 1998-ci ildə təqaüdə ayrılmışdır. Şeirlərinin ruscaya tərcümə edilmişləri "Ogonok", "Drujba narodov", "Pioner" jurnallarında, "Ulug-Hem" almanaxında dərc olunmuşdur.
Zoya fakturası (film)
Zoya fakturası — rejissor Abişek Şarma və ssenarist Şahrux Xan tərəfindən 2019-cu ildə çəkilən Hindistanın romantik komediya filmidir. Baş rolda Sonam Kapur və Dulkar Salman oynamışdır.Film 2008-ci ildə yazıçı Anua Çauan tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilib.Ssenaristi dünyaca məşhur aktyor Şahrux Xandır. == Məzmun == Zoya Solanki ( Sonam Kapoor Ahuja ) sevgisi və peşə həyatında bir cavandır, zəngin diş həkimi sevgilisi (Rishi Hapawat) onu çox infra qazma olduğuna görə atdıqda və müdiri ( Koel Purie ) reklam agentliyində. səmərəsiz işindən narazı böyüyür. Lakin tezliklə, şansları Hindistan kriket komandası ilə reklam filmi çəkmək üçün Srilankaya göndərildi. Zoya təsadüfən zəhmətə inanan və komandasının xurafatlardan asılılığına qarşı olan Hindistan komandasının kapitanı Nikhil Khoda ( Dulquer Salmaan ) ilə qarşılaşır. Zoya komanda ilə səhər yeməyinə dəvət alanda, Hindistanın ilk Dünya Kubokunu qazandığı gün doğulduğunu ortaya qoyur. Bu, komandaya Zoya'nın şanslı maskot ola biləcəyinə inanır. Komanda Şri-Lankadakı qarşılaşmada qalib gələndə şansları sensasiyalı şəkildə silinir. Bu, Zoya cəlb olunan, lakin qazandıqları üçün kredit verdiyi üçün medianı qıcıqlandıran Kapitan Khodanın istəklərinə ziddir.
Zoya fakturası(film,2019)
Zoya fakturası (film, 2019)
Zoya fakturası — rejissor Abişek Şarma və ssenarist Şahrux Xan tərəfindən 2019-cu ildə çəkilən Hindistanın romantik komediya filmidir. Baş rolda Sonam Kapur və Dulkar Salman oynamışdır.Film 2008-ci ildə yazıçı Anua Çauan tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilib.Ssenaristi dünyaca məşhur aktyor Şahrux Xandır. == Məzmun == Zoya Solanki ( Sonam Kapoor Ahuja ) sevgisi və peşə həyatında bir cavandır, zəngin diş həkimi sevgilisi (Rishi Hapawat) onu çox infra qazma olduğuna görə atdıqda və müdiri ( Koel Purie ) reklam agentliyində. səmərəsiz işindən narazı böyüyür. Lakin tezliklə, şansları Hindistan kriket komandası ilə reklam filmi çəkmək üçün Srilankaya göndərildi. Zoya təsadüfən zəhmətə inanan və komandasının xurafatlardan asılılığına qarşı olan Hindistan komandasının kapitanı Nikhil Khoda ( Dulquer Salmaan ) ilə qarşılaşır. Zoya komanda ilə səhər yeməyinə dəvət alanda, Hindistanın ilk Dünya Kubokunu qazandığı gün doğulduğunu ortaya qoyur. Bu, komandaya Zoya'nın şanslı maskot ola biləcəyinə inanır. Komanda Şri-Lankadakı qarşılaşmada qalib gələndə şansları sensasiyalı şəkildə silinir. Bu, Zoya cəlb olunan, lakin qazandıqları üçün kredit verdiyi üçün medianı qıcıqlandıran Kapitan Khodanın istəklərinə ziddir.