Zoya Namzıray Aldınoolqızı

Zoya Namzıray Aldınoolqızı (tuvaca: Намзырай, Зоя Алдын-ооловна , d. 1 sentyabr 1941) – tuvalı şair, Tıva Respublikası Yazıçılar Birliyinin üzvü.[1]

Zoya Namzıray Aldınoolqızı
Doğum tarixi 7 sentyabr 1941(1941-09-07)
Vəfat tarixi 29 iyun 2010(2010-06-29) (68 yaşında)
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili Tıva dili

7 sentyabr 1941-ci ildə Tuvanın Barıın-Hemçik bölgəsində Şekpeer məntəqəsində çoban ailəsində anadan olmuşdur. Atası Kuular Namzıray Dajı-Serenoğlu, anası Çançıvaa Dongak Dondukqızı – Tuvanın ilk ağır sənayesi olan qızıl mədənlərinin ilk işçilərindən idilər.

1957-ci ildə Qızılmajalıq orta məktəbinin VIII sinfini bitirib, o dövrki adı ilə Tuva Muxtar Oblastının Mədəniyyət Nazirliyi tərəfindən açılmış kitabxanaçılıq kursunu bitirmişdir. 1958–1961-ci illərdə Barıın-Hemçik bölgə komitəsi kitabxanasında, 1961–1962-ci illərdə Bay-Haakın bölgə kitabxanasında işləmişdir. Kanskinin Kitabxana Peşə Məktəbində təhsil almışdır. Daha sonra Qırmızı Müəllim İnistitutunda Tuva dili və ədəbiyyatı fakültəsində assistantlıq etmişdir. Dünya Teatr Cəmiyyəti kitabxanasında, Tuva nəşriyyatında işləmiş, 1998-ci ildə təqaüdə ayrılmışdır.

Şeirlərinin ruscaya tərcümə edilmişləri "Ogonok", "Drujba narodov", "Pioner" jurnallarında, "Ulug-Hem" almanaxında dərc olunmuşdur.[2] Onun əsərlərindən monqol, yakut, buryat, qazax dillərinə tərcümə edilənlər müxtəlif jurnal və kitablarda nəşr edilmişdir. Tuva yazıçılarının "Poeti Slavyat Tuvu" adlı şer kitabında "Sayan dağları" və başqa şeirləri yer almışdır.[3] Müxtəlif medal və mükafatlara layiq görülmüşdür.

  1. Şonçalay (1976),[4]
  2. Duruyalıg-Şöl (1986),
  3. Ayak heelig Tıva çurtum (1994).
  4. Kazılgannıñ ökpeñ çeçee (Казылганның өкпең чечээ). (2008)[5]
  1. "Zoya Namzıray Aldınoolqızı". tuvacheleesh.ru. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  2. Kombu, Saylıkmaa (2012). Tuvinskaya Literatura Slovar (Tuva Edebiyatçılar Sözlüğü). səh — 172–174.
  3. "Научная библиотека". tuvsu.ru. 26 noyabr 2014 tarixində arxivləşdirilib.
  4. "Zoya Namzırayın Şonçalay əsəri". tigi.tuva.ru. 29 noyabr 2014 tarixində arxivləşdirilib.
  5. "Kazılgannıñ ökpeñ çeçee". lrd63.narod.ru. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2020.