BƏSÜLBƏLA
BƏŞARƏT
OBASTAN VİKİ
Afaq Bəşirqızı
Afaq Bəşirqızı (15 avqust 1955, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası. == Həyatı == Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.
Akif Bəşirov
Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988, Soyuqbulaq, Ağstafa rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Akif Bəşirov Orduya könüllü yazılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Akif Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Akif Bəşirov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Akif Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aydın Bəşirov
Aydın Bəşirov (Az. Aydın Ağəmi oğlu Bəşirov) — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. == Həyatı == Aydın Bəşirov Abşeron rayonunun Güzdək kəndində anadan olub. Aydın Bəşirov Bakı dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanı olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 1999-cu ildə IV Beynəlxalq müsabiqədə "Nəqliyyatda ilin adamı" adına layiq görülüb. 2004-cü ilin aprelində Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq assosiasiasının (BINSA-nın) VI növbədənkənar iclasında bu qurumun prezidenti seçilib.
Ağa Bəşirzadə
Ağa Bəşir oğlu Bəşirzadə (1914 – noyabr 1986) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1968–1974). == Həyatı == Ağa Bəşirzadə 1914-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. 1933–1941-ci illərdə boru-prokat zavodunda elektrik texniki, mühəndis işləyən Ağa Bəşirzadə 1941–1943-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1943-cü ildən Türkmənistan SSR və Azərbaycan SSR daxili işlər nazirliklərində işləmiş, 1949-cu ildən Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1951-ci ildən isə Bakı metro tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı olmuşdur. 1951–1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Kəşfiyyatı İnstitutu direktorunun müavini, SSRİ Tikinti Bankı respublika kontoru müdirinin müavini Bakı Maliyyə Şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ağa Bəşirzadə 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin rəisi vəzifəsində çalışmış, 1968-ci ildən 1974-cü ilə qədər Azərbaycan SSR ticarət naziri, 1974-cü ildən 1986-cı ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici Ticarət Nazirliyinin müvəkkil idarəsinin sədri olmuşdur. O, 1940-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (8-ci çağırış) deputat seçilmişdir. Ağa Bəşirzadə 1986-cı ilin noyabr ayında vəfat etmişdir.
Ağamirzə Bəşirov
Ağamirzə Ənvər oğlu Bəşirov (9 may 1954, Salyan rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Şərqi Aralıq Dənizi Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Bəşirov Ağamirzə 1954-cü il mayın 9-da Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1976-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunub. 1980–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi işləyib. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisası üzrə namizədlik dissertasiyasını, 1991-ci ildə Kiyev Dövlət Universitetində eyni zamanda iki ixtisas — "Riyazi kibernetika" və "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisasları üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.
Bəşir Bünyadov
Bəşir Bünyadov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933-21.12.1933). == Həyatı == ADPU Bəşir Bünyadovun rəhbərliyi vaxtında Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu adlanırdı.
Bəşir Bünyatov
Bəşir Bünyatov — ictimai və dövlət xadimi pedaqoq- hüquqşunas
Bəşir Cümeyyil
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür. Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur.
Bəşir Cüməyyil
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür. Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur.
Bəşir Fuad
Bəşir Fuad (1852–1887) — jurnalist, hərbçi. == Həyatı == Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit Paşanın oğludur. Adanada məmur olmuşdur. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür. Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb. Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867–1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub. 1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb.
Bəşir Həsənov
Bəşir Xəqani oğlu Həsənov (13 iyul 1995, Təzəkənd, Şəmkir rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəşir Həsənov 1995-ci il iyulun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2001–2012-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Bəşir Həsənov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı və İkinci Qarabağ Müharibəsi Qəhrəmanı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəşir Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəşir Həsənov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Təzəkənd kənd qəbirsanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Bəşir Kərimov
Bəşir Kərimov (2 fevral 1976, Füzuli – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər. == Döyüşlərdə iştirakı == Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bəşir Musazadə
Bəşir Göyüş oğlu Musazadə (15 fevral,1904—1991) – Azərbaycanda qabaqcıl kənd təsərrüfatı mütəxəssisi. İttifaq əhəmiyyətli fərdi pensiyaçı (1968). Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Bəşir Göyüş oğlu Musazadə 15 fevral 1904-cü ildə Goranboy rayonun Fəxralı kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirmişdir. Kirovabad (indiki Gəncə) şəhəri hərbi komisarlığında, Qasım İsmayılov (indiki Goranboy) rayonundakı "28 Aprel" sovxozunda, Ağstafadakı 75 saylı Atçılıq zavodunda, Şəki rayonundakı Orconikidze adına taxılçılıq savxozunda, Azərbaycan SSR Sovxozlar Nazirliyində aqronom və s. vəzifələrində işləmişdir (1934-1968). 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 1947-ci ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 5 aprel 1948-ci il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur.
Bəşir Məmmədov
Bəşir Məmmədov Məmməd oğlu (10 yanvar 1915, Lənkəran, Lənkəran qəzası – 3 oktyabr 1988, Lənkəran) — azərbaycanlı xanəndə. == Həyatı == Azərbaycan klassik xanəndələri ənənələrinin davamçılarından biri. Uşaqlıq illərindən məlahətli səsə və musiqi duyumuna malik olmuşdur. Respublikamızın ayrı-ayrı rayonlarında tanınmış xanəndələrlə konsertlərdə iştirak etmiş, Azərbaycan milli muğam sənətini təbliğ etmişdir. İfasında xalq mahnıları, muğamlar əsas yer tutmuşdur. Nizami , Füzuli, Nəbati, Vahid və digər klassiklərin qəzəllərini məharətlə ifa etmiş, tamaşaçıların rəğbətini qazanmışdır. Yaşadığı əsrin əllinci illərində Lənkəran Dövlət Teatrına dəvət olumuş, Məcnun ("Leyli və Məcnun"), Şah İsmayıl ("Şah İsmayıl"), Azançı ("Sevil") və digər rollarda çıxış etmişdir. Xalq mahnıları və muğam ustası kimi Lənkəranda "oxuyan Bəşir" adı ilə tanınmışdır. Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, "Birinci dərəcəli Vətən müharibəsi" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Uzun illər şəhər ticarətində çalışmışdır.
Bəşşar əl-Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Bəşər (İran)
Bəşər (fars. بشر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 787 nəfər yaşayır (167 ailə).
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Bəşəriyyət
Bəşəriyyət - yer kürəsinin əhalisi, təbiətin fəal hissəsi. Bəşəriyyət nəinki biosferi öz ehtiyaclarına görə istifadə etmək, hətta onu dəyişmək qabiliyyətinə malikdir, Bəşəriyyət fəzada bir nəsilartırma dövründə (azı 20 il) davamlı olan bir təbəqədir. Bəşəriyyət həmçinin yer kürəsinin anadan olandan ölənə qədər mövcud olan şüurlu canlı hissəsidir. O, irq lərə, xalq lara,etnos lara və həmçinin sosial və mədəni qruplara bölünür. Bəşəriyyət fəaliyyətinin bir hissəsi mədəniyyət adlanır.
Bəşəriyyətin Yaddaşı
Bəşəriyyətin Yaddaşı (ing. Memory of Mankind) – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
Bəşəriyyətin beşiyi (film, 2011)
Bəşəriyyətin beşiyi qısametrajlı sənədli filmi rejissorlar Şamil Nəcəfzadə və Nizami Abbas tərəfindən 2011-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim daş abidəsi, bəşəriyyətin beşiyi Qobustan haqqındadır. == Məzmun == Film Azərbaycanın qədim daş abidəsi, bəşəriyyətin beşiyi Qobustan haqqındadır.
Bəşəriyyətin birliyi (Bəhailikdə)
Bəşəriyyətin birliyi Bəhai dininin ən vacib prinsiplərindən biridir. Bəhai təlimlərinə görə, Allah bütün insanları öz surətində yaratdığı üçün onlar arasında irqi və ya milli fərq qoymur. Odur ki, bütün insanlar bərabər yaradılmışlar deyə, onlar hamısı eyni imkanlara və eyni münasibətə layiqdirlər. Bəhai baxışı bəşəriyyətin birliyini, insanların bütün dünyanı "qucaqlaması" gərəkdiyini və yalnız öz xalqlarını deyil, bütün dünyanı sevməsi gərəkdiyini önə sürür. Bununla belə, bu təlimlər yeknəsəklikdə birliyi yox, müxtəliflikdə birliyi nəzərdə tutur, harada ki, insan irqinin fərqlilikləri bəşəriyyətin zənginliyidir. == Birlik == Bəhai dinindəki "bəşəriyyətin birliyi" prinsipi bütün insanların bərabər şəkildə Allahın bənzəri və surətində yaradılması təliminə əsaslanır və Allah onlar arasında heç bir fərq qoymur. Bu təlimlər bütün növ irqi, milli, cinsi, sinfi və sosial bölünmələrin fövqündə olan və onların müxtəlifliyini qoruyan bir bəşəri birliyi vurğulayır. Bəhai yazıları qeyd edir ki, bütün insan növü vahid bir orqanizmdir, bütün insanlar eyni təməl qabiliyyətlərə malikdirlər, və dərinin rəngi və ya digər fiziki fərqlər önəmli deyil və bir etnik qrupu digəri üzərində yüksəltmir. Bəhai baxışına görə, insanlıq həmişə bir növə məxsus olub, lakin cəhalət, önyarğı və hakimiyyət hərisliyi bunun qəbul edilməsinin qarşısını alıb. Müxtəlif etnik qruplar arasında mövcud olan tarixi fərqlər uzun vədəli perspektivdə təlim-tərbiyə və mədəni imkanlardakı fərqlərlə, həmçinin irqi təəssübkeşlik və yaşadılmış zülmlərlə bağlıdır.
Bəşəriyyətin ixtiralar tarixi
Bəşəriyyətin ixtiralar tarixi — xronoloji ardıcıllıqla düzülmüş dünya ixtiralarının siyahısıdır. == İbtidai-icma quruluşu == === Paleolit dövrü === 2.6mln il əvvəl Daş alətlərin düzəldilməsi 1.5-2 mln il əvvəl Odun kəşf edilməsi 800-400 min il əvvəl Baltanın düzəldilməsi 790 min il əvvəl Afrikada Homo Erektuslar odu əldə etdilər 400 min il əvvəl Zambiyada Piqmentin alınması 400 min il əvvəl Avropada Nizənin düzəldilməsi 164 min il əvvəl Afrikada Daş bıçağın düzəldilməsi 100min il əvvəl Paltarın tikilməsi 77 min il əvvəl Çarpayının yaranması 60 min il əvvəl İynənin yaranması 50 min il əvvəl Oxun düzəldilməsi 36 min il əvvəl Parça və Kətanın hazırlanması 25 min il əvvəl Keramikanın yaranması 16 min il əvvəl Çində Dulusçuluğun yaranması 15min il əvvəl Avstraliyada Bumeranqın düzəldilməsi === Mezolit dövrü === bizim eradan əvvəl (b.e.ə) 10 min il Əkinçiliyin yaranması b.e.ə 9 min il İordan çayı ətrafında Taxıl anbarlarının tikilməsi b.e.ə 8 min il Ağacdan ilk Oyma qayığın düzəldilməsi === Neolit dövrü === b.e.ə 7500 il Çatalhöyük tikililəri b.e.ə 6 min il Mesopotamiyada Soba tikilməsi b.e.ə 4 min il Misirdə Sement hazırlanması b.e.ə 3500 il Çində Baramaçılığın yaranması b.e.ə 3500 il Təkərin düzəldilməsi === Tunc dövrü === b.e.ə 3 min il Mesopotamiyada Mixi yazıları b.e.ə 3 min il Misirdə Papirusdan istifadə b.e.ə 3 min il Misirdə Şamın düzəldilməsi b.e.ə 2800 il Babildə Sabunun hazırlanması b.e.ə 2600 il Mesopotamiyada Döyüş arabalarının düzəldilməsi b.e.ə 2 min il Misirdə Şüşənin tökülməsi.
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat, VHEMT daha çox tanınır (['viːəmənt] dinlə), ing. Voluntary Human Extinction Movement) — məqsəd, çoxalmadan imtina etməklə bəşəriyyətin könüllü şəkildə məhv olması olan beynəlxalq ictimai ekoloji hərəkatdır. Hərəkətin əsas ideyası budur ki, bəşəriyyət mövcud olmadıqda Yer kürəsinin biosferi üçün daha yaxşı olar. Bu hərəkatın tərəfdarlarına görə, insan növləri bir növ "ekzotik işğalçı"-dır, əhali nəzarətdən çıxaraq Yerin ekosisteminə, orada yaşayan heyvan və bitkilərə təhlükə yaratmağa başladı; və növlərin yalnız tamamilə yox olması Homo sapiens əşyaların təbii qaydasını və təbiətin harmoniyasını bərpa edəcəkdir. == Tarixi == Hərəkat Les Nayt tərəfindən təsis edilmişdir (təxəllüsü ing. Les U. Knight [lɛz ju naɪt] ingiliscə demək olar ki, eyni səslənir let’s unite [lɛts ˈjuˌnaɪt] — "birləşək") 1991-ci ildə Amerikanın Oreqon ştatının Portlend şəhərində. Nayt — vhemt.org saytının sahibi və hərəkatın "səsi" dir. Nayt özü hərəkati başlatmadığını iddia etsə də, ancaq adını vermişdir. Les Nayt 1970-ci illərdə Vyetnamdan qayıtdıqdan sonra Sıfır əhali artım hərəkatının üzvü oldu və 20 yaşında ikən könüllü olaraq vasektomiya (sterilizasiya) əməliyyatı ilə məşğul oldu. == Hərəkatın ideologiyası == Hərəkatın qeyri-rəsmi şüarı: "Uzun yaşayacağıq və öləcəyik!" (ing.
Bəşəriyyətin qlobal problemləri
Bəşərü çayı
Bəşərü (hidronim) — Astara və Lənkəran rayonları ərazisində çay. == Coğrafiyası == Lənkəran çayının sağ qoludur. Uzunluğu 38 km, Talış silsiləsindən (1800 m. yüksəklikdən) başlanır. == Adı == Toponim talış dilindəki bəş (qol) (-ə bitişdirici sait) və rü (çay) sözlərinin birləşməsindən düzəlib, "çay qolu" deməkdir. == İstifadəsi == Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Xanbulançay su anbarına axıdılır.