Bəşir Cəmayel (ərəb. بشير الجميّل; 10 noyabr 1947[1][2][…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982[2][3], Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür.[5]
Bəşir Cəmayel | |
---|---|
ərəb. بشير الجميّل | |
Doğum tarixi | 10 noyabr 1947[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1982[2][3] (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 3 |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir.[6][7]
Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur. O, Əmin Cəmayelin qardaşıdır. Vəkil olarkən "kətaiblər" arasında fəal rol oynamış, ordunu təkmilləşdirməyə çalışmışdır. 1975-ci ilin aprelində Fələstin Müqavimət Hərəkatının (FMH) və Milli Tərəqqipərvər Qüvvələrinin (MTQ) sağ xristian qüvvələri arasında daxili ziddiyyətlər kəskinləşmiş, Livanda vətəndaş müharibəsi başlamışdı. Cəmayel 1976-cı ilin iyulunda "Kətaiblər" ordu şurasının, sonra isə 1976-cı ilin avqustunda Livan ordusunun baş komandanı olmuşdur. O, ABŞ-nin vasitəçiliyi ilə Kemp-Deviddə imzalanmış Misir–İsrail sövdələşməsini pisləmiş, ərəb dövlətlərinin 1978-ci il və 1979-cu il Bağdad müşavirələrində iştirak etmişdir. Cəmayel Livan hərbi qüvvələrinin baş komandanı, "Kətaiblər" siyasi şurasının üzvü, Təhlükəsizlik şurasının sədri idi.[8]
Pozitiv bitərəflik, bloklara qoşulmamaq siyasəti yeridən Cəmayel İsrail təcavüzünə qarşı ərəb ölkələri birliyinin möhkəmləndirilməsinə səy göstərmişdir. O, 1982-ci ilin avqustunda Livanın prezidenti seçilmiş, bu vəzifəni icra etməyinə bir neçə gün qalmış sui-qəsd nəticəsində öldürülmüşdür.[8]