Bəşir Kərimov (2 fevral 1976, Füzuli – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Bəşir Kərimov | |
---|---|
Bəşir Bəylər oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qacar, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Bakı şəhəri, Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur[1]. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər.
Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.