DAD

is. [fars]
1. Fəryad, fəğan, haray.
Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. S.Ə.Şirvani.

□ Dad eləmək (etmək) – fəryad etmək, fəğan etmək.
Dad eylərəm, yetişməzsən hərayə; Neçün rəhmin gəlməz mən binəvayə? Q.Zakir.
Hərçi dad eylədi, yahu; Eşidənlər dedi: – Yalandır bu! M.Ə.Sabir.

2. Kömək, imdad.
□ Dad istəmək – kömək istəmək, yardıma çağırmaq, xahiş etmək.
Dada gəlmək (çatmaq) – bax dada yetmək (yetişmək).
Yatmışları, razı deyiləm, kimsə oyatsın; Tək-tək ayılan varsa da, haqq dadıma çatsın. M.Ə.Sabir.
Həsən hamının dadına çatır, hamının xeyrini, şərini görür. S.Rəhman.
Hərdənbir qulaqucu oğlunun söhbətini eşidən Maral burada Züleyxanın dadına çatdı. Ə.Əbülhəsən.

Dada yetmək (yetişmək) – köməyə gəlmək, haraya gəlmək, kömək etmək.
Görüm indi kimlər yetər dadına; Koroğlunu tutan günlər necoldu? Koroğlu”.
Vilayətdə gözəl çoxdu, nə fayda; Dərdi bilən, yetən dadə tapılmaz. Q.Zakir.
Bu vaxtlar ləzgi Nüsrət … [Bağırın] dadına yetişmişdi. Ə.Məmmədxanlı.

Dadı heç yana çatmamaq – heç kimdən kömək ala bilməmək, köməksiz qalmaq.
Padşah … lap qəmgin oldu, amma dadı heç yana çatmadı. (Nağıl).

3. Şikayət.
□ Dad çəkmək (etmək, eləmək, qılmaq) – şikayət etmək, narazılıq etmək; şikayətlənmək.
Müxənnətdən dad elədim; Dost-aşnanı yad elədim. Koroğlu”.
Xəstə Qasım kimə qılsın dadını; Canı çıxsın, özü çəksin odunu. Xəstə Qasım.
Çoxları dad çəkdi, şivən qopardı; Döndərmə yazımı xəzanə, gözlər! R.Rza.
[Bənövşə:] Sizin adınız gələndə həm mühəndislər, həm də fəhlələr dad çəkirlər. S.Rəhman.

Dada getmək – şikayətə getmək, şikayət etmək.
Qələm düşmən əlində; Kimə gedim dadə mən? (Bayatı).
Çərxin sitəmindən, dövrün zülmündən; Gözəllər şahına dada gedirəm. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAD I DAD, LƏZZƏT [Qaysı gilasa:] Yox sənin ətin; Dadın, ləzzətin; Quru sümüksən; Ağaca yüksən (M.Seyidzadə); TAM O da mənim bəxtəvər vətənimin tamıdır; E
  • DAD fəryad — fəğan — haray
  • DAD tam
  • DAD ləzzət — nəşə
  • DAD kömək — imdad
  • DAD şikayət
  • DAD aman — vay — haray

Omonimlər

  • DAD DAD I is. psix. Xarici duyğuların növlərindən biri, tam. Beş-on günlük ömrü var; Şirin bir yuxu yatsın; O da bilsin dünyanın ləzzətini, dadını (S
DAD₃
DAD-AMAN
OBASTAN VİKİ
Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. == Məzmun == Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir. Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir. Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Sevimli Dad
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Albalı dadı (film, 1997)
Aleksandra Daddario
Aleksandra Daddario (ing. Alexandra Daddario; 16 mart 1986, Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktrisa. Vəkil olan ailənin uşağıdır. Aktrisalıq karyerasına 16 yaşında "Bütün Uşaqlarım" serialında Lauri Lyuvis rolu ilə başlamışdır, 2010-cu ildə "Persi Cekson və Olimpiyaçılar: İldırım Oğrusu" filmindki Annabes Çes rolu ilə dünya üzrə tanınan aktrisa olmuşdur. Həmçinin "Imagine Dragons" adlı qrupun "Radioctive" adlı klipində rol almışdır. Metyu Daddario onun qardaşıdır. == Filmoqrafiya == === Film === The Squid and the Whale - Gözəl Qız - 2005 Pitch - Aleks - 2006 - (Qısa film) The Hottest State - Kim - 2006 The Babysitters - Barbara Yates - 2007 The Attic - Ava Straus - 2008 Jonas Brothers: The 3D Concert Experience - Rəfiqə (Mərkəzi Parkdakı Cütlük) Percy Jackson & the Olympians: The Lightning Thief - Annabes Çes - 2010 - (Başrol) Bereavement - Allison - 2010 - (Başrol) Hall Pass - Peyc - 2011 The Texas Chainsaw - Haser Miller - 2012 - (Başrol) Percy Jackson and the Olympians: The Sea of Monsters - Annabes Çes - 2013 - (Başrol) San Andreas - Bleyk - 2015 - (Başrol) The Choice - Monika - 2016 Baked in Brooklyn - Keyt - 2016 - (Başrol) Baywatch - Samə Kvin - 2017 -(Başrol) The House - Korsika - 2017 The Layover - Keyt - 2017 - (Başrol) Rempeyc - 2018 When We First Met - Everi - 2018 - (Başrol) We Have Always Lived in the Castle - Konstank Bləkvud - 2018 - (Başrol) Nomis - Riçl - 2018 - (Başrol) We Summon the Darkness - Aleksis - 2019 - (Başrol) Lost Transmissions - Dana Li - 2019 - (Başrol) Can You Keep a Secret?
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Anna Dadli
Anna Dallas Dadli (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill – 13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. == Erkən illəri və ailəsi == Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. Onun babası Aleksandr Ceyms Dallas ABŞ hərbi donanmasıda kommodor rütbəsində xidmət etmiş, qardaşı Corc Mifflin Dallas 1831-1833-cü illərdə Pensilvaniyanın senatoru və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845-1849), o cümlədən 1828-1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır. Anna Dallas Neşvill şəhərində həm Seminariyada, həm də Qiymətli Gənc Qadınlar Kollecində təhsil almışdır.
Aqil Dadaşov
Aqil İsax oğlu Dadaşov — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru. == Həyatı == Aqil Dadaşov 1955-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Evlidir. İki övladı var. == Fəaliyyəti == Aqil Dadaşov əmək fəaliyyətinə "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) "Ülfət" qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur. Aqil Dadaşov 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilmişdir. Həmçinin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Araz Dadaşzadə
Araz Məmməd Arif oğlu Dadaşzadə (30 yanvar 1936, Bakı – 4 noyabr 1990, Bakı) — Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, Azərbaycan SSR əməkdar elm xadimi (1989). == Həyatı == Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur. Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləmişdir. 1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur. Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir. A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.
Arta Dade
Arta Dade (alb. Arta Dade; 15 mart 1953, Tirana) — Albaniya pedaqoqu və siyasətçisi. Dade Albaniyanın Sosializm partiyasının üzvüdür. Dade mədəniyyət (1997 — 1998) naziri, xarici işlər naziri (2001 — 2002) vəzifələrində çalışmışdır. == Bioqrafiyası == Arta Dade 15 mart 1953-cü ildə Tiranada anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1972-ci ildən 1975-ci ilə qədər Tirana Universitetində xarici dillər fakultəsinin ingilis dili bölməsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Dade Tiranada yerləşən Asim Vokshi adına orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. 1985-ci ildə o, Tirana Universitetində fəaliyyətə başlamış, 1997-ci ilə qədər xarici dillər fakultəsinin ingilis dili bölməsində dərs deyimişdir. 1992-ci ildə Dade Böyük Britaniyada aspirantura təhsilini bitirmişdir. 1991-ci ildə Albaniya Sosializm partiyasına üzv seçilmişdir.
Aydın Dadaşov
Aydın Ərşad oğlu Dadaşov (1 mart 1952, Ağdam – 15 mart 2017, Bakı) — Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir. Aydın Dadaşov15 mart 2017-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib. == Fəaliyyəti == Aydın Dadaşov 1975-ci ildə C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışmışdır. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbər olmuşdur. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənnlərini tədris etmişdir.
Azər Dadaşov
Azər Dadaşov (1 dekabr 1946, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Dadaşov Azər İsmayıl oğlu (01.12.1946, Bakı) – bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti (2018), Əməkdar incəsənət xadimi (2005), Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru (2009), "Humay" milli mükafatı laureatı (2001), bir çox respublika və ümumittifaq (keçmiş SSRİ) müsabiqələrinin qalibidir. Roma Papası II İoann Pavelin xüsusi medalı ilə təltif edilmişdir (2002). MDB dövlətləri Parlamentlərarası Assambleyası Şurasının "Mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə" Fəxri Nişanı ilə təltif edilmişdir (2013). 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini dahi bəstəkar, akademik Qara Qarayevin sinfi üzrə bitirmişdir. 1973-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının, hadelə Azərbaycan Peşəkar Rejissorlar Gildiyasının üzvüdür (2003). Yaradıcılığ diapazonu çox genişdir: 14 simfoniya, 20 kantata və oda, "Kiçik Mukun sərgüzəştləri" uşaq operası, "Şərq freskası" balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çoxlu sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq kinofilmlərə musiqi, mahnılar. Həmçinin Milli Paraolimpiya Himnin müəllifidir. A. Dadaşovun əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları – Niyazi, Rauf Abdullayev, Nazim Rzayev, Ramiz Məlikaslanov, Yalçin Adıgözəlov, Teymur Göyçayev, Fəxrəddin Kərimov və b., xarici dirijorlar – D. Kitaenko (Rusiya), R. Matsov (Estoniya), R. Şilakadze (Gürcüstan), V. Runçak (Ukrayna) və b. tərəfindən təfsir edilmişdir.
Ağa Abdulla Dadaşov
Dadaşov Ağa Abdulla Ələsgər oğlu (01.04.1902, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1-ci Bakı realnı məktəbini bitirmişdi (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İngiltərəyə göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağaməmməd Dadaşov
Ağaməmməd Həsənağa Ələkbər oğlu Dadaşov(d. 1902 – ö. 1966) — Azərbaycanın görkəmli iqtisadçı alimi, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1939-cu ildə SSRİ EM İqtisadiyyat İnstitutunda "Fiziokratların sinfi təbiətinin dərk edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyəti ona "Azərbaycanda aqrar münasibətlər və torpağın milliləşdirilməsi" adlı monoqrafiyanı yazmağa imkan vermişdir. 1959-cu ildə ona professor adı, 1964-cü ildə isə Azərbaycan SSR əməkdar iqtisadçı fəxri adı verilmişdir. 1945-1951-ci illərdə SSRİ EA Azərbaycan filialının İqtisadiyyat sektorunun müdiri, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin "Siyasi İqtisad" kafedrasını müdiri vəzifəsində çalışmışdır. O, ilk dəfə olaraq siyasi iqtisadın tarixi üzrə dərs vəsaiti hazırlamış, klassiklərin əsərlərini, o cümlədən Karl Marksın "Kapital" əsərinin Azərbaycan dilinə tərcüməsi və redaktəsi ilə məşğul olmuşdur. Onun redaktorluğu və müəllifliyi ilə "İqtisadi təlimlər tarixi" üzrə dərslik çap olunmuş, "Marksist siyasi iqtisadı və inkişaf etməkdə olan ölkələr" məqaləsini və "İnkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri" dərsliyini yazmaqla keçmiş SSRİ-də siyasi iqtisadın yeni bir bölməsini—inkişaf etməkdə olan ölkələrin siyasi iqtisadını yaratmışdır. Azərbaycan torpaqlarının milliləşdirilməsi mövzusunda tədqiqatlar aparmaqla Azərbaycanın kapitalizm istiqamətində inkişafının elmi-nəzəri təhlilini vermişdir.
Bahar Dadaşova
Bernar Binlin Dadye
Bernar Binlin Dadye (d. 10 yanvar 1916 – 9 mart 2019[…], Abican) — Kotd’İvuar yazıçısı, şair, dramaturq, jurnalist, siyasətçi. == Həyatı == Fransız dilində yazır. Dakardakı məktəbdə təhsil almışdır. 1936–47-ci illərdə oradakı Qara Afrika Fransa İnstitunda işləmiş, demokratik mətbuat ilə əməkdaşlıq etmişdir; 1947-ci ildə vətəninə dönmüş, liberal ideyaları təbliğ etdiyinə görə həbs olunmuşdur (1950). == Fəaliyyəti == 1953-cü ildə Kot-d’İvuar Folklor cəmiyyətini təsis etmiş, şifahi rəvayət və əfsanələrin toplanması ilə məşğul olmuşdur [“Afrika əfsanələri”, (1954), “Qara sarğı” (1955) nağıllar kitabı]. Mədəniyyət naziri (1961–86) vəzifəsində fəaliyyəti və antimüstəmləkə pafosu ilə aşılanmış bədii yaradıcılığı ilə Afrika incəsənəti ənənələrinin qorunub saxlanmasına çalışmışdır: “Afrika necə varsa” (1950), “Günlər ötür” (1956) və s. şeir topluları; “Klembye” (1958), "Zənci Parisdə” (1959), “Nyu-Yorklu sahibkar” (1964) və s. roman-xronikaları; “Konqolu Beatriçe”, “Küləyin arasından keçən səslər” (hər ikisi 1970), “Fırtına adaları” (1973) pyesləri və s. “Dərimin qaralığı”, “Sən sən sahib” şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Bernardo Daddi
Bernardo Daddi (1290, Florensiya - 1348, Florensiya) - İtalyan rəssam. Cottonun şagirdi olmuşdur və sienalı sənətçi Pietro Lorenzettidən təsirlənmişdir. == Həyatı == İş üslubunda həm Cottonun, həm də Pietro Lorenzettinin təsirləri müşahidə olunur. Daddinin əsas yaradıcılığı 1328-1348-ci illərinə təsadüf etmişdir. İnsan bədənini incəliklə təsvir etmək qabiliyyətinə sahib olmuşdur. Daddinin Oqnissanti kilsəsi üçün 1328-ci ildə tamamladığı triptik (hazırda Florensiyada, Uffizi qalereyasında sərgilənir) əsər onun ən məşhur rəsm əsəridir. Həmçinin Avropa, ABŞ-də sərgilənən bir çox rəsm əsəri mövcuddur.
Cabbar Dadaşev
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Əhsən Dadaşov
Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində dünyaya göz açmışdır. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib. 1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib. Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir. Məlumdur ki, Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun sevimli tələbəsi, mərhum Əhsən Dadaşov olmuşdur Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.
Əjdər Dadaşov
Əjdər Pənah oğlu Dadaşov (12 noyabr 1996; Salyan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əjdər Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Dadaşov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Əmrah Dadaşov
Əmrah Nemət oğlu Dadaşov - Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru. == Həyatı == 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir 1960-1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib Namizədlik dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı». 1986-cı il. Doktorluq dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». 2004-cü il == Əmək fəaliyyəti == 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir Kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edir Magistraturada 2 problem üzrə kurs oxuyur 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır == Tədqiqat sahəsi == Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir. == Seçilmiş əsərləri == «К вопросу об изучении остатков древних злаковых растений периода палеометалла Азербайджана», - Bakı Universitetinin Xəbərləri, 2003, №2 «Обзор скотоводческой экономики периода палеометалла», - Bakı Universitetinin Xəbərləri, 2003, №3. «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана».- Bakı Universitetinin Xəbərləri, 2003, №4. «Древнейшие земледельческие орудия в историографии Азербайджана» - Tarix və onun problemləri», 2003, №2 «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана» . – Bakı Universitetinin Xəbərləri, 2004, №1 «О проблемах возникновения ранних форм производства» - Bakı Universitetinin Xəbərləri, 2006, №4 == Kitablar == Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Baku, 1991.
Əzizağa Dadaşov
Əzizağa Ramiz oğlu Dadaşov (1 iyul 1994, Sumqayıt – 19 oktyabr 2020, Yarəhmədli, Cəbrayıl rayonu) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Əzizağa Ramiz oğlu Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əzizağa Dadaşov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Əzizağa Dadaşov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Briliant Dadaşova
Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965 və ya 15 sentyabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998); Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.
Dadaş İbrahimov
Dadaş İbrahimov (4 iyul 1976, Sumqayıt) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Dadaş İbrahimov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə qaçış turnirində 22.60 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Dadia-Lefkimi-Sofli Meşəsi Milli Parkı
«Dadia-Lefkimi-Sofli» meşəsi milli parkı (yun. Εθνικό Πάρκο Δάσους Δαδιάς-Λευκίμμης-Σουφλίου) — Yunanıstanın şimal-şərq hissəsində yerləşən milli park. Milli park eyni adlı meşə massivini əhatə edir. Park Şərqi Makedoniya və Frakiya periferiyasına aiddir. Milli park 2006-cı ildə yaradılıb. == Ümumi məlumat == «Dadia-Lefkimi-Sofli» milli parkının sahısi 428 km²-dir. Ərazinin ən yüksək zirvəsi — Kapsalodur. Zirvənin dəniz səviyyəsindən hündürlüyü 620 metrdir. Milli park ərazisinin əsas hissəsi meşə ilə örtülüdür. Meşə örtüyünü təşkil edən bitki örtüyü əsasən yerli iqlimə, torpaq və su şəraitinə uyğunlaşmış.
Dadaş Dadaşbəyli
Dadaş Nurulla oğlu Dadaşbəyli (15 iyul 1996, Qobustan rayonu) – Azərbaycanlı ağırlıqqaldıran. Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarının gümüş, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının qızıl (birdən qaldırma), Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatının bürünc medalçısı, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının qalibi, dəfələrlə Azərbaycan çempionu, Azərbaycan rekordçusu, idman ustası. == Həyatı == Dadaş Nurulla oğlu Dadaşbəyli 15 iyul 1996-cı il tarixində Qobustan rayonunda anadan olub. 2003–2014-cü illərdə Qobustan şəhəri Aleksandr Osipovic Çernyayevski adına 1 saylı tam orta məktəbdə oxuyub. 2014–2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasında ağırlıqqaldırma ixtisası üzrə ali təhsil alıb. Məşqlərə hazırda da şəxsi məşqçisi olan Şəmsi Səfərlinin rəhbərliyi altında başlayıb. İlk yarışına 2007-ci ildə Gəncə şəhərindəki yeniyetmələr arasında Respublika birinciliyi olub. İlk uğurunu isə 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olaraq qazanıb. == Karyerası == 2010-cu ildə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatının bürünc medalçısı olub. 2012-ci ildə gənclər arasında Respublika birinciliyində gümüş medal qazanaraq milli komandaya dəvət alıb.

Digər lüğətlərdə