Elvin Həsənov (əsgər, 1992)
Elvin Hökuməli oğlu Həsənov (8 iyul 1992, Əhmədbəyli, Saatlı rayonu – 22 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə rayonun Əhmədbəyli kəndində doğulub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb.
Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib.
== Hərbi Xidməti ==
Hərbi xidmətini Murovda çəkib, 2012-ci ildə başa vurub.
=== İkinci Qarabağ müharibəsində iştirakı ===
Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən İkinci Qarabağ müharibəsinə yola salınıb. Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib.