İlkin Cavanşirov
İlkin Cavanşirov (tam adı: İlkin Zülqədər oğlu Cavanşirov; 28 sentyabr 1933 – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
== Həyatı ==
1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləmişdir.
Ailəli olmuş, 9 övladı yadigar qalmışdır: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. Oğlu Əsəd İlkin oğlu Cavanşirov 1-ci Qarabağ müharibəsində Sərsəng istiqamətində mühasirəyə düşmüş, əsir düşməmək üçün özünü əl qumbarası ilə partladaraq həlak olmuşdur.
== Qanlı Yanvar faciəsi ==
O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, gedim, bəlkə kiməsə kömək lazımdır. Hadisənin şahidi olmuş oğlu Nüsrətin dili keçirdiyi şokdan bir müddət tutulmuş, dili açılandan sonra isə Nüsrət bunları demişdir::
09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri olmuş, İlkin qolundan və başından yara almışdır.