Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 6 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
İlkin Abıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əsgərabad, Biləsuvar, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Əsgərabad, Biləsuvar, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013—2015 / 2017—2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.[1] 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]