İlkin Vəliyev (Vəliyev İlkin Səfail oğlu) — Goranboy rayonunda İkinci Qarabağ müharibəsi şəhidi
İlkin Vəliyev | |
---|---|
Vəliyev İlkin Səfail oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Goranboy |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Suqovuşan |
Vəfat səbəbi | Şəxid |
Dəfn yeri | Goranboy rayonu Qızılhacılı qəsəbəsi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Vəliyev İlkin Səfail oğlu, 1996-cı il may ayının 18-də Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Atası 1-ci Qarabağ müharibəsi iştirakçısı olub[1]
2002-ci ildə Dilbazi Qasımov adına 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedir.
2008-ci ildə İlkinin 12 yaşı olarkən anası 34 yaşında ağır bir xəstəlikdən vəfat edir.[2]
İlkin Vəliyev həvəslə oxuyur və imtahanda yaxşı bal toplayaraq hərbi litseyə qəbul olur. O, təhsilini davam etdirir, ancaq hərbi akademiyaya qəbul ola bilmir. O, yarı qalan arzusunu 2015-ci ildə hərbi xidmətə getməklə davam edir. Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur.[1]
Əsgərlik xidmətində o kəşfiyyatçı qrupa yazılır. Xidmət müdətində xüsusi təyinatlı bir əsgər kimi yetişir, layiqli əsgər kimi xidmətini başa vurur. 2020-ci ilin Tovuz döyüşləri vaxti şəhid olan generalımızın və əsgərlərin şəhadəti onu çok sarsıtdı. Müharibənin başlayacağını hiss edirmiş kimi könüllü qeydiyyatdan keçdi.[2]
29 sentyabrda Suqovuşan-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi neytral zonada olduğundan onu oktiyabırın 26-si doğulub boya-başa çatdığı Goranboy rayonu Qızılhacılı qəsəbəsinin kənd qəbiristanlığında şəhidlər xiyabanında dəfn edirlər.[2]
İlkin Vəliyev Qızılhacılının Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan 7-ci Şəhididir.[3]