Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 14 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İlkin Tehran oğlu Ağayev (2 iyun 1986, Körpükənd, Zərdab rayonu – 8 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
İlkin Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1986 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020 (34 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi |
Təltifləri |
İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağayev noyabrın 8-də Qubadlının azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]