İlkin Rauf oğlu Əsgərov (9 sentyabr 2000, Gəncə - 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İlkin Əsgərov | |
---|---|
İlkin Rauf oğlu Əsgərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Rauf Əsgərov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
İlkin Əsgərov 9 sentyabr 2000-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır.[1] Orta təhsilini Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan İlkin Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibənin bir çox hərbi əməliyyatlarında vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]