İZTİRARİ
İZZƏT
OBASTAN VİKİ
Aliya İzzetbeqoviç
Əli İzzətbəyoviç (bosn. Alija Izetbegović; 8 avqust 1925[…], Şamats, Yuqoslaviya krallığı – 19 oktyabr 2003, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı siyasətçi və Bosniya və Herseqovinanın ilk prezidenti (1990–1996) və Prezident Şurasının üzvü (1996–2000). == Həyatı == Atası bosniyalı, anası türk olan Əli 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlib, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür. Əli İzzətbəyoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında olarkən "Gənc müsəlmanlar" təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilərək,1949-cu ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində əmək fəaliyyətinə başlamışdır. "Gənc müsəlmanlar" təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzətbəyoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi. İzzətbəyoviç 1970-ci ildə bütün dünyada böyük əks-sədaya səbəb olan "İslam Manifesti" əsərini , 1980-ci ildə isə "Şərq və Qərb arasında İslam"ı tamamlamışdır. "İslam Manifesti" kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilsə də, sonradan cəzası əvvəlcə 11, sonra isə 9 ilə qədər azaldılmışdır.
Aliya İzzətbəyoviç

Elgün İzzətzadə
Elgün Bəhram oğlu İzzətzadə (15 mart 1997; Qax, Azərbaycan — 18 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün İzzətzadə 15 mart 1997-ci ildə Qax rayonunda dünyaya gəlib. 2014-2016-cı illərdə hərbi xidmətdə olub. Aprel döyüşləri'ndə xidmət etmişdir. Vətən Müharibəsi Qəhrəmanı baş leytenant İzzət Balacayev'in əmisi oğlu idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elgün İzzətzadə Suqovuşanın işğaldan azad edilməsində iştirak edib. O, 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Qax Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün İzzətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün İzzətzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid İzzətli
Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm!
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
Həsən İzzət Paşa
Həsən İzzət Paşa (türk. Hasan İzzet Paşa, Hasan İzzet Arolat) (d. 1871; İstanbul, – 3 mart, 1931) — Osmanlı İmperiyasının generalı. == Həyatı == Həsən İzzət 1871-ci ildə İstanbulun Aksaray məhəlləsində Əli Muhsin Paşanın və Sürəyyə xanımın ailəsində doğulmuşdu. 1890-cı ildə Türkiyə Quru Qoşunları məktəbini və 1893-cü il martında hərbui məktəbi qərargah zabiti rütbəsi ilə bitirdi. == Hərbi karyerası == 1894-cü il aprelin 14-də Sultan II Əbdülhəmidin əmri ilə Baş Qərargahın dördüncü şöbəsinə təyin edildi. 1895-ci il mayın 18-də Kapitan (Kolağası) rütbəsinə yüksəldi və 1895-ci il mayın 12-də hərbi heyətin tərkibində Üsküpə ekskursiya göndərildi (indiki Skopye). 29 oktyabr 1896-cı ildə Hərbi Akademiyaya təyin edildi. === Osmanlı-Yunan müharibəsi (1897) === 1897-ci il aprelin 21-də mayor rütbəsinə yüksəldilmiş və Alasonya ordusunda xidmətə göndərilmişdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə II Neşet bəyin diviziyasına təyin edilmiş və Domokos döyüşündə (Domokos Müharibəsi) iştirak etmişdir.
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
Süleyman İzzət bəy
Süleyman İzzət bəy (XIX əsr) — Osmanlı və Türkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevik –ingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri. == Azərbaycanın işğaldan qurtarılmasında rolu == 1918-ci ilin avqustun axırlarında Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər. Bakı azad olunduqdan sonar Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya Dərbənd və Petrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi. == Əsəri == Süleyman İzzət bəy sonralar XV diviziyanın Azərbaycan və Şimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir: 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri.
Topal İzzət Mehmed Paşa
Topal İzzət Mehmed Paşa (1794, Malatya – 7 (19) mart 1855, Konstantinopol) — II Mahmud və Sultan Əbdülməcidin səltənətlərində 2 dəfə - ümumlikdə 11 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == BA, Tahvil Defterlerinden Atik Vüzerâ Defteri, nr. 39; Esad Efendi, Üss-i Zafer, İstanbul 1241, s. 160-166; Ahmed Rifat, Verdü’l-hadâik, İstanbul 1283, s. 27-30; Cevdet, Târih, XII, 156, 161-170; Mehmed Memduh [Paşa], Esvât-ı Sudûr, İstanbul 1328, s. 8-9; Lutfî, Târih, I, 154, 304-305; Sicill-i Osmânî, III, 460-461; Uzunçarşılı, Kapukulu Ocakları, I, 550, 552-553, 600; Mufassal Osmanlı Tarihi, İstanbul 1962-63; “İzzet Mehmed Paşa”, TA, XX, 486-487.
Yusif İzzəddin Əfəndi
Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası – 1 fevral 1916, Konstantinopol) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu. Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi. Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur. 10 yaşında ikən atasıyla birlikdə Avropa səyahətinə çıxdı. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, Cəlaləddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. 14 yaşında ikən 1 sentyabr 1871-ci ildə atası Sultan Əbdüləziz tərəfindən marşal rütbəsilə ordu rəhbərliyinə gətirildi və bu vəzifəsini 1873-cü ilin yanvarına qədər davam etdirdi. Atası saray çevrilişi ilə taxtdan endirilib, bir neçə gün sonra da şübhəli olaraq öləndə 19 yaşı vardı.
Yusif İzzət
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. == Həyatı == Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi. Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi.
Yusif İzzət paşa

İzzət Həmidov (20 Yanvar şəhidi)
İzzət Həmidov (tam adı: İzzət Ataykişi oğlu Həmidov; 5 dekabr 1930, Kərimli, Vartaşen rayonu – 22 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == İzzət Həmidov 1930-cu ilin 5 dekabr tarixində Kərimli kəndində anadan olub. Yer Quruluşu Layihə İnstitutunda işləyib. Yanvarın 20-də həyat yoldaşı ilə öz avtomobillərində iş yerinə tərəf gedirmiş. İnstitut Salyan kazarmasının yanında yerləşir. İnstitutun yanında yol bağlı olmasını gördükdə, maşını saxlayıb düşür. Yol kənarında tanışlarına rast gəlir. Onlarla söhbət eləməyə başlayır və bu zaman açılan atəş nəticəsində yerə yıxılır. Onu təcili yardım xəstəxanasına çatdırlar və əməliyyat edilir və güllə çıxarılır.
İzzət Həmidov (Şəhid)
İzzət Rövşən oğlu Həmidov (28 fevral 2000 – 9 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. 2020-ci il oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, bu zaman bir ilin əsgəri olub. Şəhidimizin anası Vəfa İsmayılova oğlu ilə bağlı xatirələrini bizimlə bölüşüb. 3 oğul anası olduğunu bildirən Vəfa xanımın sözlərinə görə, İzzət onların ən böyüyü olub "İzzət həm də ən ağıllı oğlum idi. 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi.
İzzət Həmidov (əsgər)

İzzət Mehmed Paşa
İzzət Mehmed Paşa (1723, Zonquldak – 1784, Belqrad) — I Əbdülhəmidin səltənətində 2 dəfə - ümumlikdə 1 il 17 ay 4 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 1723-cü ildə o dövrdə Bolunun tabeliyindəki (indiki Zonquldakda) Çərşənbə qəzasının Bəylik kəndində dünyaya gəldi. Atası Hüseyn bəy Fateh Sultan Mehmed dönəminin sədrəzəmlərindən Yunan Mehmed Paşanın nəslinə mənsub idi. Moreyalı Bəşir ağanın darüssəadə ağalığı dönəmində İstanbula gələrək Köhnə sarayın baltaçılar ocağına alındı. Şəxsi keyfiyyətləri və bacarığı nəticəsində qısa zamanda yüksəldi. III Mustafanın taxta çıxmasından qısa müddət sonra 6 noyabr 1757-ci ildə darüssəadə ağasının katibliyinə gətirildi. Ancaq sədrəzəm Qoca Raqif Paşaya düşmənliyi və baltaçılar ocağının ləğv edilməsinə etiraz etməsi nəticəsində 25 mart 1758-ci ildə vəzifədən alındı. Ardından mənsubu olduğu baltaçılar ocağı ləğv edildi və 1763-cü ilin martına qədər heç bir vəzifəyə təyin olunmadı. Bu tarixdə ikinci dəfə darüssəadə ağası katibliyinə gətirilən İzzət Mehmed bəy bir çox saray mərasimində aktiv iştirak etmişdir. 20 mart 1766-cı ildə təyin ediliyi saray zərbxanası əminliyində 8 ilə yaxın xidmət etdi.
İzzət Nəbiyev
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969). == Həyatı == İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır. 75 elmlər namizədinin elmi rəhbəri olmuşdur. == Elmi-təşkilatı fəaliyyəti == Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/ Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
İzzət Nəbiyev (alim)

İzzət Orucova
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). == Elmi fəaliyyəti == İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Oruczadə

İzzət Rüstəmov
İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru. == Həyatı == İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır. 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir. == Ailəsi == Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
İzzət Seyidova
İzzət Əli qızı Seyidova (20 noyabr 1910, Xarkov – 30 noyabr 1973, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). == Həyatı == İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.