Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərid İzzətli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub.[1] 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı.
Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm! Deyen Fərid İzzətli oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı saat 13:35 də şəhid olub. Oktyabr ayının 22-də Şəki şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid İzzətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid İzzətli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid İzzətli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
2022-ci ildə Fərid İzzətli haqqında "Cənab leytenant" adlı sənədli film çəkilmişdir[5].