İzzət Mehmed Paşa

İzzət Mehmed Paşa (1723, Zonquldak1784, Belqrad) — I Əbdülhəmidin səltənətində 2 dəfə - ümumlikdə 1 il 17 ay 4 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3][4]

İzzət Mehmed Paşa
10 avqust 1774 – 7 iyul 1775
ƏvvəlkiMuhsinzadə Mehmed Paşa
SonrakıDərviş Mehmed Paşa
18 mart 1781 – 25 avqust 1782
ƏvvəlkiSilahdar Seyid Mehmed Paşa
SonrakıSeyid Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1723
Doğum yeri
Vəfat tarixi 1784
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Hüseyn bəy
Uşağı Mehmed Səid bəy

1723-cü ildə o dövrdə Bolunun tabeliyindəki (indiki Zonquldakda) Çərşənbə qəzasının Bəylik kəndində dünyaya gəldi. Atası Hüseyn bəy Fateh Sultan Mehmed dönəminin sədrəzəmlərindən Yunan Mehmed Paşanın nəslinə mənsub idi. Moreyalı Bəşir ağanın darüssəadə ağalığı dönəmində İstanbula gələrək Köhnə sarayın baltaçılar ocağına alındı. Şəxsi keyfiyyətləri və bacarığı nəticəsində qısa zamanda yüksəldi. III Mustafanın taxta çıxmasından qısa müddət sonra 6 noyabr 1757-ci ildə darüssəadə ağasının katibliyinə gətirildi. Ancaq sədrəzəm Qoca Raqif Paşaya düşmənliyi və baltaçılar ocağının ləğv edilməsinə etiraz etməsi nəticəsində 25 mart 1758-ci ildə vəzifədən alındı. Ardından mənsubu olduğu baltaçılar ocağı ləğv edildi və 1763-cü ilin martına qədər heç bir vəzifəyə təyin olunmadı. Bu tarixdə ikinci dəfə darüssəadə ağası katibliyinə gətirilən İzzət Mehmed bəy bir çox saray mərasimində aktiv iştirak etmişdir. 20 mart 1766-cı ildə təyin ediliyi saray zərbxanası əminliyində 8 ilə yaxın xidmət etdi. Xüsusilə, 1768-1774 Osmanlı-Rusiya müharibəsi illərində yaranan maliyyə problemlərinin həlli və yeni sikkələrin kəsilməsi kimi məsələlərdə önə çıxdı. Bu vəzifədə ikən 1766-cı ildə baş verən zəlzələdə dağılan Fateh məscidinin bərpa işlərinə nəzarət etdi. I Əbdülhəmidin tatxa çıxmasından sonra 2 mart 1774-cü ildə şəhrəminliyinə (saray və dövlət binalarının təmiri, hərəm xərclərinə və aylıq işlərinə nəzarət edən şəxs) gətirilən İzzət Mehmed bəy çox keçmədən vəzirliyə yüksəldi (5 iyul 1774). Kiçik Qaynarca sülhünü bağlayaraq müharibəni sonlandıran və İstanbula qayıdan sədrəzəm Muhsinzadə Mehmed Paşanın vəfatı ilə 10 avqust 1774-cü ildə sədrəzəmliyə gətirildi və sədarət möhürünü şəxsən Sultan Əbdülhəmidin əlindən aldı. Sultan Əbdülhəmid özünün təyin etdiyi bu ilk sədrəzəminə, ənənəyə uyğun olmayaraq, dəyərli hədiyyələr göndərdi.

İzzət Mehmed Paşa ilk öncə illərdir davam edən müharibə səbəbilə yaranan ərzaq çatışmazlığı və qara bazarla mübarizə apardı. O əsnada Osmanlı imperiyasının xarici siyasətindəki ən mühüm məsələ isə Kiçik Qaynarca sülhü ilə muxtariyyət qazanan Krım xanlığı idi. Belə ki, artıq Osmanlı təbəəliyində olmayan krımlılar İstanbula nümayəndə göndərərək yardım tələb edir, mərkəzdə yaranan problemlərlə məşğul olan sədrəzəm İzzət Mehmed Paşa isə bu yardım tələblərini göz ardı edirdi. Apardığı məhz bu ikili siyasət onun ilk sədarətinin başa çatmasında mühüm rol oynadı. Belə ki, Krımdan gələn nümayəndə heyətinin şərəfinə Dolmabağça sarayında verilən ziyafətdə şeyxülislam İvazpaşazadə İbrahim Bəyəfəndiylə aralarında yaranan sərt münaqişənin ardından 7 iyul 1775-ci ildə İzzət Mehmed Paşa, bundan 22 gün sonra isə şeyxülislam İbrahim Bəyəfəndi vəzifələrindən alındılar.

Ertəsi gün malları müsadirə edilmədən oğlu Mehmed Səid bəylə birlikdə Gəliboluya sürgün edilən İzzət Mehmed Paşa, hələ yolda ikən bu sürgün qərarı ləğv edilmiş, maliyyə məsələləri üzrə məmur təyin edildiyi Aydına göndərilmişdir. Daha sonra sırayla 6 noyabr 1775-ci ildə Misir bəylərbəyliyinə, 11 dekabr 1778-ci ildə İçəl sancaqbəyliyinə, 9 mart 1779-cu ildə Sivas, 18 dekabr 1779-cu ildə Amasya, 22 mart 1780-ci ildə Raqqa4 sentyabr 1780-ci ildə Ərzurum bəylərbəyliyinə təyin edildi.

Sədrəzəm Silahdar Mehmed Paşanın səhhətinin pisləşməsi və 20 fevral 1781-ci ildə vəfat etməsinin ardından Ərzurumdan İstanbula çağırılan İzzət Mehmed Paşa 18 mart günü sədarət möhürünü təslim alaraq ikinci dəfə sədarətə gətirildi. Ancaq ilk sədarətində olduğu kimi, qaynı Çələbi İsmayıl ağanın nüfuzundan istifadə edərək rüşvət hadisələrinə adı qarışması sədrəzəm haqqında yayılan dedi-qoduların artmasına səbəb oldu. Digər yandan isə oğlu Mehmed Səid bəyi Sultan Əbdülhəmidin qızlarından Əhtər Məleykə Sultanla evləndirən İzzət Mehmed Paşa bununla vəzifəsini möhkəmləndirməyə çalışdı. 24 iyul 1782-ci ildə çıxan və 25 saat davam edən yanğından sonra həmin ilin 22 avqustunda başlayaraq 65 saat davam edən ikinci böyük İstanbul yanğını da məhz İzzət Mehmed Paşanın ikinci sədarət dönəminə təsadüf etdi. Bu iki böyük yanğının ardından şəhər xarabalığa dönmüş, əhalinin sayında kəskin azalma müşahidə edilmişdir. Bütün bu hadisələrdə öz sakitliyi ilə müşahidə edilən İzzət Mehmed Paşanın bu münasibəti Sultan Əbdülhəmidin gözündən qaçmamış, nəticədə ikinci yanğının söndürüldüyü 25 avqust günü vəzifədən alınmışdır. Bu dəfə vəzir rütbəsi də əlindən alınaraq malları müsadirə edildi və ertəsi gün Plovdivə sürgün olundu.

Sonrakı illəri

[redaktə | mənbəni redaktə et]

Sədrəzəm Xəlil Həmid Paşa tərəfindən bəraət alan İzzət Mehmed Paşa yenidən vəzir rütbəsi alaraq 7 yanvar 1783-cü ildə Belqradın mühafizəsi şərtiylə Səməndirə sancaqbəyliyinə gətirildi. Bu vəzifəsi davam edərkən 6 mart 1784-cü ildə Belqradda vəfat etdi.

  • BA, Sadâret Mektupçuluğu Defterleri, nr. 1, s. 29;
  • BA, Ali Emîrî, I. Abdülhamid, nr. 25, 38, 1328, 1434, 1641;
  • BA, Cevdet-Bahriye, nr. 11023;
  • BA, Cevdet-Dahiliye, nr. 5903;
  • BA, Cevdet-Darbhâne, nr. 1296, 2209, 2924, 3106, 3117;
  • BA, Cevdet-Saray, nr. 581, 8369;
  • BA, D.BŞM. Muhallefât Halifesi, dosya nr. 73/1, 50, 53;
  • Hâkim Mehmed, Târih, Arkeoloji Müzesi Ktp., nr. 483, II, 36-37;
  • Çeşmîzâde, Târih (nşr. Bekir Kütükoğlu), İstanbul 1993, s. 20, 79;
  • Rûznâme (I. Abdülhamid), TSMA, nr. E. 12360/17, vr. 4a;
  • Rûzmerre, TTK Ktp., Yazma, nr. 58, s. 2-5, 12-16;
  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), III, 28-31;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 97;
  • Sâdullah Enverî, Târih, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 67, II, vr. 23b-24a;
  • Ahmed Câvid, Verd-i Mutarrâ: Hadîkatü’l-vüzerâ Zeyli, İstanbul 1271, s. 25-27;
  • Vâsıf, Târih, I, 96, 110, 220, 274;
  • Derviş Efendizâde Derviş Mustafa, 1782 Yılı Yangınları (haz. Hüsamettin Aksu), İstanbul 1994;
  • Zaimzâde Mehmed Sâdık, Târihçe, İÜ Ktp., TY, nr. 2532, vr. 6a-7a, 12a;
  • Ferâizîzâde Mehmed Said, Gülşen-i Maârif, İstanbul 1252, II, 1683-1685;
  • Venezuela’lı General Miranda’nın Türkiye’ye Dair Hâtıratı (der. Fuad Carım), İstanbul 1965, s. 56;
  • Tayyarzâde Atâ Bey, Târih, İstanbul 1292-93, II, 168-169;
  • Cevdet, Târih, II, 24-25, 105, 155-156, 160, 165, 173-176, 236, 337-338;
  • Sicill-i Osmânî, III, 456;
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 425, 427, 473, 477;
  • M. İpşirli, “İbrahim Beyefendi, İvazpaşazâde”, DİA, XXI, 290.
  1. III. Mustafa Rûznâmesi (1171-1177/1757-1763) (haz. Yunus Irmak, yüksek lisans tezi, 1991), MÜ Sosyal Bilimler Enstitüsü, vr. 2b;
  2. Mehmed Hasîb Rûznâmesi (h. 1182-1195 / m. 1768-1781) (haz. Süleyman Göksu, yüksek lisans tezi, 1993), MÜ Sosyal Bilimler Enstitüsü, vr. 15b, 18b, 22b, 24a, 25a-b;
  3. Fikret Sarıcaoğlu, Hatt-ı Humâyunlarına Göre Bir Pâdişâhın Portresi, Sultan I. Abdülhamid (1774-1789) (doktora tezi, 1997), İÜ Sosyal Bilimler Enstitüsü, s. 5, 14, 103-104, 107, 171, 173;
  4. Âkif Mehmed, Târîh-i Cülûs-i Sultan Mustafa-yı Sâlis, Süleymaniye Ktp., Esad Efendi, nr. 2108, vr. 19b;