krezol
krım-tatarlar
OBASTAN VİKİ
Krım-tatar dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım-tatar əlifbası
Krım-tatar dilində iki əlifba istifadə olunur – latın və kiril əlifbaları == Latın əlifbası == Krım-tatar latın əlifbası 1992-ci il II Krım-tatar Milli Qurultayı tərəfindən təsdiqləndi. O, 31 hərf və 1 işarədən ibarətdir. Â â işarəsi ayrı bir hərf deyil. Önünde duran tutuq səsi yumşaldan işarə olaraq istifadə olunur. Bu hərflərin tələffüzü belədir: == Kiril əlifbası == Krım-tatar kiril əlifbası 1938-ci il Sovet hökuməti tərəfindən təsdiqləndi. Amma kiril əlifbası bu gün də çox sıx istifadə olunur. Bu əlifba 37 hərfdən ibarətdir. гъ, къ, нъ və дж ayrı hərflərdir (sözlərin əlifba sırası ilə düzmək üçün mühüm təsiri var, məsələn, lüğətlərdə).
Krım Tatar dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım Tatar mətbəxi
Krım tatar mətbəxinin yarandığı Krım yarımadası bitki örtüyü, ət, tərəvəz və meyvələrlə zəngindir. Krım tatar mətbəxi uzun illərdir ki, Ukrayna, Yunanıstan, İtaliya, Türkiyə, Qafqaz, Rusiya və digər ölkələrin mədəniyyəti ilə təmasdadır. Həmçinin subetnik qruplarda da xüsusiyyətlər müşahidə olunur. Tərəvəz, meyvə və balıq tez-tez cənubluların süfrəsində olur, çöl sakinləri isə ət və süd məhsullarını istənilən formada yeməyi sevirlər və böyük kulinariya sirlərini daşıyırlar. Bütün bunlara baxmayaraq, hər süfrədə milli xörəklərə yer var. == Ənənəvi yeməklər == Çiberek — Yarım ay şəklində içlik üzərinə qatlanmış bir dəyirmi xəmir parçası ilə hazırlanır. Krım tatarlarının milli yeməyi, Türkiyə, Rumıniya, Rusiya və Özbəkistandakı Krım tatar diasporalarında da məşhurdur. Burma — ənənəvi Krım yeməyi Yantiq — manqalda bişirilmiş çibərək. Köbete — iki qat xəmir arasında düyü və toyuq içliyi olan, bişmiş ənənəvi yemək. Tabaq börək — şorba (qaşıq börək) ətli xırda küftə.
Krım tatar ədəbiyyatı
Krım tatar ədəbiyyatı (krımtat. Qırımtatar edebiyatı) — Krım tatarlarının ədəbiyyatı. Krım tatarlarının ən erkən ədəbi əsərləri Qızıl Orda dövrünə (XIII-XV əsrlər), onun qızıl dövrü isə Krım xanlığı dövründə (XV-XVIII əsrlər) təsadüf edir. == Tarixi == === Orta əsrlər dövrü === Krımın ilk ədəbi əsərlərindən biri Mahmud Kırımlının XIII əsrdə yazdığı "Yusif və Züleyxa" poemasıdır. Krımın görkəmli yazıçıları: Əli (1232), Mahmud (XIII-XIV əsrlər), Mövlana Rəcəb bin İbrahim (... - 1386), Mövlana Şərəfəddin bin Kamal (1438) və Kamal Ümmədir (1475). Saray poeziyasının yaranması Qızıl Orda dövründə (XIII-XV əsrin birinci yarısı) Krımlıların İslamı qəbul etməsi ilə başlandı, formalaşması isə Krım xanlığının inkişafının erkən dövründə başa çatmışdı. === Klassik dövr === Krım xanlığının çiçəklənən dövrünün Krım tatar ədəbiyyatı saray ədəbiyyatı (saray edebiyatı) idi ki, bu da “divan ədəbiyyatı” adlanırdı. Onun müəllifləri xanlar və aristokratlar idi. Bu dövrün bütün yazılı abidələri ərəb qrafikası ilə yazılmışdır.
Birinci Krım-tatar qurultayı
Birinci Krım-tatar qurultayı ya da Tatar parlamenti 1917-ci ildə keçirilmişdir. Bu qurultayın təşkili 1918-ci il 23 fevralda ruslar tərəfindən şəhid edilmiş Krım müsəlmanlarının birinci müftisi, siyasətçi, şair Noman Çələbi Cihanın adı ilə bağlıdır. 1917-ci il 26 noyabrda Bağçasaraydakı Krım xan sarayında günorta namazından sonra, saat 2-də Qurultay öz işinə başladı. Xan sarayının ətrafında ordu və xalq böyük izdiham və həyəcan içində qurultay vəkillərinin çıxışlarını gözləyirdilər. Qurultayda aşağıdakı məsələlərə baxılıb qərar verildi: Krım tatarlarının yarımadada yaşayan digər xalqlarla təbii münasibətlərinin necə nizamlanacağı; Krım tatarlarının milli, dini, ictimai, rəsmi, mədəni və siyasi həyatlarını müəyyənləşdirəcək qanunların işlənilib hazırlanması; Krım tatarları xalqının dini, rəsmi, mədəni həyatını inkişaf etdirəcək sahələrdə bir sıra əsaslı reformların əməli surətdə işlənilib hazırlanması və həyata keçirilməsi; Milli qanunu yerinə yetirəcək orqanların (yəni milli parlament) təşkil edilməsi. Qurultayda Krım Xalq Respublikasının Əsas Qanununu (Konstitutsiyasını) işləyib hazırlayacaq xüsusi komissiya formalaşdırıldı. 18 maddədən ibarət olan Əsas Qanun Krım-tatar Parlamentinin bütün işlərinin xüsusiyyətlərini, Krım həyatının siyasi, mədəni, iqtisadi və digər tərəflərini əhatə edirdi. Kırm Xalq Respublikası bu Əsas Qanun əsasında qanunlar yaradıb, müstəqil dövlət kimi var olmaq niyyətində idi, lakin Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər milli hökuməti tanımırlar. 1918-ci il 26 yanvarda bolşevik qüvvələri milli hökumətin üzərinə şiddətli hücuma keçir və nəticədə qısa müddətdə hökuməti devirməyə nail olur. Fevralın 23-də isə Birinci Qurultayın rəhbəri hesab edilən Noman Çələbi Cihan güllələndi, meyidi isə Qara dənizə atılır.
Krım Tatar Milli Məclisi
Krım Tatar Milli Məclisi (krımtat. Qırımtatar Milliy Meclisi, Къырымтатар Миллий Меджлиси, ukr. Меджлiс Кримськотатарського Народу) — Krım Tatar Qurultayının icra orqanı. 2014-cü ildə, Krımın Rusiya tərəfindən işğalından sonra, Məclis Ukrayna Ali Radasının tərəfindən Qurultayın iclaslarının arasında Krım tatar xalqının Ukrayna ərazisində ali təmsilçi orqanı kimi tanınıb. 2016-ci ildə isə Ruisya Məclisi ekstrimist qrupların siyahısına salıb, qadağan etmiş. == Tarixi == Krım Tatar Milli Məclisi 1991-ci ildə keçirilən II Krım Tatar Qurultayının qərarı ilə yaradılmış. Qurultayın iştrakçılardan 33 adam məclis üzvü seçilib. O cümlədə, Mustafa Əbdülcəmil Qırımoğlu Məclisin sədri, Refat Çubarov isə onun müavisi kimi seçilib. Məclisin ilk iclası həmin ilin iyulun 6-da baş tutub. Orada onun quruluşu müəyyən edilmişdir.
Krım Tatar Milli Qurultayı
Krım Tatar Milli Qurultayı (krımtat. Qırımtatar Milliy Qurultayı, Къырымтатар Миллий Къурултайы) — Krım tatar xalqının nümayəndə orqanı və 1917-ci ildə Krım Xalq Respublikasının müstəqilliyini bəyan edərək onun parlamenti olan qurum. == Tarixi == === Mənşəyi === Rusiyada 1917-ci ilin martın 25-də baş vermiş Fevral inqilabından sonra Simferopol şəhərində Krımın şəhərləri və qəsəbələridən 1500 nümayəndədən ibarət olan Bütövkrım Müsəlman Qurultayı baş verib. Həmin ilin oktyabrın 1-2 arasında müsəlman icra komitəsinin başçısı Noman Çələbi Cihan komitənin keçirdiyi Krım tatar qurumların toplantısında Krım Tatar Milli Qurultayını təsis etməyə təklif edib. Təklif yekdilliklə qəbul olunub. === Sovet dövrü === Sovet dövründə törədilən deportasiyalara görə, 1950-ci və 60-cı illərdə Krım tatarların milli hərəkatı SSRİ boyu mərkəzsiz bir şəbəkə yaradıb, Özbəkistanda iclaslarını gizli şəkildə aparmağa məcbur idi. 1970-ci və 80-ci illərdə birgə məqsədləri, amma müxtəlif taktikaları olan qruplar formalaşıb. 80-ci illərin ortasında yeni təşkil üsulları üçün imkan yaradılıb. Sovet dövründəki fasilədən sonra Qurultay yenidən 1991-ci ilin iyunun 26-da toplaşmağa başladı. Qurultay Krım Tatar Milli Məclisinin 33 üzvünü seçib.
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Krım Tatar Akademik Musiqi və Dram Teatrı
Krım Tatar Akademik Musiqi və Dram Teatrı (krımtat. Къырымтатар девлет академик музыкалы драма театри, Qırımtatar devlet akademik muzıkalı drama teatri) — Krımdakı yeganə türkdilli teatr (əvvəllər Ukraynada), dünyada Krım tatarlarının yeganə teatrı. Bu teatrın ənənələri, ehtimal ki, XIV–XV əsrlərdə Krım xanlarıı sarayında teatr nümayişlərindən qaynaqlanır. Krım tatarlarının peşəkar teatrlar tarixi isə başlanğıcını 1901-ci ildə Səyyar Krım tatar teatrının işə başlanmasından götürür. == Tarixi == 1901-ci ildə Krım tatarlarının səyyar teatrının binası açıldı. O dövrdə bütün müsəlman dünyasında olduğu kimi rolları yalnız kişilər oynayırdı. Hətta qadın rollarını belə kişilər ifa edirdi. 1922-ci ildən başlayaraq Krım tatar teatrının sürətli inkişafı start götürdü. Teatr mütəxəssisləri bu dövrü "Krım tatar İntibahı Dövrü" adlandırırlar. Teatrda Vilyam Şekspir və Molyer, İpçi və Lətif-zadə, Qoldoni və Bomarşe, Tolstoy və Tatyana Trenevin pyesləri səhnələşdirilirdi.
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi (krımtat. Qırımtatar medeniy-tarihiy miras müzeyi, Къырымтатар медений-тарихий мирас музейи ) — Krım tatar xalqının tarixini, mədəniyyətini və mədəni irsini qoruyan, təbliğ edən və araşdıran mədəni mərkəz. Muzey Simferopol şəhərində yerləşir. Muzey 2015-ci ilə qədər Krım Tatar İncəsənət Muzeyi və yaxud Simferopoldakı Muzey adlanıb. == Muzeyin yaranma tarixi == 1992-ci ildə "Krım Tatar Mədəniyyəti Fondu" ictimai təşkilatının nəzdində Krım Tatar Milli Qalereyası olaraq yaradılmışdır. Kolleksiyanın əsasını 1990-cı ilin mart-aprel aylarında Krım Rəssamlar Evində keçirilən (19 mart 1990-cı ildə açılmış) Krım Tatar rəssamlarının ilk Ümumittifaq sərgisindən seçilmiş Krım Tatar rəssamlarının əsərləri təşkil edirdi. Sərgi Krım Tatar Mədəniyyətinin Dirçəliş Koordinasiya Mərkəzi və Ukrayna Rəssamlar Birliyinin Krım Təşkilatı tərəfindən təşkil edildi. İ.A.Zaatov və M.Y.Çorlu sərginin təşəbbüskarları idilər. 1993-cü ildən başlayaraq Krım Tatar Milli Qalereyası Krım Tatar Rəssamları Dərnəyinin tərkibinə keçir. Gələcəkdə Qalereya fondlarının formalaşdırılması və sərgi fəaliyyəti Dərnəyin rəhbərliyi altında həyata keçirildi.
Ayıdağ (Krım)
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Belaqorsk (Krım)
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir. == Coğrafiyası == Böyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç). == Adı == Şəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Krım Respublikası
Krım Respublikası (rus. Республика Крым, ukr. Республіка Крим, krh. Qırım Cumhuriyeti) — Rusiyanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublika, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Simferopol (Ağməscid) şəhəridir. == Tarix == 2014-cü ilə qədər Ukraynanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar əyalət idi. 2014-cü ildən Rusiyanın işğalına məruz qalıb. == İnzibati quruluşu == Krım Respublikası və Sevastopol (Ağyar) birlikdə Rusiyanın Krım Federal Bölgəsində yerləşdirilib. Krım Respublikası 14 rayondan və 10 respublika tabeliyində olan şəhərdən ibarətdir. Krım Respublikasının iri şəhərləri Simferopol (Ağməscid), Kerç (Keriç), Yevpatoriya (Kezlev), Feodosiya (Kefe), Yalta, Canköy və Bağçasaraydır.
Krım Tatarcası
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım buxurkolu
Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Krım dağları
Krım dağları (ukr. Кримські гори, krımtat. Qırım dağları, Къырым дагълары), keçmişdə həmdə Tavr dağları adlanırdı — Krım yarımadasının cənub və cənub-şərq hissəsini əhatə edən dağ silsiləsi. Krım dağları üç silsiləyə bölünür. Dağların uzunluğu 160 km, eni isə 50 km təşkil edir. Dağların daxili silsiləsi 750 metr hündürlüyə malikdir. Maksimal hündürlüyü isə 1545 metr olan Roman-Koş dağı Babuqan yaylasında yerləşir. == İqlimi == Dağların iqlimi mülayim-sərin və rütubətlidir. Yağıntılar Aralıq dənizi iqliminə xasdır. Qış oktyabrın ortalarından martın sonlarına qədər davam edir.
Krım dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım körpüsü
Krım körpüsü və ya Kerç körpüsü — Kerç boğazından keçən transport körpüsü. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan (A-290) və dəmiryol xəttindən ibarətdir. Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur.Ancaq nəzərə almaq lazımdır ki, körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir. Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəldi. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi.
Krım kəkotusu
Satureja taurica (lat. Satureja taurica) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Krım kərtənkələsi
Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi məlumat == Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar. Yumurta qoymaqla çoxalırlar ящерица.
Krım müharibəsi
Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır. == Tələbləri == Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı.
Krım qotları
Krım qotları — Qara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir. V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.