Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi

Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi (krımtat. Qırımtatar medeniy-tarihiy miras müzeyi, Къырымтатар медений-тарихий мирас музейи ) — Krım tatar xalqının tarixini, mədəniyyətini və mədəni irsini qoruyan, təbliğ edən və araşdıran mədəni mərkəz. Muzey Simferopol şəhərində yerləşir. Muzey 2015-ci ilə qədər Krım Tatar İncəsənət Muzeyi və yaxud Simferopoldakı Muzey adlanıb.[1]

Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi
krımtat. Qırımtatar medeniy-tarihiy miras müzeyi
Muzey binasının xarici görünüşü
Muzey binasının xarici görünüşü
Əsası qoyulub 1992
Ölkə
Yerləşir Rusiya Federasiyası, Krım Respublikası Simferopol şəhəri, Çexov keçəsi, 5
Direktor Eminova Safiya Lumanova
Telefon +380 (652) 249-532
İş rejimi saat 9-17 arası (bazar günü istirahət günüdür.)
44°56′40″ şm. e. 34°06′09″ ş. u.
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi xəritədə
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi
krtmuseum.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzeyin yaranma tarixi[redaktə | mənbəni redaktə et]

1992-ci ildə "Krım Tatar Mədəniyyəti Fondu" ictimai təşkilatının nəzdində Krım Tatar Milli Qalereyası olaraq yaradılmışdır. Kolleksiyanın əsasını 1990-cı ilin mart-aprel aylarında Krım Rəssamlar Evində keçirilən (19 mart 1990-cı ildə açılmış) Krım Tatar rəssamlarının ilk Ümumittifaq sərgisindən seçilmiş Krım Tatar rəssamlarının əsərləri təşkil edirdi. Sərgi Krım Tatar Mədəniyyətinin Dirçəliş Koordinasiya Mərkəzi və Ukrayna Rəssamlar Birliyinin Krım Təşkilatı tərəfindən təşkil edildi. İ.A.Zaatov və M.Y.Çorlu sərginin təşəbbüskarları idilər. 1993-cü ildən başlayaraq Krım Tatar Milli Qalereyası Krım Tatar Rəssamları Dərnəyinin tərkibinə keçir. Gələcəkdə Qalereya fondlarının formalaşdırılması və sərgi fəaliyyəti Dərnəyin rəhbərliyi altında həyata keçirildi.

1993-cü ildə milli qalereyanın formalaşmasında əhəmiyyətli bir hadisə baş verdi. Belə ki, Krım Tatar Rəssamları Dərnəyi (sədri E.S.İzətov), Millətlər və Krım Muxtar Respublikasının Deportasiya edilmiş Vətəndaşların Dövlət Komitəsi (sədrR.Cemilev) və Simferopol İncəsənət Muzeyi (direktoru N.D.Dyaçenko) arasında tərəflərin hər birinin məsuliyyət götürdüyü üçtərəfli saziş imzalandı. Bu Müqaviləyə əsasən, Millətlər və Deportasiya Edilmiş Vətəndaşlar üzrə Dövlət Komitəsi qalereya fondunu zənginləşdirmək üçün yeni eksponatların alınmasına, Simferopol İncəsənət Muzeyinə - eksponatların qorunması və eksponatların saxlanılması üçün binaların ayrılmasına, sərgi fəaliyyətində fondların formalaşdırılması və yeni təsviri sənət əsərlərinin populyarlaşdırılması üçün Krım Tatar Rəssamlar Birliyinə zəmanət verdi.

1996-cı ilin iyulunda Krım Tatar Milli Qalereyası İ.Qasprinski adına Respublika Krım Tatar Kitabxanasının nəzdinə verildi. Burda isə onun adı dəyişdirilərək kitabxananın strukturundakı şöbələrdən biri kimi Krım Tatarlarının Təsviri İncəsənət Muzeyi yaradıldı. 1998-ci ildə İncəsənətlər Muzeyi İ.Qasprinski adına Respublika Krım Tatar Kitabxanasının filialı olaraq Krım Tatar İncəsənəti Muzeyi olaraq adlandırıldı. 14 dekabr 1999-cu ildən - Milli Muzey tarixinin yeni bir səhifəsi açıldı. Belə ki, Krım Muxtar Respublikası Hökumətinin qərarı ilə Krım Tatar İncəsənəti Muzeyi ayrıca mədəniyyət müəssisəsinə çevrilərək hüquqi status aldı. 2000-ci ildən Respublika Krım Tatar İncəsənət Muzeyi adlandırıldı və Krım Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturunda daxil edildi. Fərqli dövrlərdə Krım Tatar İncəsənət Muzeyinin yaradılışından onun fəaliyyətinə işçilər E.Çerkezova, F.Asanova, İ.Zaatov rəhbərlik edirdi. Hazırda muzeyin direktoru rejissor S.Eminovadır.[2]

Muzeyin fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Krım Tatar İncəsənət Muzeyi Krım Tatar xalqının mədəni və tarixi irsinin toplanması, qorunması, öyrənilməsi və populyarlaşdırılması üçün elmi və metodiki mərkəzdir.

Hal -hazırda Muzey 6 şöbədən ibarətdir:

  • İncəsənət və tətbiqi incəsənət şöbəsi
  • İncəsənət şöbəsi
  • Musiqi, rəqs, teatr və kino tarixi şöbəsi
  • İslam İncəsənəti Muzeyi
  • Əhmədxan Sultan Muzeyi (Alupka şəhərində).
  • Sərgi və ekspozisiya təşkili şöbəsi.

Muzey kolleksiyasının tarixi[redaktə | mənbəni redaktə et]

Muzey Fondunun əsasını təşkil edən muzeyin ilk eksponatları arasına müasir Krım tatar rəssamlarının rəsm əsərləri, qrafika, heykəllərdekorativ tətbiqi sənət nümunələri daxildir. Bunlar arasına E.İzetova, A.Əliyeva, R.Useinova, M.Çorlu, R.Netovkina, İ.Ablaeva, Z.Trasinova, S.Osmanova, R.Eminov, N.Yakubova, A.Bilyalova, İ.Veliullayeva, İ.Şeyx-Zadə, A.Useinova, H.Memedlyayeva, A.Seit-Ametova, S.Yakubova, A.Seydametovanın işləri daxildir. Bu rəssamların işləri Simferopol İncəsənət Muzeyinin tədqiqatçılarından ibarət ekspert komissiyasının üzvləri R.T.Podufali, G.İ.Fedotova, L.M.Rybnikova, L.Y.Nikitina, M.Y.Çorlu tərəfindən seçilmişdilər. Müəlliflərin bütün seçilmiş əsərləri Krım Rəssamlar Evində keçirilən Krım Tatar rəssamlarının ilk Ümumittifaq sərgisinin ekspozisiyasında sərgilənmişdilər.

1994-cü ildə muzeyin fondlarının əhəmiyyətli bir şəkildə doldurulması A.Umerov və H.Dobranın şəxsi kolleksiyasından götürülmüş Krım Tatar milli dekorativ və tətbiqi sənətinin əşyaları hesabına olmuşdur. 2005-ci ildə muzeyin fondları, Berlin şəkil qalereyası tərəfindən muzeyə bağışlanan XIX əsrin ortalarına aid alman rəssam və etnoqraf Avqust Vilhelm Kiesevetterin şəkilləri ilə zənginləşdirildi. Muzeyin fondlarında XVIII-XX əsrlərin ən qiymətli dekorativ və tətbiqi sənət kolleksiyaları, təsviri sənət, köhnə kitablar, fotoşəkillər və sikkələr saxlanılır. Krım Tatar teatrının, musiqili, rəqsli, folklor qruplarının fəaliyyətini ortaya qoyan bənzərsiz materiallar, əfsanəvi pilot Əhmədxan Sultanın həyat və yaradıcılığını əks etdirən eksponatlar, Böyük Vətən müharibəsi qəhrəmanları və iştirakçılarının fotoşəkilləri, Krım Tatar milli hərəkatının tarixinə dair dəyərli eksponatlar sərgilənir.

1992-2007-ci illərdə Krım Tatar İncəsənət Muzeyi fondunun eksponatları Simferopol İncəsənət Muzeyinin fondlarında, 2007-ci ildən isə eksponatların əsas hissəsi Krım Diyarşünaslıq Muzeyinin fondlarında saxlanılır.

Bu günə qədər Muzey Fondunun kolleksiyasında 5 mindən çox eksponat var.

Elmi və sərgi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Muzey işçiləri Krım Tatar mədəniyyətinin müxtəlif aspektlərində araşdırma aparırlar: XVII-XVIII əsrlərə aid silahlar, bədii metal emalı, bəzək toxuculuğu və tikmə, kostyum, İslam sənəti, Krımın müharibədən əvvəlki və müasir dövrlərinin təhlili, Tatar təsviri və dekorativ-tətbiqi sənəti, rəssamların yaradıcılığı və s. Bu tədqiqat və araşdırmaların nəticələri konfranslarda, mühazirələrdə, elmi kolleksiyalardakı məlumatlı nəşrlərdə, qəzet və jurnal səhifələrində əksini tapmışdır. Muzeydə hər ay müxtəlif mövzularda stasionar və çöl sərgiləri keçirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Республиканский крымскотатарский музей искусств. Адрес головного учреждения.[ölü keçid]
  2. "Еще одни исторические развалины в центре Симферополя могут быть снесены". 2012-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-12.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Крымскотатарское декоративно-прикладное искусство (XIX—XX вв.). Симферополь: Сонат, 2001.
  • Буклет. Крымскотатарский музей искусств. Симферополь: Тарпан, 2005.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]