PİR

PİR I is. [ fars. ] Qoca; nurani. Cana cavan ömrüm bənim pir olmuş bu gün! (Ə.Cavad).

PİR II is. [ fars. ] Ocaq; insanların müqəddəs sayaraq ziyarət etdiyi yer. Nəbi durbinlə baxıb gördü ki, quldurlar pirin kölgəsində oturublar (“Qaçaq Nəbi”).

PİK
PİYLƏMƏK
OBASTAN VİKİ
Aldədə pir
Pir
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Jorj Pir
Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910,Belçika,Dinan — 30 yanvar 1969, Löven,Belçika) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri,İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına köməkliyinə görə Nobel Sülh mükafatı laureatı (1958). 11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu. == Erkən həyatı == Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi. == Təhsili == Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı.
Pir (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Pir (dəqiqləşdirmə)
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Pir (əsər)
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir. == Məzmunu == Povestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi. Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir.
Pir Bəkran
Pir Bəkran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Pir Bəkran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,851 nəfər və 2,934 ailədən ibarət idi.
Pir Camal
Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar. Ermənilər tərəfindən Vardadzor adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.
Pir Həsən
Pir Həsən — Qaraqoyunlu hökmdarı. == Həyatı == 1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra Qara Məhəmmədin digər oğlu Qara Yusif Pir Həsənə qarşı Mardin hökmdarından və digər qonşu hökmdarlardan kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı. Pir Həsən bəy 1391-ci ildə vəfat etdi.
Pir Məhəmməd
Pir Məhəmməd (Teymuri) — Teymuri şahzadəsi. Əmir Teymurun nəvəsi və hüquqi/rəsmi varisi. Pir Məhəmməd (Sutaylı) — Sonuncu Sutaylı bəyi. Pir Məhəmməd (Börçigin) — Börçigin sülaləsindən olan XIII elxanlığa iddiaçı Loğman xanın oğlu. I Pirməhəmməd xan — Şeybani sülaləsindən olan Buxara xanı. II Pirməhəmməd xan — Şeybani sülaləsindən olan Buxara xanı.
Pir Məli
Ov təpə (fars. پیرملو‎, (az-əbcəd. پیرملی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 353 nəfər yaşayır (103 ailə).
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Pir qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə rəğmən, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pir Ömər
Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi. == Həyatı == Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi. Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.
Pir Əli
Pirəli (Urmiya)
Kəkilli pir
Kəkilli pir — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində yerləşən ziyarətgahdır. == Haqqında == Şərqmeşəyə tərəf uzanan yolun üstündə, təpənin başındakı üç böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmişdi. Buradakı meşəliklər əhali tərəfindən qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına toxunmağa heç kəs cürət etməmişdir. 1930-cu illərdə belə bir rəvayət də yayılmışdır ki, Səlimə adında bir qadın Quranı palıdın koğuşunda gizlətmiş, bir gecənin içində kitab koğuşa qovuşmuşdur. Həmin palıd ağaclarından ən ucasının qəribə bir budağı vardı. Bu budaqdakı yarpaqlar dəfnə ağacı yarpağına oxşayırdı. Görünür, həmin budağı adamlar, nə vaxtsa, ağacın kəkili hesab etmişlər və pirin Kəkilli adı da buradan yaranmışdır. Kəndin sakinləri bura dilək diləməyə gələr, qurbanlar kəsər, palıd ağaclarının koğuşlarında çıraq yandırardılar. Pirin ərazisində Zəngilan bölgəsinin hörmətli din xadimlərindən hesab edilən Seyid Mir Əhməd ağanın, bir neçə qohumlarının məzarları vardı. 1950-ci illərdən sonra ermənilərin Qafanın Pirdavdan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbrini də bura köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi.
Pir Budaq
Pirbudaq
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. == Haqqında == Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. == İstinadlar == == Xarici keçidlər == ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".
Pir Həsən türbəsi
Pir Həsən türbəsi — Mərdəkan ərazisində yerləşən XVII əsrə aid tarixi-dini memarlıq abidəsidir. == Tarixi == Türbənin daş işləməli çərçivəyə malik giriş qapısı üzərində kitabə yerləşdirilmişdir. İncə çərçivəyə malik həmin kitabənin verdiyi məlumata görə türbə, I Şah Abbasın hakimiyyəti dövründə hicri təqvimlə 1021-ci ildə (miladi təqvimlə 1612/1613) inşa edilmişdir. Əsas inşaat kitabəsindən aralı – sol tərəfdə yerləşdirilmiş ikinci kitabədə isə binanın ustad Nadir Əli tərəfindən tikildiyi göstərilmişdir. == Memarlıq xüsusiyyətləri == Əsas türbə binası planda kvadrat formaya malikdir. Əsas türbə binasından 2.2 metr qabağa çıxan giriş hissəsi oxvari tağtavanla örtülmüşdür. Türbənin daxilində dörd küncdə yerləşən qoşa çıxıntılar yelkənə keçir. Türbə binasının üzərini örtən günbəz həmin yelkənlər tərəfindən dəstəklənir. Tikili həm daxildən, həm də xaricdən yaxşı yonulmuş qumdaşı ilə üzlənmişdir. == Ətrafdakı məzar və türbələr == Türbənin ətrafında ayrı-ayrılıqda üzərində günbəz olan bir neçə türbə var.
Pir Həsən ziyarətgahı
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Pir Mikayıl (Soyuqbulaq)
Pir Mikayıl (fars. پيرميكاييل‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (17 ailə).
Pir Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. == Həyatı == O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. == Miyan Mir və siqhizm == Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Pir Murad (Urmiya)
Pir Murad (fars. پيرمراد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Qara Pir Həsən
Pir Həsən — Qaraqoyunlu hökmdarı. == Həyatı == 1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra Qara Məhəmmədin digər oğlu Qara Yusif Pir Həsənə qarşı Mardin hökmdarından və digər qonşu hökmdarlardan kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı. Pir Həsən bəy 1391-ci ildə vəfat etdi.
Qara pir qalası
Qara pir qalası — Ağdərə qəsəbəsindən şimal-şərqdə yerləşir. Yaşayış yeri cənub tərəfdən başqa digər tərəflərdən sıldırım qayalıqlarla əhatə ediərək təbii cəhətdən müdafiə olun-muşdur. Buna görə də orada yalnız cənub tərəfdə müdafiə diva-rı çəkilmişdir. Oradakı yaşayış binalarının qalıqları dördkünc planlıdır. Onların çoxu dağıldığından yerlərində daş yığınları, üzərini torpaq örtən çalalar qalır. Abidə e.ə. II-I minilliklərə aiddir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
Abarema piresii
Abarema piresii (lat. Abarema piresii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abxordə (Piranşəhr)
Abxordə (fars. ابخورده‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (22 ailə).
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi. Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Ali Məhəmməd piri (Camaldın)
Ali Məhəmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir. Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır.
Alma piroqu
Alma piroqu və ya almalı piroq – əsas inqredienti alma olan piroq növü. == Tarix == Ən qədim alma piroqu reseptinə XIV əsrdə İngiltərədə yazılmış "Bişirmə metodu" ("Forme of Cury") kolleksiyasında rast gəlinmişdir. Holland stilində olan ən qədim alma piroqu resepti isə 1514-cü ilə aiddir. == Hazırlanması == Alma piroqunun bişirilməsində un, kərə yağı, marqarin, qatıq, yumurta, qabartma tozu, vanil, alma, darçın, qoz ləpəsi, şəkər tozu və şəkər kirşanı kimi inqredientlərdən istifadə olunur. Alma piroqunun hazırlanması zamanı əvvəlcə kərə yağı, qatıq, yumurta qarışdırılır və alınan qarışığa un əlavə olunaraq xəmir hazırlanır. Piroqun içliyi üçün almadan istifadə olunur. Alma soyularaq rəndələnir və bişirilir. Alma içliyi əvvəlcədən hazırlanan xəmir kütləsinin üzərinə əlavə olunur və sobaya yerləşdirilir. Piroq bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edilə və dilimlərə bölünə bilər. == Populyar mədəniyyətdə == Alma piroqu ABŞ-nin qeyri-rəsmi simvollarından biridir.
Amblyseius piracicabae
Amerika piroqu (film, 1999)
Amerika piroqu (ing. American Pie) — 1999-cu il ABŞ istehsalı komediya filmi. Filmin rejissoru Pol Vayts, ssenari müəllifi isə Adam Vaytsdır. Bu "Amerika piroqu" film seriyasının ilk filmidir. Film məktəbin sonuncu ilində bakirliyini itirməyə çalışan beş dostdan bəhs edir. == İstinadlar == == Xarici keçidlər == americanpiemovie.com — Amerika piroqunun rəsmi saytı American Pie — Internet Movie Database saytında.
Aminabad (Piranşəhər)
Aminabad (fars. امين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Andrea Pirlo
Andrea Pirlo — (it. Andrea Pirlo; 19 may 1979[…], Breşiya, Lombardiya) — peşəkar italyan futbolçusu, Nyu-York Siti klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Dünyanın ən yaxşı pleymeykerindən biri. Cərimə zərbələrinin, uzun və qısa ötürmələrin ustası. Meydanda oyunu incə görmə xüsusiyyətinə malikdir. Karyesını bitirdikdən sonra məşqçilik karyerasına başlayan Pirlo Yuventus-23 , Yuventus , Karagümrük kimi klublarla çalışmışdır.Hal-hazırda Sampdoria klubunda çalışır. == Həyatı == Andrea öz ilk sevgisi və gələcək həyat yoldaşı Debora ilə 18 yaşında tanış olub. "İnter"də çıxış etdiyi üçün Andrea Debora ilə çox nadir hallarda görüşə biliblər. Bütün buna baxmayaraq 2001-ci ilin yayında onlar evlənirlər. Cütlüyün ilk uşaqı Nikkolo Breşiyada doğulur.
Anthurium pirottae
Anthurium pirottae (lat. Anthurium pirottae) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Asnı piri
Asnı piri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindən şimalda yerləşən ziyarətgah. Pir Asnı çayının qaynağında yerləşir. Belə ki, Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır. Əfsanələrin birində deyilir ki, Güney Azərbaycanda bir oğlan varlı bir adamın qızını istəyirmiş. Qızın adı Asnı imiş. Qızın da oğlana meyli varmış. Atası qızı başqasına vermək istəyəndə oğlanla qız qaçaraq Qarabağlar kəndi yaxınlığındakı Qalacıq adlı yerə gəlirlər. Hər tərəf meşə imiş. Onların yeməyi, suyu qurtardığından oğlan su axtarmağa gedir və meşədə azır.
Ağzirət piri
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah. Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var.
Aşağı Gərgul (Piranşəhr)
Aşağı Gərgul (fars. گرگول سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (101 ailə).
Aşağı Həmzəabad (Piranşəhr)
Aşağı Həmzəabad (fars. حمزه ابادسفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (16 ailə).
Aşağı Kandehqulan (Piranşəhr)
Aşağı Kandehqulan (fars. كنده قولان سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (9 ailə).
Aşağı Meşədeh (Piranşəhr)
Külic (fars. ميشه ده سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (54 ailə).
Aşağı Pirtikan
Aşağı Pirtikan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur. Toponim qıpçaqların tikan etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Babkarabad (Piranşəhr)
Babkarabad (fars. بابكراباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (21 ailə).
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Bandərə (Piranşəhr)
Bandərə (fars. بن دره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (77 ailə).
Bariyamabad (Piranşəhr)
Bariyamabad (fars. برايم اباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (4 ailə).
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).
Bazərgan (Piranşəhr)
Bazərgan (fars. بازرگان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (29 ailə).

Значение слова в других словарях