Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910[1][2][…] – 30 yanvar 1969[1][2][…], Leuven, Brabant əyaləti[d][3][4][…]) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri, İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına göstərdiyi yardımlarına görə Nobel Sülh mükafatı laureatı (1958).[5]
Jorj Pir | |
---|---|
Jorj Şarl Kleman Pir | |
Doğum tarixi | 10 fevral 1910[1][2][…] |
Vəfat tarixi | 30 yanvar 1969[1][2][…] (58 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, müqavimət döyüşçüsü[d], keşiş |
Mükafatları |
Nobel sülh mükafatı (1958-ci il) Sonninq mükafatı "Almaniya Federativ Respublikasına xidmətlərinə görə" orden |
Vikianbarda əlaqəli mediafayllar |
11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu.
Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi.
1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi.[6]
Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı.[7] Daha sonra sosiologiyadan dərslər verdiyi La Sarte amfiteatrına qayıtdı.
Pir təhsilini başa vurduqdan sonra BelçikanınYui şəhərindəki La Sarte prioruna qayıtdı və kasıb ailələrin şərəf və mənliklərinə uyğun yaşamaları üçün köməklik etməyə başladı. İkinci dünya müharibəsi zamanı,Antihitler koalisiyası pilotların ölkədən gizli yolla çıxarılmasında fəal iştirak edərək,Pir Belçika müqavimət hərəkatının keşiş kimi xidmət etdi. Müharibədən sonra bu xidmətinə görə bir neçə medal da qazandı.
1949-cu ildə müharibədən sonra qaçqınlarla əlaqəli mövzuları öyrənməyə başladı ("Köçkünlər" [DP]) və onlar haqqında Du Rhin au Danube avec 60,000 D. P.. adlı kitab yazdı. Onlara kömək etmək üçün bir təşkilat qurdu. Təşkilat qaçqın ailələrinə maddi dəstək göstərək,1950-ci illərdə bir çox qaçqının yerləşməsinə kömək etmək üçün Avstriya və Almaniyada bir sıra kəndlər saldı. Dominikli keşiş olsa da,Dominik Pir həmişə şəxsi inancını imkansızlar adına götürdüyü öhdəliklərlə qarışdırmaqdan imtina etdi ki,bu da dini rəhbərlər tərəfindən hər zaman başa düşülməyən bir qərar oldu.
Sülh mükafatını qazandıqdan sonra Pir,qlobal fəhm naminə "Sülh Universiteti" nin yaradılmasına da köməklik göstərdi. Daha sonra yoxsulluğun kökü kəsilmədən barışın əldə olunmayacağına əmin olaraq,inkişaf etməkdə olan ölkələrdə kənd əhalisinin uzunmüddətli rahat yaşaması və inkişafına həsr olunmuş "Sülh Adaları" adlı bir QHT qurdu. Banqladeş və Hindistanda layihələr həyata keçirdi.
30 yanvar 1969-cu ildə Löven Roma Katolik Xəstəxanasında əməliyyatdan sonra vəziyyətinin ağırlaşması ilə vəfat etdi.
Ölümündən 30 il sonra belə qurduğu dörd təşkilat hələ də fəaliyyət göstərir. 2008-ci ildə Oksford Universiteti Blackfriars Hall-dakı Las Kasas İnstitutundakı işinin şərəfinə proqram quruldu.[8]