polkovnik
polyak
OBASTAN VİKİ
Azərbaycan–Polşa münasibətləri
Azərbaycan–Polşa münasibətləri — Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və Polşa arasındakı əlaqələr qədim dövlərdən mövcüd olmuşdur. İndi də Azərbaycan polyaklarının sayı 1000 və 2000 arasında dəyişir. Münasibətlərin tarixi XV əsrə gedib çıxır. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Polyak Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. Birinci dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib. Azərbaycan Xalq Cümhüriyyəti Polşa ilə sıx əlaqələr yaratmışdır və hələ Məmməd Əmin Rəsulzadənin yoldaşı da millətcə Polyak olmuşdur. Təəsüflər olsun ki, 45-ci ildə Nazist Almaniyasındakı Azərbaycan batalyonu Varşavadakı çıxışda Polyaklara qarşı vuruşmuşdur ancaq dövrün şərtlərini nəzərə aldıqda bu başa düşüləsi hadisədir. Ancaq onu da qeyd etmək lazımdır ki Vəli bəy Yadigarov kimi bir çoxlarıda Polşa ordusunda xidmət etmişdir.
Gürcüstan–Polşa münasibətləri
Gürcüstan–Polşa münasibətləri — Gürcüstan Respublikası və Polşa arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstan və Polşa arasında diplomatik təmaslar XV əsrdə başlamışdır. Çağdaş ikitərəfli münasibətlər 28 aprel 1992-ci ildə qurulmuşdur. == Tarix == 1495-ci ildə Kartli çarı II Konstantin, türklərə qarşı dəstək axtararaq qərbə səfirlər göndərir. Missiyanın son hədəfi Papa və İspaniya kralları Ferdinand və İsabella sarayları olur. Yolda diplomatlar Litva və Polşa krtalları olan iki qardaş Aleksandr və Yan Yaqellonların hökmranlıq etdikləri kral sarayları olur. Türklərin ərazilərini genişləndirməsi ilə bağlı problemləri bu ölkələrdə yaşayırdılar. Səfirlər onları birliyə çağırırdılar. 17-ci əsrdə Reç Pospolita ilə Qərbi Gürcüstan knyazları arasında aktiv ticarət və diplomatik yazışmalar baş verirdi. 1997-ci ildə Polşa Respublikası Tiflisdə səfirlik açır.
Macarıstan–Polşa münasibətləri
Polşa–Macarıstan münasibətləri — Macarıstan və Polşa arasındakı xarici əlaqələrin kökləri orta əsrlərə gedir. Ənənəvi olaraq iki xalqın yaxın münasibətləri vardır. Onların tarixlərində ortaq hökmdarlar və vahid bir din mövcud olmuşdur. Hər iki ölkə martın 23-də "qardaşlıq" münasibətlərini qeyd edir. Macarıstanın Varşavada bir səfirliyi, Krakovda bir konsulluğu, Lodz və Poznanda iki fəxri konsulluğu vardır. Polşanın Budapeştdə bir səfirliyi mövcuddur. Hər iki ölkə eyni gündə (12 mart 1999-cu il) Avropa İttifaqına qoşulmuşdur. Üstəlik eyni zamanda NATO-nun tamhüquqlu üzvləridir. == Tarixi == Polşa və Macarıstan arasındakı münasibətlər orta əsrlərə gedib çıxır. Polşa və Macarıstan kral ailələrinin nümayəndələri bir-birləri ilə evlənirdilər.
Polşa milli parkları
Polşa milli parkları (pol. Parki narodowe w Polsce) — Polşada yerləşən 23 milli parka verilən ümumi ad. Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur. 2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. Milli park biomüxtəlifliyi, təbii ehtiyatları, təbiətin cansız elementlerini və obyektlərini qorumaq, heyvan və göbələklərin dağılmış ekosistemlərini, təbiətin müfaviq komponentlərini yenidən bərpa etmək üçün qurulur. Polşa milli parkları müxtəlif sahələrə bölünür. Bunlara ciddi qorunan zona, aktiv zona və təbiət zonası aiddir.
Qazaxıstan–Polşa münasibətləri
Qazaxıstan–Özbəkistan münasibətləri — Qazaxıstan Respublikası ilə Polşa Respublikası arasında ikitərəfli diplomatik münasibətlər. Qazaxıstanın Varşavada, Polşanın da Astanada səfirliyi var. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == Polşa ilə Qazaxıstan arasındakı münasibətlər etnik polyakların Qazaxıstan SSR ərazisinə, SSRİ-yə kütləvi deportasiya edildiyi andan başlayır. Polşa və Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. == Dövlət ziyarətləri == Polşa Prezidenti Andjey Duda, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi 2016-cı ildə Polşada Polşa-Qazaxıstan İqtisadi Forumunda qəbul etmişdir. Polşa prezidentləri Aleksandr Kvasnevski və Lex Kaçinski, müvafiq olaraq 1999 və 2007-ci illərdə Qazaxıstanda olmuşlar. 2017-ci ildə Polşa Prezidenti Andjey Duda 3 günlük Qazaxıstanda səfərdə olmuşdur. Səfər zamanı eyni zamanda Astanada biznes-forum da start götürüb.
Rusiya–Polşa münasibətləri
== Tarix == === Polşa və Qədim Rus === Rusiya ilə Polşa tarixdə iki düşmən qardaş olaraq xatırlanır. Slavyan irqinin bu iki əhəmiyyətli nümayəndəsi əsrlərdir davam edən bir qarşıdurmanın içindədirlər. Xristianlığın Ortodoks etiqadına mənsub olan ruslarla, Katolik məzhəbinə bağlı olan polşalıların qarşıdurması əsrlərdir ki, davam edir. Rus dövlətinin Moskva knyazlığı ətrafında mərkəzi bir güc kimi meydana gəldiyi illərdən bəri davam edən qarşıdurmaya söykənən əlaqələr bu gün qurulacaq olan əlaqələrə də təsir edəcək qədər ciddi bir iz buraxmışdır. Rusiyanın genişlənmə siyasətini tətbiq etdiyi hər dövrdə ilk hədəf alınan ölkələrdən biri Polşa olmuşdur. Eyni şəkildə Rusiyanın daxili böhranlar və ya döyüşlərlə məşğul olduğu dövrlərdə də Polşada Rusiyanı zəiflədəcək strategiyalar gündəmə gəlməkdə idi. Ruslar Polşaya hər yürüşlərində burada yaşayan xalqı ruslaşdırmaq və Ortodoks məzhəbinə daxil etmək üçün səy göstərərkən, polşalılar da rusları geri çəkdikləri hər dövrdə öz sərhədləri daxilində yaşayan digər Slavyan millətlərini polyaklaşdırmaq üçün səy göstərirdilər. ==== Rusiya Litva müharibələrində Polşanın iştirakı ==== Polşanın Jagelion xanədanlığı ilə Böyük Litva knyazlığı arasında 1569-cu ildə imzalan Lublin paktı ilə Belarus torpaqlarının böyük bir qismi Polşa və Litvanın idarəsi altına girmiş və iki ölkə arasındakı qarşılıqlı münasibətlər daha da artmışdır. ==== Qarışıqlıq dövrü ==== === «Əbədi sülhdən» Polşanın parçalanmasınadək === === Polşa Rusiya imperiyasının tərkibində === === Polşa və SSRİ === ==== Sovet-Polşa müharibəsi ==== ==== İkinci Dünya müharibəsi ==== ==== Müharibədən sonrakı dövr ==== İkinci dünya müharibəsindən sonra Polşa SSRİ-dən asılı olan bir dövlətə çevrilmiş və yarım əsrə yaxın bir müddətdə öz siyasi ittifaqlarının suveren seçimi hüququndan məhrum olmuşdur. Polşanın qərb sivilizasiyasının dairələrində aktiv rol oynamaq səyləri və avroatlantik strukturlarında iştirak etmək cəhdləri yalnız sovet blokunun tənəzzülündən sonra mümkün olmuşdur.
Sovet-Polşa müharibəsi
Sovet-Polşa müharibəsi — Rusiyada vətəndaş müharibəsi zamanı 1919–1921-ci illərdə Polşa ilə Sovet Rusiyası, Sovet Belorusiyası, Sovet Ukraynası arasında — dağılmış Rusiya İmperiyası ərazilərində — Rusiya, Belarus, Latviya, Litva, Polşa və Ukraynada gedən müharibə. Müasir Polşa tarixşünaslığında Polşa-Bolşevik müharibəsi də adlanır. Münaqişədə Ukrayna Xalq Respublikasının və Qərbi Ukrayna Xalq Respublikasının qoşunları da iştirak etmişdilər. Müharibənin ilk mərhələsində Ukrayna Xalq Respublikasının ordusu Polşaya qarşı döyüşsə də, sonradan UXR hərbi hissələri polyakların tərəfinə keçdi. Rusiyada, o dövrün sənədlərində müharibə Polşa Cəbhəsi də adlanırdı. 1918-ci il noyabrın 13-də İttifaq dövlətlərinin süqutundan və 1918-ci il noyabrın 11-də imzalanan Kompyen sülh sazişindən sonra Vladimir Leninin rəhbərlik etdiyi Rusiya Sovet Federativ Sosialist Respublikası Brest-Litovsk müqaviləsini (1918-ci ilin martında İttifaq dövlətlərilə imzaladığı) ləğv etdi. Bolşeviklər qərbə doğru irəliləməyə başladılar. Onlar Alman qoşunları tərəfindən azad edilmiş və müqaviləyə əsasən Sovet Rusiyasının almanlara güzəştə getdiyi Ober Ost ərazilərini geri qaytarmaq və qərb sərhədlərinin təhlükəzisliyini təmin etmək üçün bölgəyə yeni hərbi qüvvələr cəlb etdilər. Lenin yeni müstəqillik qazanmış Polşanı (1918-ci ilin oktyabr-noyabr aylarında yaradılmışdı) Qırmızı Ordusunun digər kommunist hərəkatlarına kömək etmək və yeni Avropa inqilablarını həyata keçirmək üçün keçməli olduğu "körpü" kimi görürdü. Eyni zamanda, müxtəlif siyasi istiqamətli Polşanın aparıcı siyasətçiləri ölkənin 1772-ci ildən əvvəlki sərhədlərinin bərpası ilə bağlı ümumi gözləntiyə malik idilər.
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Polşa Respublikası
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Polşa bayrağı
Polşa bayrağı — Polşanın Dövlət bayrağıdır. Bayraq iki bərabər ağ və qırmızı hissəyə ayrılmışdır. Həmçinin Polşanın dövlət bayrağı, İndoneziya və Monakonun bayrağına bənzəyir.
Polşa himni
Dombrovskinin mazurkası (pol. Mazurek Dąbrowskiego) — Polşanın dövlət himni. Öz orijinal adı Pieśń Legionów Polskich we Włoszech ("Polşa legionları İtaliyada mahnısı") ilə və ya müqəddimə ya önsözü Jeszcze Polska nie zginęła ("'Polşa hələ məğlub olmayıb" və ya "Polşa hələ məhv olmayıb") ilə də tanınır. Sözlərinin müəllifi Jozef Vibiki dir.
Polşa koşenili
Polşa koşenili (lat. Porphyrophora polonica) — Yarımsərtqanadlılar dəstəsinə, Margarodidae sinfinə daxil olan həşərat növü. Dişilərin bədənləri enli dairəvi formaya malikdir. Bədənlərinin uzunluğu isə 1,5–6,6 mm arasında dəyişşir. Rəngləri qırmızı və tünd qırmızı-bənövşəyi rəngdə olur. Gözləri yaxşı inkişaf etmişdir, Ayaqları iridir. Xüsusi ilə ön ayaqları daha yaxşı inkişaf etmişdir. Yaxşı qazma xüsusiyyətinə malik formadadır. Erkəklər 2,25–3,5 mm uzunluğa malik olur. Mavi-bənövşəyi rəngdə olurlar.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. == Tarixi == Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Polşa mətbəxi
Polşa mətbəxi (pol. kuchnia polska) — Polşa mətbəxi öz yeməkləri ilə məşhurdur. Polşa mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Polşa mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Polşa mətbəxi hisə verilmiş ət və kolbasa, şirniyyat və desertlərilə, xüsusən də piroqları ilə məşhurdur. Yolunuz Polşaya düşsə, mütləq kələmli və göbələkli piroqlar, jurek (turş çovdar şorbası) və mal əti ruletlərdən dadın. Ziyafətlər Polşa mətbəxinin ayrılmaz hissəsidir.
Polşa tarixi
Polşa tarixi (pol. Historia Polski) — e.ə. IV əsrdən başlamış VII əsrə qədər olan dövrdə polyakların etnogenezi, X əsrdə hakimiyyətə gəlmiş knyaz Meşkodan müasir Polşa dövlətinə qədər olan tarix. == Qədim dövr == Polşanın cənubunda Neandertal insanın yaşayış yerlərinin izləri tapılmışdır. Paleolit dövrü əsasən ölkənin cənubunda, Visla və Odra ərazilərində yayılmışdır. Polşa bu bölgə 100-150 min il əvvəl həll etməyə başladı. Buz dövrünün sonunda Neandertalları buzlaqların geri çəkilməsiylə Baltik sahillərində Neandertal insan Kromanyon ilə əvəz edilmişdir . E.ə. III və II minilliyin birinci yarısı Polşadakı Neolit dövrünün çiçəklənməsi maldarlıq cə əkinçiliyin primitiv formalarının meydana çıxması, cənubda keramika mədəniyyəti daşıyıcılarının yayılması ilə bağlı idi. == Orta əsrlər == 877-ci ildə Kiçik Polşa ərazisi Böyük Moraviya dövləti tərəfindən işğal edildikdən sonra Qnezno şəhəri paytaxt olmaqla Böyük Polşa ərazisi Polşa dövlətinin yaranması üçün əsas mərkəz oldu.
Polşa zlotı
Polşa zlotı — Polşanın pul vahidi. == İstinadlar == == Xarici keçidlər == Banknotes issued by the NBP Coins issued by the NBP A fan-shaped 10 złoty commemorative coin released in 2004 Arxivləşdirilib 2005-12-21 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Polşa çarlığı
Polşa çarlığı və ya Polşa krallığı (pol. Królestwo Polskie) — 1815–1915-ci illərdə Vyana konqresinin qərarı ilə Rusiya imperiyasının bir hissəsi olan Mərkəzi Avropa dövlətidir. 1915-ci ilin yazında Birinci Dünya müharibəsi zamanı Alman və Avstriya-Macarıstan əsgərləri tərəfindən işğal edilmişdir. 1918-ci ilin noyabrında müstəqil dövlət olmuşdur. == Coğrafiyası == Polşa çarlığı, müasir Polşanın mərkəzi hissəsini əhatə etmişdir: Varşava, Lodz, Kaliş, Çenstoxova, Lüblin, Suvalki, müasir Litvanın cənub-qərbi: Alytus, Marijampole, Belarusiyanın Qrodno rayonunun ərazisinin bir hissəsi Sopotskin kəndi və Ukraynanın Lvov vilayətinin Sokalski rayonunun kiçik bir hissəsi Pesoçnoye kəndi ilə. Ərazisi 127 min km² olmuşdur. == Əhalisi == Əhali: 1818 — təxminən 2,6 milyon adam; 1843 — təxminən 4,7 milyon adam; 1868–5,7 milyondan çox adam; 1894–8,8 milyondan çox adam; 1900 — təxminən 10 milyon adam. 1897-ci il siyahıyaalmasına görə, Privislinsky vilayətinin əhalisi 9 milyon 402 min nəfər idi. Əsas əhali (71,85%) Polşa idi. Ən böyük azlıq yəhudilər (13.47%), almanlar (4.33%), ukraynalılar (3.56%), litvalılar (3.24%), ruslar (2.84%), belaruslar idi.
Polşa şəhərləri
Əhalisinin sayı 100 000 nəfərdən çox olan Polşa şəhərləri (2004)
Polşa Coğrafiya Cəmiyyəti
Polşa Coğrafiya Cəmiyyəti (pol. Polskie Towarzystwo Geograficzne) — Polşa Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Varşava Universitetinin Coğrafiya fakültəsinin binasında yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1918-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Varşavada qoyulmuşdur. Cəmiyyətin yaradıcısı Polşa geoloqu Karol Boqdanoviçdir. İlk qurultayı 1921-ci ilin avqustunda Kielse şəhərində keçirilmişdir. == Fəaliyyəti == Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, ali məktəb tələbələri üçün olimpiadaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir. == Üzvləri == Polşa Coğrafiya Cəmiyyətinin 2006-cı ildə üzvləri 23 şöbə üzrə ümumilikdə təxminən 1400 nəfər idi.
Polşa Futbol Federasiyası
Polşa Futbol Federasiyası — 1919-cu ildə yaranıb. 1923-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Polşa Futbol İttifaqı
Polşa Futbol Federasiyası — 1919-cu ildə yaranıb. 1923-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Polşa üsyanı (1863)
Polşa üsyanı — 1863-cü ildə Çar Rusiyasına qarşı baş vermiş qiyam. == Tarixi == 1863-cü il Polşa üsyanı və Prusiyanın Rusiyaya bu üsyanı yatırmaqda etdiyi yardım Şlezviq-Holşteyn məsələsində Rusiyanın bitərəfliyinə səbəb oldu. Fransanın Meksika avanturasına qoşulması (1862–1867-ci ildə III Napoleon Meksika respubliksına qarşı müdaxilə təşkil etmiş, lakin müvəffəqiyyətsizliyə uğramışdı) isə Almaniyanın vəziyyətini daha da yüngüləşdirdi. Bismark xatirələrində dönə-dönə qeyd edirdi ki, siyasi xidmətə görə haqqa verilməlidir. Bu mənada Bismarkın Rusiyadan bitərəflik tələb etməyə hüququ var idi. İri dövlətlərdən yalnız İngiltərə Bismarkın fəaliyyətinə qarşı çıxırdı, lakin Avropada yerləşən iri dövlətlərin heç birindən yardım almayan İngiltərənin etirazının heç bir praktiki əhəmiyyəti yox idi. O. Bismark məhz bununla əlaqədar Qorçakovla söhbətdə açıq surətdə etiraf etmişdi ki, Avropa siyasəti baxımından hər şey Rusiyanın mövqeyindən asılıdır, o, ya böyük hersoqu (yəni Danimarkanı) müdafiə etməli, ya da mübahisədən yayınmalıdır. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Буланцов. Записки лазутчика, во время усмирения мятежа в Польше, в 1863 году. Берг Н. В. Записки о польских заговорах и восстаниях (на польском, djvu) Берг Н. В. Записки Н. В. Берга о польских заговорах и восстаниях после 1831 года // Русский архив, 1870.
Polşa şəhərlərinin siyahısı
Əhalisinin sayı 100 000 nəfərdən çox olan Polşa şəhərləri (2004)
Polşa–Rusiya münasibətləri
== Tarix == === Polşa və Qədim Rus === Rusiya ilə Polşa tarixdə iki düşmən qardaş olaraq xatırlanır. Slavyan irqinin bu iki əhəmiyyətli nümayəndəsi əsrlərdir davam edən bir qarşıdurmanın içindədirlər. Xristianlığın Ortodoks etiqadına mənsub olan ruslarla, Katolik məzhəbinə bağlı olan polşalıların qarşıdurması əsrlərdir ki, davam edir. Rus dövlətinin Moskva knyazlığı ətrafında mərkəzi bir güc kimi meydana gəldiyi illərdən bəri davam edən qarşıdurmaya söykənən əlaqələr bu gün qurulacaq olan əlaqələrə də təsir edəcək qədər ciddi bir iz buraxmışdır. Rusiyanın genişlənmə siyasətini tətbiq etdiyi hər dövrdə ilk hədəf alınan ölkələrdən biri Polşa olmuşdur. Eyni şəkildə Rusiyanın daxili böhranlar və ya döyüşlərlə məşğul olduğu dövrlərdə də Polşada Rusiyanı zəiflədəcək strategiyalar gündəmə gəlməkdə idi. Ruslar Polşaya hər yürüşlərində burada yaşayan xalqı ruslaşdırmaq və Ortodoks məzhəbinə daxil etmək üçün səy göstərərkən, polşalılar da rusları geri çəkdikləri hər dövrdə öz sərhədləri daxilində yaşayan digər Slavyan millətlərini polyaklaşdırmaq üçün səy göstərirdilər. ==== Rusiya Litva müharibələrində Polşanın iştirakı ==== Polşanın Jagelion xanədanlığı ilə Böyük Litva knyazlığı arasında 1569-cu ildə imzalan Lublin paktı ilə Belarus torpaqlarının böyük bir qismi Polşa və Litvanın idarəsi altına girmiş və iki ölkə arasındakı qarşılıqlı münasibətlər daha da artmışdır. ==== Qarışıqlıq dövrü ==== === «Əbədi sülhdən» Polşanın parçalanmasınadək === === Polşa Rusiya imperiyasının tərkibində === === Polşa və SSRİ === ==== Sovet-Polşa müharibəsi ==== ==== İkinci Dünya müharibəsi ==== ==== Müharibədən sonrakı dövr ==== İkinci dünya müharibəsindən sonra Polşa SSRİ-dən asılı olan bir dövlətə çevrilmiş və yarım əsrə yaxın bir müddətdə öz siyasi ittifaqlarının suveren seçimi hüququndan məhrum olmuşdur. Polşanın qərb sivilizasiyasının dairələrində aktiv rol oynamaq səyləri və avroatlantik strukturlarında iştirak etmək cəhdləri yalnız sovet blokunun tənəzzülündən sonra mümkün olmuşdur.
Polşa–Türkiyə münasibətləri
Türkiyə–Polşa münasibətləri — Polşa ilə Türkiyə Respublikası arasındakı ikitərəfli diplomtik münasibətlər. Polşanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Varşavada səfirliyi vardır. Hər iki ölkə NATO və Aralıq dənizi Birliyinin üzvüdür. == Tarix == === Osmanlı dövrü === Polşa-Türkiyə münasibətləri tarixən çətin olmuşdur və ilk dəfə XV əsrdə qurulmuşdur. Osmanlı İmperiyası dünyada Polşa-Litva Birliyinin Bölünməsini tanımayan yeganə böyük ölkə olur. Xarici səfirləri qəbul edərkən Padişah davamlı olaraq Polşa səfiri barədə soruşurdu, bundan sonra sədrəzəm (böyük vəzir) ona yaxınlaşır və qulağına pıçıldayırdı, lakin hamının eşidə bilməsi üçün bu sözləri deyirdi: "Polşa səfiri yoldadır, amma bəzi çətinliklər üzündən gecikir." ... Bəzi əsərlərdə xarici səfirlərin illik qəbulları zamanı Sədrəzəmin davamlı olaraq “Polşalı həmkarınız haradadır?” sualı ilə Rusiya, Avstriya və Prussiya səfirlərinə müraciət etdiyi yazılmışdır. Onu aranızda görmürəm. "Bu vəziyyət, 127 il davam edir.
2002-ci il Polşa siyahıyaalması
2002-ci il Polşa siyahıyaalması — (Polyakca: Narodowy Spis Powszechny 2002) 21 may - 8 iyun 2002-ci il tarixləri arasında Polşada bir siyahıyaalma edildi. == Nəticələr == Sorğuda iştirak edənlərin 96% -i Polşa etnik mənsubiyyətini elan etdi; 1,23% digər, 2,03% isə cavab vermədi.
Avstriyalı Elyanora (Polşa kraliçası)
Avstriyalı Elyanora (alm. Eleonore von Österreich‎; pol. Eleonora Habsburżanka) (21 may 1653, Reqensburq – 17 dekabr 1697, Vyana) — Avstriya hersoqinası. İlk evliliyi Polşa kralı və Reç Pospolita başhersoqu I Mixail ilə, ikinci evliliyi isə Lotaringiya hersoqu V Çarlzla baş tutdu. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə onun son xanımı Elyanora Qonzaqadır. == Mənbə == "Gonzaga, Maria (1609–1660)". Women in World History: A Biographical Encyclopedia. Gale Research. 2002 Lipp, Charles T. (2011). Noble Strategies in an Early Modern Small State: The Mahuet of Lorraine.
Avstriyalı Ketrin (Polşa kraliçası)
Avstriyalı Ketrin (pol. Katarzyna Habsburżanka) (15 sentyabr 1533, İnsbruk – 28 fevral 1572, Lins, Ens[d]) — Polşa kralı və Reç Pospolita başhersoqu II Sigismund Avqustun xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Duczmal, Małgorzata (2012). Jogailaičiai (in Lithuanian). Translated by Birutė Mikalonienė; Vyturys Jarutis. Vilnius: Mokslo ir enciklopedijų leidybos centras. ISBN 978-5-420-01703-6 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Avstriyalı Mariya Jozefina (Polşa kraliçası)
Avstriyalı Mariya Jozefina (pol. Maria Józefa) (8 dekabr 1699, Hofburq sarayı[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası və ya Vyana – 17 noyabr 1757, Drezden, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — Polşa kralı və Böyük Litva knyazı III Avqustun xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Brünsvikli Vilhelmina Amaliyadır. == Mənbə == Helen, Watanabe-O'Kelly (2004). "Religion and the Consort: Two Electresses of Saxony and Queens of Poland (1697–1757)". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 252–275.
Avstriyalı Sesilya Renata (Polşa kraliçası)
Avstriyalı Sesilya Renata (alm. Cäcilia Renata‎; pol. Cecylia Renata) (16 iyul 1611, Qras – 24 mart 1644, Vilnüs) — Polşa kralı və Reç Pospolita başhersoqu IV Vladislavın ilk xanımı. Atası Müqəddəs Roma imperatoru II Ferdinand, anası isə Mariya Annadır. == Mənbə == Podhorodecki, Leszek (1985). Wazowie w Polsce. Warszawa: Ludowa Spółdzielnia Wydawnicza. pp. 264–265.
Azərbaycan-Polşa futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Polşa futbol matçları
== Kişilər ==
Azərbaycan–Polşa voleybol matçları
== Kişilər ==
Azərbaycan–Polşa voleybol matçlarının siyahısı
== Kişilər ==
Futbol üzrə Polşa çempionatı
Futbol üzrə Polşa çempionatı — hazırda Ekstraklasa adlandırılan və Polşa peşəkar futbol klublarının çıxş etdiyi güclülər dəstəsi. İndiyədək elitada 55 klub oynamışdır. Polşa Milli Futbol Çempionatının adları əvvəllər belə olmuşdur: 1927–1939 mövsümləri: Liga; 1948–2008 mövsümləri: I Liqa; 2004/2005 mövsümləri: Idea Ekstraklasa; 2005/2006–2007/2008 mövsümləri: Orange Ekstraklasa; 2008/2009–2010/2011 mövsümləri: Ekstraklasa; 2011/2012–2015/2016 mövsümləri: T-Mobile Ekstraklasa. 2016/2017–2018/2019 mövsümləri: LOTTO Ekstraklasa 2019/20 – mövsümləri: PKO Ekstraklasa Sonuncu 2022-2023 mövsümündə Rakuv FK çempion olmuşdur. == Bütün çempionlar == Legiya Varşava (15): 1955, 1956, 1969, 1970, 1994, 1995, 2002, 2006, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2020, 2021 Qurnik Zabje (14): 1957, 1959, 1961, 1963, 1964, 1965, 1966, 1967, 1971, 1972, 1985, 1986, 1987, 1988 Visla Krakov (14): 1927, 1928, 1949, 1950, (**1951 - !!!), 1978, 1999, 2001, 2003, 2004, 2005, 2008, 2009, 2011 Ruch Chorzów (13): 1933, 1934, 1935, 1936, 1938, 1952, 1953, 1960, 1968, 1974, 1975, 1979, 1989 Lex Poznan (8): 1983, 1984, 1990, 1992, 1993, 2010, 2015, 2022 Cracovia (Krakov) (5): 1921, 1930, 1932, 1937, 1948 Vidzev Lodz (Lodz) (4): 1981, 1982, 1996, 1997 Pogoń Lvov (Lvov) (4): 1922, 1923, 1925, 1926 ŁKS Lodz (Lodz) (2): 1958, 1998 Polonia Bytom (2): 1954, 1962 Stal Mielec (2): 1973, 1976 Śląsk Wrocław (Vroslav) (2): 1977, 2012 Zaqlembe Lyubin (2): 1991, 2007 Garbarnia Krakov (Krakov) (1): 1931 Polonia Varşava (Varşava) (1): 2000 Szombierki Bytom (1): 1980 Warta Poznan (Poznan) (1): 1947 Piast FK (Qliviçe) (1): 2019 Bu 1951-ci ildə, Visla Krakov liqada birinci yeri qazandı və Polşa çempionu adını Polşa Kuboku Hərəkatının Ruch Chorzów qalib, mövsüm əvvəl düzəliş edilmiş Qaydalar Futbol Assosiasiyasının düşdüyünü qeyd etmək lazımdır. Visla Liqası çempionatının qazandı.
Həmkarlar İttifaqı Polşa Birliyi
Həmkarlar İttifaqı Polşa Birliyi və ya qısaca OPZZ (pol. Ogólnopolskie Porozumienie Związków Zawodowych) — Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatından biri. == Tarixi == 24 noyabr 1984-cü ildə yaranmışdır. == Tərkibi == Təşkilatın 3 milyon üzvü var, bunların 500 mini təqaüdçüdür. == Fəaliyyəti == OPZZ "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. == Beynəlxalq münasibətlər == Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. == Həmçinin bax == Solidarnost == Mənbə == Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.05.2012.
LOT Polşa Hava Yolları reys 5500
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
LOT Polşa Havayolları - Uçuş 5500 qəzası
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
Osmanlı-Polşa müharibəsi (1672-1676)
Osmanlı-Polşa müharibəsi (1672–1676) 17-ci əsrdə Osmanlı-Polşa müharibələrinin sonuncusu idi. == Səbəbləri == 17-ci əsrin ortalarında Ukrayna adlı bir dövlət yox idi. Dnepr çayı ukraynalıları ikiyə bölmüşdü. Dnepr çayının sağ sahili (qərb sahili) Polşanın əlində idi. Sol sahili isə rusların əlində idi. Sağ sahili ukraynalıların Atamanı Petro Doroşenko Osmanlı sultanı IV Mehmed ilə razılaşdı və Osmanlı himayəsini qəbul etdi. Beləliklə, bütün Ukraynaya hakim olacağına ümid edirdi. Krım xanı I Səlim Gəray Doroşenko ilə birlikdə Polşaya hücum etdi. Ancaq Polşa kralı III Jan Sobieskiyə məğlub oldular və Osmanlı dövlətindən kömək istədilər. == Müharibənin irəliləməsi == Sədrəzəm Körpülü Fazil Əhməd Paşanın komandanlığı altında 80 min Osmanlı əsgəri 1672-ci ildə Ukraynaya girdi.
Polşa memarları küçəsi (Bakı)
Polşa memarları küçəsi — Bakı şəhərinin Səbail rayonunda yerləşən küçə. Küçəyə bu ad Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə verilib. == Haqqında == Küçə Bakının tarixi məhəllələrinin birində Bakıda fəaliyyət göstərmiş polşalı memarların şərəfinə adlandırılıb. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları Murtuza Muxtarovun sarayının, İsmailiyyə sarayının, Bakı Şəhər İcra Hakimiyyətinin binasının, Ağabala Quliyevin mülkünün daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir. Küçəyə ən yaxın metro stansiya Sahil stansiyasıdır.
Polşa milli futbol komandası
Polşa milli futbol komandası - Polşanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Reytan. Polşanın tənəzzülü
Reytan. Polşanın tənəzzülü (pol. Rejtan – upadek Polsk) — rəssam Yan Mateykonun rəsmi.
Rusiya - Polşa müharibəsi (1654 - 1667)
Rusiya — Polşa müharibəsi (1654–1667) — Rusiyanın Mallorosiya və Belarus uğrunda Polşa ilə müharibəsi. == Müharibənin səbəbləri == Moskvanın Polşa tərəfindən 1417-ci əsrlərdə tutulan və ortodoksal xristianların (pravoslav) yaşadığı torpaqlara iddiaları. 1648-ci ildə Polşa Mallorosiyadakı( Kiyev, Bratslav və Çerniqov vilayətləri, Zaporojya şırımları) üsyandan sonra Polşa faktiki olaraq bu əraziyə nəzarətini itirdi. == Moskvanın müharibəyə hazırlığı == Rus hərbi xidmətinə xarici muzdluların qəbuluna icazə verildi. 1653-cü ildə Niderlandda 20 000 tüfəng və 30 000 pud barıt alındı, 20 zabit muzda götürüldü. İsveçdə həmin il daha 20 000 tüfəng alındı. Sürətlə avropalı tipində ordu yaradılmağa başlandı. Generallar de Lorian, de Spempe, Kilseki, Dalyel rus çarı Aleksey Mixayloviçin hərbi məsləhətçiləri oldular. == Polyak və rus ordularının vəziyyəti == Rus qoşunları kimi polyak qoşunları özündə iki sistemi birləşdirirdi – müxtəlif növ feodal çərik və qoşunlara əsaslanan yerli və, daimi nizami strukturu olan avropalı. Hər iki orduda xeyli sayda avropalı muzdlular, eləcə də çoxsaylı atlı kazak və tatar dəstələri vardı.