QALASI

yaşayan, sağ qalan, ölməyən.
QALAMİRZƏ
QALAYÇI
OBASTAN VİKİ
Cuğa qalası
Cuğa qalası - Əlincəçayın sahilində yerləşən XI əsrə aid qala.
Dana qalası
Danaqalası — Şərur rayonunun Axura kəndindən şərqdə, Havuş kəndinin cənub tərəfində hündür dağ üzərində arxeoloji abidə. Səlcuq sərkərdəsi Tananın adı ilə bağlıdır. Ə.İ.Novruzlunun apardığı arxeoloji tədqiqatlar nəticəsində buradan qala divarlarının izləri aşkar edilmişdir. Divarlar iri daşlardan inşa edilmişdir. Arxeoloji tapıntıların əsas hissəsini şirsiz saxsı məmulatı təşkil etsə də, qaladan şirli qab hissələri, metal əşya qalıqları da tapılmışdır. Qalada mədəni təbəqə çox yığılmamışdır. Materiallar müxtəlif tarixli dövrlərə aiddir. Şirli qablar anqob təbəqəsini qazma və qravirovka üsulu ilə naxışlanaraq yaşıl rəngli şirlə örtülmüşdür. Keramika XI-XVII əsrlər üçün xarakterikdir. Bu əsasda Dana qalasının XI əsrdə inşa edildiyi ehtimal edilir.
Dannottar qalası
Dannottar qalası (ing. Dunnottar Castle) — Şotlandiyanın şərqində, Şimal dənizi sahillərində, Aberdin şəhərindən 24 km cənubda yerləşən tarixi memarlıq abidəsi. Qala hərbi-strateji baxımdan çox əlverişli bir yerdə yerləşir. Şimal dənizi sahilində, hündürlüyü 50 metrə yaxın olan dənizterrası ilə yanaşı, ərazidə mövcud olan Mount tirəsinin qayalıq hissəsi dəniz daxilinə doğru uzanaraq burun əmələ gətirir. Məhz bu qayalıq üzərində Dannottar qalası yerləşir. Qalaya yol ancaq cənub-qərb istiqamətdən mümükündür. Dənizə tərəfə uzanan bu qayalıq çıxıntının ümumi uzunluğu 3,5 km-dir. Bu məsafə demək olar ki, dəniz suları ilə əhatələnmiş, ancaq 800 metrlik dar çığır (pilləkən yol) vasitəsi ilə qalaya gəlmək mümükündür. Bu quru yol özüdə qalaya yaxınlaşanda çökəyə düşür və qaladan daha yaxşı müşahidə edilə bilinir. Yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır.
Danyeri qalası
Danyeri qalası — Şərur rayonunun Danyeri kəndinin yaxınlığında arxeoloji abidə. Danyeri qalası böyük qala və kiçik qala adlanan hissələrdən ibarətdir. Qala divarları yonulmamış qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Divarların bəzi qismləri yonulmuş daşlardan inşa edilmişdir. Qala divarları yarımdairəvi bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Qalanın içərisində, qala divarına bitişik, dördkünc formalı binaların qalıqları qalmaqdadır. Aşkar olunan keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş qabların parçalarından ibarətdir. Keramika məmulatı içərisində şirli qabların parçaları da vardır. Qalanı arxeoloji materiallara əsasən VIII–XVIII əsrlərə aid etmək olar. Naxçıvan Abidələri Ensiklopediyası.
Didivan qalası
Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir. Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur.
Diyarbəkir qalası
Diyarbəkir qalası ― Türkiyədə, Diyarbəkir ilinin Sur ilçəsində yerləşən qala. Diyarbəki qalası "daxili qala" və "xarici qala" adlandırılan iki hissədən ibarətdir. Qalanın əsas qapıları Dağ qapısı, Urfa qapısı, Mardin qapısı və Yeni qapıdır. Eramızın dördüncü əsrinin ortalarında imperator II Konstansi tərəfindən inşa edilmiş qalanın divarları köhnə Roma şəhəri Amidadan gətirilmişdir. Erməni tarixçi Movses Xorenlinin fikrincə, Amid-Diyarbəkir bölgəsinin istehkamları və güclü divarları eramızdan əvvəl VI əsrin ortalarında Yervanduni (Orontid) sülaləsinin kralı Tiqranesin hakimiyyəti dövründə inşa edilmişdir. Bu divarlar Böyük Çin səddindən sonra dünyanın ən geniş və ən uzun müdafiə divarlarıdır. UNESCO tikilini 2000-ci il tarixli siyahısına əlavə etmiş və qala 2015-ci ildə Hevsel bağları ilə birlikdə Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Qalanın divarları 2023-cü ildə Kahramanmaraş zəlzələlərində ziyan görmüşdür. Qala divarlarının Feridun Çelikin bələdiyyə başçılığı dövründə başlayan böyük bərpası 2000–2007-ci illərdə davam etmişdir. Bu dövrdə birbaşa divar üzərində tikilmiş binalar yıxıldı, divarlar təmizləndi və divarların yanında park quruldu.
Donuz qalası
Donuz qalası — Babək rayonunun Sirab kəndindən şimalda, hündür qayalıqların üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalaya şimaldan olan ensiz keçiddən qalxmaq mümkündür. Abidənin yerləşdiyi ərazi uzunsov oval formalı daş divarla iki hissəyə ayrılmışdır. Divarın uzunluğu 26,6 m, eni 2,3 m-dir. O, iri qaya parçalarından hörülmüş və bəzi yerlərdə 1 m hündürlükdə salamat qalmışdır. Qala divarı ziqzaq formalı çıxıntılarla təmin edilmişdir. Mərkəzi hissədə eni 2,9 m olan qapı vardır. Şübhəsiz ki, bu divar qalaya qərbdən olan hücumların qarşısını almaq üçün inşa edilmişdir. Tədqiqat zamanı qalanın ərazisindən Orta əsrlərin erkən və inkişaf etmiş dövrlərinə aid keramika nümunələrinə rast gəlinmişdir.
Dumlu qalası
Dumlu qalası — Düz kəsmə daşlardan tikilmiş olan Dumlu qalası, orta əsrlərdən günümüzə qədər çatan bir qaladır. Tikintisi XI və ya da XII əsrdə tikilən qala, Çukurova "dağ qalaları" adlandırılan qalalar kompleksinin ikinci hissəsidir. Adana vilayət sərhədləri içindəki bir çox qala kimi haqqında çox məlumat olmayan Dumlu qalası, Adananın Ceyhan ilçəsinə 17 kilometr məsafədə olan İmamoğlu ilçəsinə gedərkən Tumlu kəndinin ərazisindədir. 75 metr hündürlüyündəki əhəngdaşlı bir təpə üzərində qurulmuşdur. Çukurova "dağ qalaları" zəncirinin ikinci halqası olan Dumlu qalası, Adana-Kozan karvan yolunu izləyə və ətrafındakı bir çox qalayla əlaqə yarada bilən əlverişli mövqedədir. Ətrafı 800 metr olan Dumlu qalasının nalşəkilli 8 bürcü var. Qalaya giriş şimal hissədəndir. Şimal tərəfdə qayaların düzəldilməsi təşkil edilmiş pilləkən izləri yer yer fərq edilməkdədir. Bundan başqa, daxili hissədə 3 ədəd yan giriş mövcuddur. Dumlu qalasının düzənliyə baxan şərq küncündə bir müşahidə qülləsi və müdafiə xəndəkləri ilə qala divarları var.
Dərbənd qalası
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları. Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.
Estergon qalası
Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala. Macarıstan və Osmanlı tarixində böyük bir əhəmiyyət daşıyır. XIII əsrin inşa edilən qala, Macarıstanın tarixində inşa edilmiş ilk əhəmiyyətli tikililərdən biridir. 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi olmuştur.. Osmanlı Dövləti ilk dəfə 1543-cü ildə o zaman avstriyalıların tabeçiliyində olan qalanı ələ keçirdilər. 1595-ci ildə Osmanlıların qala təslim etmək məcburiyyətində qalmasından sonra haqqında tarkülər oxunmuşdu.. 1605-ci ildə yenidən tutulan qala, 1683-cü ildə qəti olaraq Osmanlı hakimiyyətindən çıxdı. Günümüzdə bir turist mərkəzidir. Esterqon qalası, 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi idi. Kral IV Bela 1256-cı ildə paytaxtı Buduna köçürtdü və qala din xadimlərinin idarəçiliyinə verildi.
Esterqon qalası
Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala. Macarıstan və Osmanlı tarixində böyük bir əhəmiyyət daşıyır. XIII əsrin inşa edilən qala, Macarıstanın tarixində inşa edilmiş ilk əhəmiyyətli tikililərdən biridir. 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi olmuştur.. Osmanlı Dövləti ilk dəfə 1543-cü ildə o zaman avstriyalıların tabeçiliyində olan qalanı ələ keçirdilər. 1595-ci ildə Osmanlıların qala təslim etmək məcburiyyətində qalmasından sonra haqqında tarkülər oxunmuşdu.. 1605-ci ildə yenidən tutulan qala, 1683-cü ildə qəti olaraq Osmanlı hakimiyyətindən çıxdı. Günümüzdə bir turist mərkəzidir. Esterqon qalası, 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi idi. Kral IV Bela 1256-cı ildə paytaxtı Buduna köçürtdü və qala din xadimlərinin idarəçiliyinə verildi.
Faqnan qalası
Faqnan qalası - Orta əsrlərdə Naxçıvan vilayəti ərazisində XII-XIII əsrlərdə mövcud olmuş əsas qalalardan biridir. Qala haqqında yalnız Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində məlumata rast gəlinir. Naxçıvanın tarixi coğrafiyasını araşdıran tarix üzrə fəlsfə doktoru Elnur Kəlbizadə H.Qəzvininin adını çəkdiyi dörd qaladan üçünün (Əlincə, Sürməli, Tağmar) lokalizasiyasını aparsa da dördüncü qala olan Faqnan haqqında apardığı araşdırmalar bir nəticə verməmiş, bu səbəbdən də bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə konkret fikir irəli sürməmişdir. Tədqiqatçı yalnız Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qalıqları qalmış bir gözətçi-istehkam qalasının Faqnan qalası ola biləcəyi ehtimalını bəzi yerli sakinlərə istinadən irəli sürsə də bununla bağlı tarixi faktın olmadığını göstərmişdir. Qala monqolların hücumları nəticəsində dağıdılmışdır. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Foça qalası
Foça qalası və ya Beş qapılar qalası — İzmirin Foça ilçəsindəki bir qaladır. XI və ya XII yüzüllükdə inşa edilmişdir. İzmirə 70 km bir məsafədə yerləşən Foça, İzmirin şimalında Çandarlı və İzmir körfəzi arasında, üç tərəfi dənizlə əhatəli bir yarımada üzərində qurulmuşdur. Qarşısında yerləşən İncir, Oraq Fənər adaları Foçanı əsas bir liman durumuna gətirmişdir. Genuyalılar qalanı Bizanslılardan alaraq yenidən insa etmişdilər. 1455-ci ildə Foçanı alan Osmanlılar, 1538-1539-cu illər arasında qalanın divarlarını təmir etdilər. YUNESKO 2013-cü ildə qalanı Dünya İrsi siyahısına daxil etdi. İzmirə 70 km bir məsafədə yerləşən Foça, İzmirin şimalında Çandarlı və İzmir körfəzi arasında, üç tərəfi dənizlə əhatəli bir yarımada üzərində qurulmuşdur. Qarşısında yerləşən İncir, Oraq Fənər adaları Foçanı əsas bir liman durumuna gətirmişdir.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Grunewald qalası
Grunewald qalası — Karlsberq təpəsi üzərində yerləşən mənzərəli bir qaladır. Şarlottenburq-Wilmersdorfun Grunewald məhəlləsi sərhədlərində yerləşən qala, Berlinin görməli yerlərindən biri hesab olunur. Hündürlüyü 36 metrdir. Qala 1899-cu ildə Prussiya kralı və Almaniyanın ilk imperatoru I Vilhelmin adına abidə olaraq inşa edilmişdir. Qotik üslubunda tikilən binada I Vilhelmin heykəli də var. Həmçinin Albrext fon Run, Helmut von Moltke, Otto fon Bismark və Şahzadə Friedrich Karlın portretləri qalanın dörd küncündə yerləşir. 1897-ci ildə Landkreis Teltovun parlamenti Ernst von Stubenrauchun fikri ilə 1888-ci ildə vəfat edən Prussiya Kralı I Vilhelmin 100-cü doğum günü şərəfinə bir abidə tikmək qərarı verildi. Beləliklə, Grunewald meşələrində yerləşən Karls dağında bir mənzərə qalası tikmək qərara alındı. Binanın memarı Frans Şvechten oldu. 10 mart 1897-ci ildə Şvechtenin layihəsi imperator II Vilhelm tərəfindən təsdiq edildi və inşaatın icazəsi verildi.
Haram qalası
Qala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, "Haram qalası" doğrudan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Harput qalası
Harput qalası (Süd qalası) — e.ə. XIII əsrin əvvəllərində Urartu krallığı tərəfindən qurulmuş olub cənubunda bir Urartı Açıq hava məbədi yerləşir. Qala VI əsrdə Fars hakimiyyətinə girmiş, XVII-XV əsrlərə aid I əsrdən etibarən Roma, Sasani, Bizans, Abbasi, Artukoğulları, Səlcuqlular, Dulkadiroğulları, Ağqoyunlular və Osmanlı Dövlətinin hakimiyyətlərinə girmişdir. Bu mədəniyyətlərə aid izləri qala divarları, qapılar və bürclər üzərində görünür, qalanın şimal-qərb uc hissəsində bir Artuk sarayının qalıqları yerləşir. Qalanın şərq hissəsində yerləşən Məryəm Ana kilsəsi IV əsrdə inşa edilmiş, bir divarı qalanın oturduğu qayaya oturan bir kilsədir. İç divarlarında bir çox kitabə görünür. İç qala və xarici qala olmaq üzrə iki hissəsindən meydana gəlmişdir. Xarici divarlar tamamilə dağıdılmışdır. Sadəcə Harputa girişdə bir bürc qalıq görünür. Süd qalası adlandırılan iç qala yalçın qayalar üzərində inşa edilmişdir.
Hoşap qalası
Hoşap qalası — orta əsrlərə aid olub Vana təxminən 50–60 km arası məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdən strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin suya əvəz olur. Rəsmi adı isə Gözəlsudur. İndiyə qədər qalan bir çox tikililər regionda Mahmudi Süleyman adlandırılan şəxs tərəfindən 1643-cü ildə tikdirilmişdir. Əfsanəyə görə, bu müdhiş quruluşu tikən memarın əlləri, digər bir dənə daha beləsini tikər deyə kəsilirdi. Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı pozulmadan günümüzə çatmışdır. Qapının üzərində tikintisi ilə bağlı Fars dilində kitabə və aslan şəkilləri yerləşir.
Həsənxan qalası
Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir. Bürclərdən və qala divarlarından ibarətdir. Bürclərdə iki sıra mazğal və pəncərə yerləri, divarlarda isə mazğallar vardır. Hər bürcdə 36 mazğal və istehkam topları üçün 10 pəncərə vardır. Divarlarda isə 168 ədəd mazğal və 8 ədəd pəncərə vardır. Müdafiə təyinatlı obyekt hasab olunur. Qalanın tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qalanın inşa tarixi XIX əsrin ikinci yarısına aid edilir. Çox güman ki, bu qala İlisu sultanlığı Rusiya imperiyasına daxil edildikdən sonra ruslar tərəfindən inşa olunmuşdur. Qala Dağıstan ərazisindən edilən hücumların qarşısını almaqda rusların köməyinə çatmışdır.
Düylün qalası
Düylün qalası - Naxçıvanın Düylün kəndindən cənub qərbdə, hündür dağın üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi cənub və qərb tərəfdən sıldırım qayalıqlarla əhatə olunmuşdur. Ərazinin digır hissələri təbii müdafiəyə malik olmadığı üçün daşdan inşa edilmiş divarlarla möhkəmləndirilmişdir. Qalanın şərq tərəfinə çəkilən divar iri daşlardan hörülmüş və rizalitlərlə möhkəmləndirilmişdir. Qalanın şimal hissəsi paralel çəkilmiş divarlarla möhkəmləndirilmişdir. Divarların arası kəsilərək mənzil kimi istifadə edilmişdir. Ümumi sahəsi 2100 kvadrat metr olan qala kiçik həcmlidir. Ehtimal ki, mühafizə məntəqəsi kimi istifadə edilmişdir. Qala divarları bəzi qismlərdə 4m hündürlükdə qalmaqdadır. Qalanın mərkəzi hissəsində nekropol vardır.
Dəlmə qalası
Dəlmə qalası — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə. Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir.
Edinburq qalası
Edinburq Qalası (ing. Edinburgh Castle) — Şotlandiya ərazisində olan tarixi memarlıq abidəsi. Edinburq qalası Edinburq Köhnə şəhərinin qərbindəki Kral Milinin üstündə yerləşir. Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir. Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.
Eqer qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Eqri qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Erebuni qalası
Erebuni qalası — E.ə. 782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. E.ə. IV əsrə qədər mövcud olub. Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan (Uratu) ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur. Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir. İrəvan Qərbi Azərbaycan Y.Yusifov. Qədim Şərq tarixi, В., 1993, səh.276; Ə.Ələkbərli.
Dairəvi Mərdəkan qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir.
Dərbənd müdafiə qalası
Dərbənd müdafiə qalası — Zaqafqaziya və Yaxın Şərq xalqlarını Qafqaz dağlarını keçərək, Xəzər dənizi sahilləri boyunca şimaldan gələn köçərilərin istilalarından qoruyan müdafiə sisteminin (Qafqaz divarı) bir hissəsi. Sistemə Dərbənd istehkamları, bir qala (Narın-Qala), dəniz divarları və Dağ-bar dağ divarı daxil idi. UNESCO tərəfindən qorunan Dərbənd şəhərinin ərazisində yerləşir. "Qapı" sözü bir çox xalqların dillərində şəhərin adına daxil edilmişdir. Yunan tarixçiləri bunu alban (Qafqaz Albaniyası dövlətindən) və ya Xəzər qapısı, ərəb müəllifləri - Əsas qapı ( Bab-əl-Əbvab), Türklər-Dəmir (Temir Kapısı), Gürcülər-Dəniz (Dzgvis-Kari) adlandırmışdılar. Şəhərin müasir adına "Dərbənd" (Dərbənd) VII əsrdən başlayaraq, yazılı mənbələrdə rast gəlinir və fars dilindən tərcümədə "Bağlı qapı" deməkdir (hərfi mənası "Qapı düyünü": "hədiyyə" bir qapıdır, "dəstə", əlaqə, düyün). Ərəblər dövründən başlayaraq, hələ XIX -cu əsrə qədər, şimal divarı xəzərlərlə üzbəüz olduğundan "Kafirqapısı" ("kafirlərin divarları") adlanırdı. Bəzi mənbələrdə "Böyük İskəndərin divarı" da adlandırılırdı, çünki əfsanəyə görə böyük bir fateh tərəfindən inşa edilmişdir. Lakin Makedoniyalı İskəndər heç vaxt Dərbənd qapısında olmamışdır.. Uzunluğu 700 m olan qala, gil məhlulun üstü doldurularaq Yuxarı Sarmat daşından tikilmişdir.
Dərbənd qalasının işğalı
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Havuş qız qalası
Havuş qız qalası — Şərur rayonunun Havuş kəndinin şərqində sıldırım qayalar üzərində abidə. Qayanın içərisində oyulmuş tacvari sonluqdan ibarətdir. Xalqa arasında "Qız evi", "Qız qayası"da deyirlər. Abidənin orta əsrlərə aid olması ehtimal edilir.
Həzrəti Əli qalası
Həzrəti Əli qalası — Şəki rayonunun Baş Küngüt kəndində yerləşən qala. Çay daşlarından tikilən, o qədər də böyük olmayan qala dairəvi planda inşa edilib. Qalanın ərəblərin Azərbaycanda hakimliyi dövründə gözətçi məntəqəsi kimi tikildiyi güman edilir.
II Qız qalası
II Qız qаlаsı — Şərur rayonunun Aşağı Yaycı kəndindən qərbdə, Аrpаçаyın sаğ sаhilində, hündür dаğın üzərində yеrləşir. Qаlа şimаl tərəfdən sıldırım qаyа ilə əhаtə оlunmuş, оnun cənub və cənub-qərb tərəfinə isə iri qаyа pаrçаlаrındаn hörülmüş divаr çəkilmişdir. Müəyyən hissəsi yоnulmuş dаşlаrdаn inşа оlunmuş divаrlаrın еni 1,8-2 m аrаsındаdır. Divаrlаr bəzi yеrlərdə 2,1 m hündürlüyündə sаlаmаt qаlmışdır. Qаlаnın girişi cənub tərəfdəndir. Giriş qаpısının еni 3 m-dir. Divаrlаr bоyuncа dördkünc fоrmаlı binаlаr yеrləşdirilmişdir. Qаlаnın mərkəzində yеrləşən sаhəsi 72 kv.m оlаn böyük binаnın qаlıqlаrı iri dаşlаrdаn tikilmişdir. Еhtimаl ki, bu binа qаlаnın inzibаti mərkəzi оlmuşdur. Tədqiqаt zаmаnı оlduqcа аz miqdаrdа kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.