QALASI

yaşayan, sağ qalan, ölməyən.
QALAMİRZƏ
QALAYÇI
OBASTAN VİKİ
Abbasabad qalası
Abbasabad qalası — Naxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala. == Tarixi == Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri vardı. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr idi. Şəhər qalası hər tərəfdən 10 metr enində arxla əhatə olunmuşdu. Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt idi.Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi. Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi.
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir. Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir. Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Alanya qalası
Alanya qalası — Antalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Almeriya qalası
Almeriya qalası (isp. Alcazaba de Almeria) - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir. İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər.. 955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.
Aqra qalası
Aqra qalası Aqra qalası, Qırmızı qala - Hindistanın Aqra şəhərindəki istehkam, Moğol İmperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilər üçün əlçatan deyil. == Tarixi == Teymuri Babur Dehli sultanları Sikəndər Lodi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və sözdə sərf etmişdir. Baoli (su kəməri). Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı. Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladı. Burada o, köhnə və uçuq-sökük Bədəlqar qalasını bərpa etdi (saray tarixçisi Əbdül-Fəzala görə). Artıq 1571-ci ildə qala tamamilə Rajasthani qırmızı qumdaşı divarı ilə əhatə olunmuşdu.
Aslan qalası
Aslan qalası — Xocalı rayonu Xanabad kəndi ərazisizində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qala tarixi mənbələrdə həm də Şikakar adı ilə qeyd edilir. Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində xatırlanır. Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası Xoxanaberd və Qaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir. == Tarixi == Xaçın bölgəsindəki ən əlçatmaz qalalardan biri olmasına baxmayaraq, Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində 821-ci ilə aid hadisələrlə əlaqədar xatırlanır. Kalankatlı yazır: Yepiskop Makar Marxudaryants qala ərazisindın topladığı epiqrafik məlumatlar əsasında onun tarixi haqqında daha dəqiq məlumat verərək yazır: “Şikakar qalası kifayət qədər qədim tarixə malikdir...Böyük Həsən onu sahiblik ərazisi və nəsil qəbirsanlığı kimi Smbat adlı knyaza bağışlamışdır.” Abidəni müasir dövrdə tədqiq etmiş Ş. Mkrtmyan qeyd edir ki, qala ərazisində indi də kənd tipli qədim yaşayış yeri, iki böyük qəbirsanlıq və iki kilsənin xarabalıqlarını müşahidə etmək mümkündür.
Axtı qalası
Axtı qalası (ləzg. Ахцегь-Къеле, ахт. диал. Ахцагь-Къала) — Dağıstanda, Axtı rayonunun Axtı kəndində 1839-cu ildə general E.A.Qolovin tərəfindən tikilmiş rus qalası. Federal əhəmiyyətli tarix və memarlıq abidəsi. Rusiyanın ən cənub qalası. == Təsviri == Axtı qalası aşağıdakı hissələrdən ibarətdir: Qala divarları Əsgər kazarması Pravoslav Kilsəsi Barıt anbarı Qala beşbucaqlı formaya malikdir, burçların künclərində bastionlar mövcuddur. Əvvəllər burada hündürlüyü 4,57 metr, qalınlığı 1,06 metr olan daş divarlı xəndək var idi. Divarların üzərləri müdafiə kazarmalarından ibarət idi. Düşmənin qalaya yaxınlaşması anında onları atəşə tutmaq üçün burda piyada mövqeləri qurulmuşdu.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.
Bakı qalası
Bakı qalası — Bakı şəhərinin orta əsrlərə aid İçərişəhər hissəsini əhatə edən qala divarları və qüllələrdir. Səyyahların illüstrasiyaları və XIX əsrin əvvəllərinə aid fotolardan məlum olur ki, vaxtilə Bakı şəhəri iki qat qala divarları ilə əhatə olunmuşdur. Həmin qaladan dövrümüzə yalnız daşdan olan hündür divarlar və onun bir neçə qapısı çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründə və daha sonra bu divar və qapılar dəfələrlə təmir və bərpa edilmişdir. Dövrümüzə çatmış qala divarları, qüllələr, mazğallar, banketlər, maşikullarla bərkidilmiş və əsrlər boyunca şəhər üçün etibarlı müdafiə təmin etmişdir. Orta əsrlərdə qala divarları 1500 metr uzunluğa malik olsa da, dövrümüzə yalnız 500 metrlik hissəsi çatmışdır. Qala divarları 3.5 metr enə, yerlərindən asılı olaraq, 8–10 metr hündürlüyə malikdir. XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Basqal qalası
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir. Basqal Bakı – Laqodexi şose yolunun 151 km-dən 4 km şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə getmək olar.
Bastiliya qalası
Bastiliya (fr. la Bastille, tarixi adı la Bastille Saint-Antoine) — Paris şəhərində yerləşən və orta əsrlərdə tikilən tarixi qala. Qala 1370-1382-ci illərdə tikilmişdir. Qala XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarında Paris xalqı mütləqiyyətin əleyhdarlarının sayı xeyli artmağa başlamışdır. XVI əsrin sonlarında bu şəxslər saxlanılır və həmin qalada həbs olunurdu. 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur. Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadıgını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.
Bayburt qalası
Bayburt qalası və ya Çinimaçin qalası - Türkiyənin Bayburt ilində yerləşən qala. == Haqqında == Bayburt şəhərinin şimalında qayalar üzərində tikilən qalanin kimlər tərəfindən tikildiyi dəqiq bilinmir. Baqrat sülaləsi (885-1044) dövründə varlığından söz açılan qalanın eramızdan əvvəl də tikildiyi istisna olunmur. Qala türklərin əlinə keçməmişdən qabaq Bizansın, ermənilərin hakimiyyəti altında olub. Mənbələrdə bir çox dəfə təmir olunduğu qeyd olunub. Xalq arasında Çinimaçin qalası kimi də tanınan qalanın adı "Kitabi Dədə Qorqud" dastanında çəkilir. Osmanlı dövründə qalanın rəsmi adı da Çinimaçin olub. Qalanın şərqində XIV-XVIII əsrlərdə tikilən kilsə qalıqları var. Qərb tərəfində isə mağara yerləşir.
Bağaberd qalası
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini - Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur. Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.
Belem qalası
Belem qalası (port. Torre de Belém)- Portuqaliyanın paytaxtı Lissabonun Belem bölgəsində 16-cı əsrə aid tarixi bir qaladır. Qotik stilin dəvamı olan Manuelin stilində olan qala 16. əsrin başlarında Portuqaliyalı səyyah Vasko da Qama şərəfinə tikilmişdir.
Beyləqan qalası
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Arran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. == İstinadlar == == Ədəbiyyat == Əhmədov Q.M. Örnəqala.
Bilgəh qalası
== Bilgəh qalası == Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. == Tarixi == Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı
"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — İçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalı. Qız qalası 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. == Festivalın tarixçəsi == Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam. 2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib. 2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır. Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir. Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi. 2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.
Babək (Bəzz) qalası
Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb". Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.
Bakı qalası (film)
Bakı qalası (film, 1965) — 1965-ci ildə çəkilmiş sənədli film. Bakı qalası (film, 1969) — 1969-cu ildə çəkilmiş sənədli film. Bakı qalası (film, 1973) — 1973-cü ildə çəkilmiş sənədli film.
Bakı qalası (film, 1965)
Bakı qalası qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1965-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film açıq səma altında salınmış daş muzey-Orta əsrlər Bakısının memarlıq abidəsini təşkil edən qədim tikinti kompleksi-İçəri şəhər haqqında, bu nadir abidənin insanlar tərəfindən qorunması barədə danışır. == Məzmun == Film açıq səma altında salınmış daş muzey-Orta əsrlər Bakısının memarlıq abidəsini təşkil edən qədim tikinti kompleksi-İçəri şəhər haqqında, bu nadir abidənin insanlar tərəfindən qorunması barədə danışır.
Bakı qalası (film, 1969)
Bakı qalası qısametrajlı sənədli televiziya filmi rejissor Tofiq Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. == Məzmun == "Bu mənim şəhərimdir". Film aparıcının bu sözləri ilə başlanır. Sonra tamaşaçılar Bakının görməli yerlərinə seyrə çıxır, qoruq muzeyi olan Bakı qalası-İçəri şəhəri gəzir, qədim Şirvanşahlar sarayı ilə tanış olur, xarici səyyahların İçəri şəhər haqqında təssüratlarını dinləyirlər. Filmdə "Qaya" vokal kvartetinin ifasında müxtəlif mahnılar səslənir.
Bakı qalası (film, 1973)
Bakı qalası qısametrajlı sənədli televiziya filmi rejissor Cahid Nəzərov tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Etnoqrafik film Bakının qədim memarlıq abidəsi-İçəri şəhər haqqındadır. == Məzmun == Etnoqrafik film Bakının qədim memarlıq abidəsi-İçəri şəhər haqqındadır.