Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəngli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər bu kənddə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar.
Rəngli film
Rəngli filmlər — həm rəngli şəkil çəkmək üçün istifadə olunan fotolentlər , həm də rəngli kinofilmlər üçün işlədilən deyimdir. == Tarixi == Rəngli filmlərin yaranmasının ilkin səbəbi rənglərin araşdırılmasıdır ki , bu da İsaak Nyutonla bağlıdır. 1666-cı ildə optik eksperiment aparan Nyuton rənglərin işığın bir funksiyası olması qərarına gəldi.1802-ci ildə Tomas Yanq və 1850-ci illərdə Hermann Vonn Hermholtz rəngləri araşdırmışlar. Yanq-Hermholtz teoriyasına görə insan retinası yalnız üç rəngə-al, sarı və mavi (sonralar gözdən keçirib al, yaşıl və mavi olaraq dəyişdi) rənglərinə cavab verə bilir. Ancaq Yanq-Hermholtz teoriyası öz doğruluğunu eksperimentlə sübut etməmişdi. Teoriya 1850-ci illərdə Ceyms Maksvell tərəfindən inkişaf etdirildi. Baxmayaraq ki , Maksvell rəngli şəkil çəkməyin yollarını 1861-ci ildə artıq göstərmişdi, rənglərin kino bölməsində işlədilə biləcək qədər natural olması çox vaxt apardı. Amma bu rejissorları film rəngləməkdən döndərə bilmədi. Əl ilə boyama film rəngləmədə işlədilən ilk üsul oldu. 1895-ci ildə çəkilmiş "Annabelin serpantin rəqsi" bu üsulla çəkilmiş ilk film oldu.
Rəngli filmlər

Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Rəngli karandaş
Rəngli karandaş — bir rəngli piqment minası olan rəngli rəsm və yazı üçün istifadə olunan karandaş.
Rəngli monitor
Rəngli monitor (ing. color monitor) —Kompüter monitoru məlumatı şəkilli və ya mətn şəklində göstərən çıxış cihazıdır . Monitor adətən vizual displeydən , bəzi sxemlərdən , korpusdan və enerji təchizatından ibarətdir . Müasir monitorlardakı displey cihazı adətən soyuq katodlu flüoresan lampa (CCFL) arxa işığını əvəz edən LED arxa işıqlandırması olan nazik film tranzistorlu maye kristal displeydir (TFT-LCD) . Əvvəlki monitorlarda katod şüa borusu (CRT) və bəzi Plazma (həmçinin Qaz-Plazma adlanır) displeylərdən istifadə olunurdu. Monitorlar VGA vasitəsilə kompüterə qoşulur ,Rəqəmsal vizual interfeys (DVI), HDMI , DisplayPort , USB-C , aşağı gərginlikli diferensial siqnal (LVDS) və ya digər xüsusi konnektorlar və siqnallar. Əvvəlcə kompüter monitorları məlumatların işlənməsi üçün, televizorlar isə əyləncə üçün istifadə edilmişdir. 1980-ci illərdən etibarən kompüterlər (və onların monitorları) həm məlumatların işlənməsi, həm də əyləncə üçün istifadə olunmağa başladı, televizorlar isə bəzi kompüter funksiyalarını həyata keçirdi. Televizorların və kompüter monitorlarının ümumi tərəf nisbəti 4:3-dən 16:10-a, 16:9-a dəyişdi. Müasir kompüter monitorları adi televizorlarla və əksinə asanlıqla dəyişdirilə bilər.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Zəngli saat
Zəngli saat — müəyyən edilmiş zamanda səs və ya işıq effekti ilə vaxtı bildirən mexaniki saat. Zəngli saat həmçinin taymer rolunu da oynaya bilər. Mexaniki Zəngli saatı 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar.2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Açıq-rəngli itburnu
I Məngli Gəray
I Məngli Gəray (1445, Krım – 17 aprel 1515, Bağçasaray) — 4. Krım xanı. Fərqli vaxtlarda 3 dəfə Krım taxtına çıxmış, qardaşı Nurdövlət Gərayla taxt mübarizəsi aparmışdır. == Həyatı == Məngli Gəray xanlığın və ailənin banisi Hacı Gərayın üçüncü oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. 1466-cı ildə atasının vəfatının ardından böyük qardaşı Nurdövlət Gəray Qızıl Ordanın dəstəyini alaraq Krım taxtına oturdu. Ancaq buna razı olmayan Məngli Gəray Kəfəyə qaçdı və genuyalılara sığındı. Çox keçmədən 1467-ci ildə genuyalıların və Şirin qəbiləsinin dəstəyini alaraq Çufutqalanı ələ keçirdi və Krm taxtına oturdu. Ancaq xanlığın xarici siyasətini dəyişərək, ənənəvi müttəfiq olan Polşa-Litva birliyinə qarşı Moskva knyazlığını dəstəklədi.
Rəngli daşlar (roman)
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Yaşıl rəngli ləçəkotu
II Məngli Gəray
II Məngli Gəray (1678 – 9 yanvar 1740, Bağçasaray) — XXXV Krım xanı.Krım xanı I Səlim Gərayın oğludur. Atasının sürgün illərində Rodos adasında dünyaya gəldi. Qardaşı III Qazi Gərayın səltənətində nurəddin, digər qardaşı I Qaplan Gərayın səltənətində isə 2 dəfə kalqay ünvanı aldı. Onun taxtdan çəkilməsinin ardından Məngli Gəray Krım xanlığına gətirildi (sentyabr 1724). Qardaşı Səlaməti nurəddin, digər qardaşı Səfanı isə kalqay təyin etdi. İlk iş olaraq illərdir mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıran bəylərin müqavimətini qırmaq oldu. Səfəvilər cəbhəsinə çağırılan Məngli Gərayın səfərbərlik əmrinə tabe olmayan bir çox tatar əsilzadəsi cəzalandırıldı, bəziləri isə edam olundu. 1725-ci ildə toplanan 10 minlik tatar birliyi kalqay Səfa Gəray, nurəddin Səlamət Gəray və xanın oğlu Toxtamışın əmrində Səfəvilərlə müharibəyə göndərildi. 1729-cu ilin mayında İstanbula gedən Məngli Gəray bir müddət burada qaldı. Osmanlı sultanı Sultan Əhməd tərəfindən mərasimlə qarşılandı və Krımda əmin-amanlıq yaratdığı üçün xilat geyindirildi.
Kəbudər Ahəng şəhristanı
Kəbudərahəng (Göyrəng) şəhristanı — İranın Həmədan ostanında şəhristanlarından. Paytaxtı Kəbudər Ahəng şəhəridir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,919 nəfər və 32,178 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Azərbaycan dilində ki adı "Kəvrəng"dir ki, su axınları deməkdir.
Müxtəlif rəngli fillər (şahmat)
Müxtəlif rəngli fillər — Şahmat termini Rəqiblərin müxtəlif rəngli xanalarla hərəkət edən filləri.
Lenqli
Lenqli (ing. Langley) — ABŞ-nin Virciniya ştatında Feyrfek dairəsində şəhər. Mərkəzinin şəhərdə olması səbəbiylə MKİ üçün metonimiya olaraq istifadə edilir. MKİ xaricində, digər mərkəzlər; Turner-Fairbank Magistral Araşdırma Mərkəzi (Turner-Fairbank Highway Research Center), Federal Magistral Rəhbərliyi (Federal Highway Administration), Milli Parklar Xidmətinə bağlı hindi hazırlayan Klod Mur Koloniya Təsərrüfatı (Claude Moore Colonial Farm) qurumlarına məxsusdur.
Lenqli (Virciniya)

I Mənqli Gəray