Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir.
Rəngli səhra | |
---|---|
ing. Painted Desert | |
Ümumi məlumatlar | |
Sahəsi | 19,400 km² |
Yerləşməsi | |
35°30′01″ şm. e. 110°05′02″ q. u.HGYO | |
Yerləşdiyi yer | Şimali Amerika |
Ölkə | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir[1]. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir. Səhranın səması isti hava səbəbindən müxtəlif rəng alır.
Səhrada illik yağıntının miqdarı 127–229 mm təşkil edir. Havanın temperaturu isə −31 ; 41 °C arasında dəyişir.
Səhra əsasən asan şəkildə eroziyaya uğrayan suxurlardan təşkil olunmuşdur. Burada maqnezium və dəmir filizi ehtiyatları vardır[2][3][4].