I Mənqli Gəray

I Məngli Gəray (1445, Krım17 aprel 1515, Bağçasaray) — 4. Krım xanı. Fərqli vaxtlarda 3 dəfə Krım taxtına çıxmış, qardaşı Nurdövlət Gərayla taxt mübarizəsi aparmışdır.

I Məngli Gəray
1467 – 1467 (2 ay)
ƏvvəlkiNurdövlət Gəray
SonrakıNurdövlət Gəray
1469 – mart 1475
ƏvvəlkiNurdövlət Gəray
SonrakıHeydər Gəray
1478 – 17 aprel 1515
ƏvvəlkiNurdövlət Gəray
SonrakıI Mehmed Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1445
Doğum yeri
Vəfat tarixi 17 aprel 1515
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Hacı Gəray[2][3]
Uşaqları
Ailəsi Gəraylar
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məngli Gəray xanlığın və ailənin banisi Hacı Gərayın üçüncü oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. 1466-cı ildə atasının vəfatının ardından böyük qardaşı Nurdövlət Gəray Qızıl Ordanın dəstəyini alaraq Krım taxtına oturdu. Ancaq buna razı olmayan Məngli Gəray Kəfəyə qaçdı və genuyalılara sığındı.

Çox keçmədən 1467-ci ildə genuyalıların və Şirin qəbiləsinin dəstəyini alaraq Çufutqalanı ələ keçirdi və Krm taxtına oturdu. Ancaq xanlığın xarici siyasətini dəyişərək, ənənəvi müttəfiq olan Polşa-Litva birliyinə qarşı Moskva knyazlığını dəstəklədi. Məhz bu səbəblə bir çox tərəfdarını itirən Məngli Gərayın bir neçə aylıq səltənəti başa çatdı və Nurdövlət xan hakimiyyəti yenidən əlində cəmlədi. Ələ keçirilən Məngli Gəray Sudak qalasına həbs edildi.

Ancaq yeritdiyi daxili siyasətlə yerli bəyləri özündən narazı salması nəticəsində 1469-cu ilin avqust ayında Mamak adlı bir tatar əsilzadəsi böyük bir üsyan başlatdı. Ayaqlanan əhali həbs tutulan Məngli Gərayı azad edərək Krım taxtında oturtdu. Ələ keçirilən Nurdövlət xan digər qardaşı Heydər Gərayın da həbs edildiyi Sudak qalasına salındı. Ancaq baş verən daxili çəkişmələrdən sonra Osmanlı ordusu bölgədə sülhü təmin etmək üçün 1475-ci ildə Gədik Əhməd Paşa rəhbərliyində Krıma gəldi. Bölgədəki Genuya ağalığına son qoyaraq həbsdə olan Nurdövlət Gəray azad edildi və Krım xanı elan olundu. Ələ keçirilən Məngli Gəray İstanbula aparıldı.

Ancaq Nurdövlət Gərayın və qardaşı Heydər Gərayın bölgədə sülhü təmin edə bilməməsi, Şirin qəbiləsinin rəhbəri Əminək bəyin Osmanlıları köməyə çaırması nəticəsində o əsnada İstanbulda saxlanılan Məngli Gəray Krım xanı elan edildi. Dəyərli hədiyyələr verilən Məngli Gəray Osmanlı ordusu ilə birlikdə 1478-ci ildə Krma gəldi və taxtına əyləşdi. Qardaşları Nurdövlət GərayHeydər Gəray ölkədən qaçaraq Litva knyazlığına, digər qardaşı Özteymur Gəray isə Böyük Ordaya sığındı. Kiçik qardaşları Yağmurçi və Qutluq-zaman Gəraylar isə kiçik olduqları üçün Məngli Gərayın himayəsində böyüdülər. Bunlardan yaşca böyük olan Yağmurçi Gəray 1486-cı ildə qardaşının kalqayı (Krım taxtının vəliəhdi) elan edildi və 1507-ci ildə vəfatına qədər bu vəzifədə qaldı.

Hakimiyyətini gücləndirdikdən sonra Məngli Gəray, Qızıl Orda xanlarının yeganə mirasçısı olaraq gördüyü Böyük Ordayla mübarizəyə davam etdi. Bu mübarizədə Məngli Gərayın ən yaxın müttəfiqi Moskva knyazı III İvan oldu. 1480-ci ildə bağlanan qarşılıqlı sülh müqaviləsinə görə müttəfiqlər Litva-Polşa birliyi, Böyük OrdaAstraxan xanlığına qarşı mübarizə aparacaqdı. Belə də oldu. 8 oktyabr - 1 noyabr 1480 tarixlərində baş tutan Uqra mübarizəsində Böyük Orda xanı Əhməd xan məğlub edilərək öldürüldü. Övladları arasında taxt mübarizəsi başladı və ölkə tezliklə parçalandı.

1482-ci ilin sentyabrında rus ordusuyla birləşən Krım dəstələri Kiyevi mühasirəyə aldı. Şəhəri darmadağın edən müttəfiq qoşunları xeyli qənimətlə geri döndülər. 1484-1487-ci illər ərzində Krım tatarları Bəndər, Dubısari və digər Dnestryanı bölgələrə səfərlər tərtiblədi.

Daxili sabitliyi təmin etdikdən sonra Osmanlı sultanı II Bəyazidin 1484 tarixli Boğdan səfərinə 50 minlik tatar süvari qoşunuyla qatılan Məngli Gəray səfərdə önəmli rol oynadı. Beləcə ilk dəfə bir Krım xanı Osmanlı ordusunda vəzifə almış oldu.

1486-cı ildə Murtuza xan, o əsnada knyaz III İvanın yanında olan və Qasım xanlığının taxtına yenicə əyləşən Nurdövlət Gərayın da dəstəyilə Məngli Gəraya qarşı taxt çevrilişinə cəhd etdi. Bu məqsədlə həm rus knyazına, həm də Nurdövlət Gəraya gizli məktublar göndərdi. Ancaq Məngli Gərayla olan ittifaqını pozmaq istəməyən III İvan bu məktubları Krıma göndərdi və hadisəni üzə çıxardı. Əlavə olaraq cənubda 2 qardaş arasındakı sürtüşmələrin qarşısını almaq üçün Qasım xanlığında daimi qalmaq üzrə rus ordusu göndərdi.

1489-cu ildə Krım ordusu PodolyeKiyevdəki birlikləri məhv etdi. Ardından ordunun böyük bir hissəsi yarımadanı Böyük Orda xanlarının işğalından qorumaq üçün şimala göndərildi. Qızıl Orda xanları Seyid Əhməd və Şeyx Əhməd isə 1491-ci ildə elçi göndərərək Məngli Gərayla sülh bağladılar. Ancaq Krım ordusunun bölgəni tərk etməsinin ardından hücuma keçən Qızıl Ordalılar ölkənin şimalını talan edib geri çəkildilər. Buna cavab olaraq ölkədə səfərbərlik elan edən Məngli Gəray, kalqay olan qardaşı Yağmurçini İstanbula göndərərək Osmanlı sultanı II Bəyaziddən yardım istədi. Nəticədə 2 min yeniçəridə ibarət Osmanlı ordusu Krıma göndərildi. Bundan başqa şimalda Qasım xanlığının vəliəhdi Satılqan (qardaşı Nurdövlət Gərayın oğlu) və Qazan xanı Məhəmməd Əmin xanın rəhbərliyindəki tatar qoşunları Qızıl Ordalıları mühasirəyə aldı. Nəhayət, Seyid Əhməd və Şeyx Əhməd ordularını geri çəkməyə məcbur oldular.

Məngli Gərayın ögey oğlu olan Qazan xanı Əbdüllətif xanın ölkədəki sərt idarəsindən narazı olan əhali knyaz III İvana xandan şikayət etmiş, nəticədə Əbdüllətif xan vəzifədən alınaraq Moskvaya çağırılmışdı. Bu hadisəyə etiraz edən Məngli Gəray knyaza sərt bir məktub yazaraq xanın dərhal azad edilməsini istədi. Bu hadisənin ardından xanlıqla knyazlıq arasında münasibətlər pisləşdi. Ancaq çox keçmədən 1505-ci ildə knyaz III İvan vəfat etmiş, yerinə keçən oğlu IV Vasili həbs tutulan Əbdüllətif xanı azadlığa buraxmışdı. Buna baxmayaraq Krıma getməsinə icazə verilmədi və nəticədə Məngli Gəray, 1508-ci ildə xanımı Nur Sultan və oğlu Sahib Gərayı elçi heyətilə birlikdə Moskvaya göndərdi. Burada olduqca dəbdəbəli qarşılanan heyət Moskvada 1 ay qaldı. Ardından Nur Sultan Qazan xanı olan digər oğlu Məhəmməd Əmin xanı ziyarət etmək üçün Qazana getdi və burda bir müddət qaldıqdan sonra yenidən Moskvaya, ardından Krıma geri döndü.

1511-1512-ci illərdə Sultan Bəyazidin övladları arasında başlayan taxt mübarizəsində Məngli Gəray kürəkəni Şahzadə Səlimi dəstəklədi. Belə ki, sultanın böyük oğlu Şahzadə Əhmədin İstanbula yürüməsinin ardından Şahzadə Səlim hakimi olduğu Trabzondan qaçaraq Bağçasaraya sığınmışdı. O illərdə kalqay olan Mehmed Gəray, Şahzadə Əhməddən gələn istəklə onun dərhal həbs edilməsini istəsə də, Məngli Gəray buna razı olmadı və oğlu Səadət Gərayın əmrindəki böyük süvari ordusuyla birlikdə Şahzadə Səlimi İstanbula göndərdi.

Ancaq səhhəti olduqca ağırlaşan Məngli Gəray 17 aprel 1515-ci ildə 70 yaşında vəfat etdi. Cənazəsi atasının yanına dəfn olundu. Sonralar məzarlarının üzərinə türbə inşa olundu.

  • Şayan Sultan - Yadigar bəyin qızı
  • Maxtun Sultan - Çərkəz İnarmaz Mirzənin qızı
  • Bəyim Sultan
  • Nur Sultan Bikə - Qızıl Orda bəylərbəyi Teymur Mirzənin qızı, Qazan xanı İbrahim xanın dul xanımı. 1485-ci ildə evlənmişdir.
  • Ayşə Xatun
  • Maxtunşah Xatun
  • Qutlu Xatun
  • Nazcan Xatun
  • Mehri Xatun