Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Goranlı
Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi hesab edilmişdir. XIX əsrdə Qarabağ düzündə maldarlıqla məşğul olmuş goran tirəsinin adı ilə bağlıdır. XIX əsrdə Gorançayın sol sahilində, indiki Qayadamı deyilən yerdə yerləşən kənd Goran adlanırdı. XX əsrin əvvəllərində həmin kənd Kürəkçayın sağ sahilinə köçmüş və Goranlı (Gorandan gələnlər) adlanmışdır. Kənd Gəncə-Qazax düzənliyində, Kürəkçay stansiyasının alt tərəfində, Qazançı və Xəsədərli kəndlərinin neytralında yerləşir. Goranlı kəndi isti iqlimə və az şoranlaşmış torpaq qatına malikdir. Torpaq strukturunun zəif olması kənd əhalisini maldarlıqla məşğul olmağa sövq edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 582 nəfər əhali yaşayır. Kənd əhalisi əsasən heyvandarlıq və qismən də maldarlıqla məşğul olur.
Moranlı
Moranlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Goranlı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Moranlı (Cəlilabad)
Moranlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı oyk., sadə. Cəbrayıl r-nunun Qaraqasımlı i.ə.v.-də kənd. Ceyrankeçməz çayı sahilində, düzənlikdədir Cəlilabad r-nun eyniadlı i.ə.v.-də kənd. Düzənlik ərazidədir. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmişdə maldarlıqla məşğul olmuş moranlı tayfasınm məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə moranlılar şahsevən tayfa ittifaqına daxil idilər. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 966 nəfər əhali yaşayır.
Moranlı (Sabirabad)
Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala-Həşimxanlı kəndləri daxildir. 3800 nəfər əhalisi var. Kənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir. Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır. Kənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.
Moranlı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Baranlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Sultanhüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Adi boranı
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
Oranlı Vilhelm
I Oranlı Vilhelm (Dinməz Vilhelm, 24 aprel 1533 – 10 iyul 1584[…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası) — Oran ‏şahzadəsi, Nassau qrafı, Niderland inqilabı xadimi. 60-c illərdə Niderlandda ispan rejiminə qar‏şı müxalifətə ba‏şçılıq etmiş‏di. Çevik siyasətçi, diplomat Vilhelm ‏şəxsi hakimiyyətini möhkəmləndirməyə və İspaniyaya qarşı‏ müharibə aparmağa cəhd göstərirdi. Vilhelmi İspaniyaya xəfiyyəsi öldürmüş‏dür.
Ağbulaq-Goranlı (Çaroymaq)
Ağbulaq-Goranlı (fars. اغبلاغ كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 35 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (125 ailə).
Cəmşidqulu bəy Baranlı
Cəmşidqulu bəy Baranlı — Qütbşahlar sülaləsindən Qalkondanın ikinci hökmdarı. Sultanqulu bəy Baranlının oğlu olan Cəmşidqulu bəy 2 sentyabr 1543-cü ildə atasını öldürərək taxta çıxıb. Hakimiyyət dövründə Bidər sultanlığı ilə müharibə aparıb. Yaxşı təhsil almış və ədəbiyyatı sevirdi. 1550-ci ildə xəstəlikdən vəfat etmişdi. Sübhanqulu şah adlı oğlu vardı. Onu əvəz etmişdir.
Sultan Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Sultanqulu bəy Baranlı
Sultanqulu bəy Baranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı. Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur. Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı. 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi. Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi.
Avranlı
Avranlı Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Avranlı- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Gürcücə yazılış forması Avranlo. XIX əsrin II yarısında əhalisi Türkiyədən gəlmə yunanlar idi (yenə orada). XIX əsrin 70-ci illərində Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. Yerli tələffüz forması Əvrənli olmuşdur. "Kitabi-Dədə Qorqud" eposunda Əvrən şəxs adı ilə səsləşir.
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Ayranlı — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Borçalı
== Yaşayış məntəqələri == Borçalı qəzası — Borçalı mahalı — Borçalı sultanlığı — Dağlıq Borçalı — Aran Borçalı — Borçalı distansiyası — Borçalı kəndləri — Borçalı (Üskü) Borçalı (Nir) == Digər == Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalı elləri.
Boyaqlı
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.
Boyxanlı
Boyxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Etnotoponimdir. 1917, 1933-cü illərdə Bayxanlı variantında qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1380 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Kolanlı
Kolanlı (Zəngibasar) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd. Kolanlı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Aralıq Kolanlı — İrəvan quberniyasında kənd.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kotanlı
Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi, Qafqazın 5 verstlik xəritəsində Kotanlı, erməni dilində Kyotanlu formasında qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış kəndin yaxınlığında salınmışdır. Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır: Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının adını əks etdirir.
Soğanlı
Soğanlı (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. Soğanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Xorablı
Xorablı (fars. خورابلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Çobanlı
Çobanlı (Qafan) — Qafan rayonunda kənd.
Çormanlı
Çormanlı (əvvəlki adı: Qarnakar) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qarnakar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qarnakar kəndi Çormanlı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çormanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çormanlı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. XIX-XX əsrlərdə Dovşanlı və Vəng kəndlərindən gəlmiş ermənilər burada məskunlaşdıqdan sonra kəndi Qarnakar (erm. qarna - oyuq, sərhəd nişangahı və kardaş) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Çormanlı kimi rəsmiləşdirilmişdir. Etnotoponimdir.
Ümranlı
Ümranlı (İmranlu, İmrənlu, İmranlı, Umranlu, Omranlu) (fars. عمرانلو‎)-Azərbaycan xalqının etnogenezində duran türk ellərindən biridir. Ümranlılar İranın Mazandaran və Gülüstan ostanlarında yaşayırlar. Ümranlılar Dağlıq Qarabağ və Cənubi Azərbaycanın Qaradağ vilayətindən bu məntəqələrə köçürülüblər.
İmranlı
İmranlı (türk. İmranlı) — Sivas ilinin ilçəsi.
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şotanlı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Börnli FK
Börnli FK — İngiltərənin Lankaşir qraflıqının Börnli şəhərinin eyni adlı futbol komandası. 1888-ci ildə qurulan İngiltərə Futbol Liqasının qurucu klublarındandır.
Dövranlı
Dövranlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Aşağı Qaraməryəm inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun faktiki mövcud olan Dövranlı kəndi İncə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına əlavə edilmiş və Alxasova kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Dövranlı kəndi Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Aşağı Qaraməryəm kəndi olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılmışdır. Dövranlı oykonimi haqqında müxtəlif mülahizələr vardır. Bir çoxları toponimi dövran termini ilə əlaqələndirirlər. Bəziləri isə toponimi dövral, davral sözü ilə bağlayırlar. Qazax dialektində davar sözü "hündür, ucaboylu" mənasındadır. Kənd rayon mərkəzindən cənub-şərqdə, Alxasava və İncə kəndlərin yaxınlığında, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Əhalisi 334 (2009) nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıqdır.
Çöhranlı
Çöhranlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Çöhranlı oyk., düz. Kürdəmir r-nunun Xırdapay i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə burada çoxlu ceyran sürüləri olduğundan kəndin adı Çeyranlı imiş, sonralar təhrif olmuşdur. Əslində, kəndin adı Çöküranlı olmalıdır. Oykonim çökür (biçilmiş taxılın yerdə qalan hissəsi), -an (məkan bildirən şək.), -lı (şək.) komponentlərindən düzəlib. Güman ki, kənd vaxtilə biçilmiş taxıl zəmisinin və ya biçənəyin yerində salınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1243 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.