Dövranlı

DövranlıAzərbaycan Respublikasının Göyçay rayonunun Aşağı Qaraməryəm inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun faktiki mövcud olan Dövranlı kəndi İncə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına əlavə edilmiş və Alxasova kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Dövranlı kəndi Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Aşağı Qaraməryəm kəndi olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Dövranlı
40°34′00″ şm. e. 47°58′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dövranlı xəritədə
Dövranlı
Dövranlı

Dövranlı oykonimi haqqında müxtəlif mülahizələr vardır. Bir çoxları toponimi dövran termini ilə əlaqələndirirlər. Bəziləri isə toponimi dövral, davral sözü ilə bağlayırlar. Qazax dialektində davar sözü "hündür, ucaboylu" mənasındadır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən cənub-şərqdə, Alxasava və İncə kəndlərin yaxınlığında, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir.

Əhalisi 334 (2009) nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıqdır.

  1. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Dövranlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.