Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. == Ümumi məlumat == Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Cinni Uizli
Cinni Cinevra Molli Uizli (ing. Ginny Ginevra Molly Weasley 11 avqust 1981) C. K. Roulinq-in Harri Potter roman seriyasındakı uydurma personajdır. Cinni Harri Potter və Fəlsəfə Daşı kitabında Uizli ailəsinin yeganə qızı kimi təqdim edilir. O, Harrinin əsas sevgisinə çevrilir və serialın sonunda onunla evlənir. == Xarakter inkişafı == Cinni Uizli 11 avqust 1981-ci ildə anadan olmuş saf qanlı cadugərdir, Artur və Molli Uizlinin yeddinci övladı və yeganə qızıdır.O, Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində ailəsinin qalan üzvləri kimi Qriffindor fakültəsində oxuyub. Serialın gedişatında Cinni özünü müstəqil və bacarıqlı kimi göstərən, Qaranlıq İncəsənətə qarşı döyüş zamanı birdən çox dəfə Harri ilə birlikdə döyüşən güclü cadugər olur. "The Leaky Cauldron" və "Mugglenet"-ə verdiyi birgə müsahibədə Roulinq Cinni və Harrinin "bir yerə gəlib sonra ayrılacaqlarını" "həmişə bildiyini" açıqladı.Müəllif izah etdi ki, serial irəlilədikcə Harri və bununla da oxucu Cinninin əslində Harri üçün ideal qız olduğunu kəşf edir. Roulinq, Harrinin "Harri Potter onunla birlikdə olmağın tələblərinə dözə bilən biri ilə birlikdə olmalıdır, çünki o, bir çox cəhətdən qorxulu bir sevgilidir" dedi.Serialın sonrakı hissəsində Cinni və Harri "tam bərabərdirlər" və "bir-birinə layiqdirlər". Müəllif, həmçinin hər iki personajın keçdiyi "böyük emosional səyahət"i yazmaqdan həzz aldığını və bir personaj kimi Cinni çox bəyəndiyini də qeyd edib. == Görünüşlər == Cinni ilk dəfə Harri Potter və Fəlsəfə Daşı filmində Harri Kinqs Kross stansiyasında Uizli ailəsi ilə qarşılaşdıqda və onlar ona Platforma 9¾-ə çatmağa kömək edəndə görünür.
Gizli Doktrina
Müqəddəs Kitablar, dünya planetini idarə edən Yüksək Ruhani Planlar tərəfindən, təkamülün yolunda ilərləməsi üçün bəşəriyyətə müxtəlif zamanlarda endirilən İlahi bilgilərdir. Bu bilgilər, ucsuz bucaqsız maddə Kainatı içində, varlıqların ən ideal şəkildə əsas yolda ilərləməsini və təkamülünü tənzimləmək üçündür. Müqəddəs kitablar, ümumiyyətlə üç əsas məsələni işləyir və bunları əhatə edəcək şəkildə endirilir: keçmişin biliyi, indinin biliyi və gələcəyin biliyi. Varlıqlardan, bu üçünü sintez edərək, indini yaşamaq, yorulmamaq və gələcəyi də bu şəkildə hazırlamaqları istənilir. Bu bir qanundur. Müqəddəs Kitablar, yerdə yaşayan bəşəriyyət üçün, bir və ortaq olan təkamülün həyata keçirilməsi üçün, bir-birindən daha mütəkamül olan bilgiləri əhatə edəcək şəkildə endirilir. Çünki, bəşəriyyətin ilərləyən təkamülü və bunun nəticələri üstdəki məsələlərin olmasını tələb edir. Dzayn kitabı, ən qədim Müqəddəs Kitablardan biri olmaqla yanaşı, o birilər kimi müəyyən dövlərdə təhrif edilmişdir. Buna bəşəri nöqteyi nəzərdən baxdığımız zaman, durulmamış və fırtınalı şəxsiyyətlərin və yetişkinləşməmiş idrakın bunları davamlı olaraq təhrif etdiklərini görürük. Yenə də keçmişdəki kozmik və antropolojik hadisələrin nələr ola biləcəyi haqqında və necə olduqları haqda müəyyən əsas bilgi verən Dzayn kitabı, keçmişin əsas və ən doğru bilgilərinin ortaya çıxardığı yaxın gələcəkdəki bilgi günləri üçün bir hazırlıq olması baxımından əhəmiyyətlidir.
Gizli Müsavat
Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. == İlk dövr (1911–1920) == Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Gizli Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Gizli cəmiyyətlər
Gizli cəmiyyətlər — Fəaliyyətini gizli formada təşkil edən klub, təşkilat və cəmiyyətlərə verilən ad. Gizli cəmiyyətlərin toplumdan gizli və ya aşkar fəaliyyət göstərməsi hər bir cəmiyyətdə müxtəlif olmuşdur.
Gizli imza
Gizli imza — müəllifin bilərəkdən gizlədilməsi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında xüsusilə geniş istifadə olunmuşdur. Açıq imza ilə çıxış etməyin çətin olduğu bu dövrdə ciddi, ictimai xarakterli yazıları gizli imza ilə dərc etdirmək daha münasib idi. Gizli imza ilə verilən əsərlərdə və müxbir məktublarında çarizm, hökumət məmurları, yerli hakimlər, mürtəce ruhanilər gülüş və satira hədəfinə çevrilirdi. Əsasən, satirik jurnallarda gizli imzalardan geniş istifadə olunmuşdur. Məsələn, 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi "qanuni" bir şəkilə saldı. Doğrudur, bu, daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Çünki bir müəllifin üç-dörd yazısı dərc edildikdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin" jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
Gizli nitq
Gizli nitq və ya Xruşşovun məruzəsi — Sovet İttifaqı Kommunist partiyası XX konqresində baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan nitqdir. Nitqi zamanı Xruşşov, 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid etdi. Xruşşov nitqində Stalini güclü şəkildə tənqid edərkən, Vladimir Leninə və Kommunist partiyasına sahib çıxacağını bildirirdi. == Ümumi baxış == Gizli nitq Xruşşov dövründə müşahidə olunan ümumi yumşalmanın bir parçasıdır. Eyni zamanda Sovet rəhbərliyi arasında davam etməkdə olan iqtidar mübarizəsinin nişanəsi idi. Xruşşov Stalinin iqtidarı zamanı hakimiyyətdə olan Sovet liderlərinin şəxsiyyətini mübahisə mənbəyi etməkdə idi. Bundakı məqdəsi 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonrasında edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı vəziyyətini gücləndirməyə çalışırdı. == Gizlilik == Xruşşovun etdiyi nitqə Gizli nitq deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmuş olmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə İzvestiya qəzetində nəşr edilmişdir. == Arxa plan == Nitqin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılmış olan partiya komisisyası tərəfindən yazılmışdı.
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Gizli səsvermə
Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ron Uizli
Ron Uizli (1 mart 1980, Devon qraflığı) — Harri Potter romanlar seriyasının obrazlarından biri. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Ron ilk dəfə ailəsi ilə birlikdə "Harri Potter və Fəlsəfə Daşı" romanında oxuculara təqdim edilir. Harri Londonun Kral Xaçı dəmir yolu stansiyasında azdığı zaman Uizlilər 9¾ Platformasına keçmək üçün Harriyə kömək edirlər. Harri və Ron bir kupeni bölüşməli olurlar və burdan da onların dostluğu başlanır: Ron məşhur Harriyə, Harri isə adi Rona heyran olur. Burda onlar ikisi də Hermiona Qreyncerlə tanış olurlar, əvvəl onu bəyənməsələr də, dağ trollu ilə baş vermiş hadisədən sonra möhkəm dost olurlar. Bir fakultədə təhsil alan Ron və Harri əsasən eyni təhsil nəticələri göstərirlər. Ron Fəlsəfə Daşının gizlədildiyi otağa getməkdə kömək edir. Sehrli şahmata qalib gələn Ron yaralanır. Buraxılış mərasimində Dambldor "illər ərzində Hoqvartsda oynanılmış ən yaxşı şahmat oyununa görə" əlli balla mükafatlandırır. === Harri Potter və Sirlər Otağı === Romanlar seriyasının ikinci kitabı olan "Harri Potter və Sirlər Otağı"nda hadisələr sirli Fəlsəfə Daşı ilə bağlı olmuş hadisələrin davamıdır.
İlli Qarakilsə
İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == «Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir». Erməni mənbələrində və rəsmi sənədlərdə İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır. Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el» mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir. Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb toponimdir. 1920-ci illərdə kənd İlli adlandırılmış və Ermənistan SSR AS RH-nin 25.01.1978-ci il tarixli fərmanı ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur. == Əhalisi == Kənddə XIX əsrin 30 - cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
İyli bitişikmeyvə
İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — çətirkimilər fəsiləsinin symphyoloma cinsinə aid bitki növü. == Nadirlik dərəcəsi == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir.
İyli itburnu
İyli itburnu (lat. Rosa foetida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Kiçik Asiya, İran və Əfqanistanda yayıılmışdır. == Botaniki təsviri == Orta boylu, 1,5-2 m, bəzi hallarda 50-60 sm-ə qədər hündürlüyə və uzun qəhvəyi rəngli qövsvarı əyilmiş budaqlara malik koldur. Qopartikanları düz, bizvarı, bəzi hallarda oraqvarı əyilmişdir, qılcıq şəklində olanı da vardır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri çoxləçəklidir, tək və ya iki-üç ədəd yerləşərək azçiçəkli çiçək qrupuna toplaşmışdır. Ləçəkləri parlaq sarı rəngdə, içəri hissəsi sarımtıl-qırmızıdır, xoşa gəlməyən iyə malikdir. Meyvəsi kürə şəklində, qırmızı rəngdə olub, enli, uzun tüklü boğazcığa malikdir. == Ekologiyası == Meşədə açıq yamaclarda, dağ çaylarının sahillərində tək və ya kiçik qruplarla bitir.
İyli kərəviz
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
İyli qәrәnfil
İyli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
İyli səhləb
Anacamptis coriophora subsp. fragrans IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2acd; D1. Çox nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu kürəvi, bəzən oval şəkildə olur. Gövdəsi 30-50 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, ensiz xətli və ya lanset-xətli, 14 sm uzunluğunda və 1 sm enində, gövdənin orta hissəsindən sivriləşmişdir. Çiçək qrupu seyrək, 20 sm-ə qədər uzunluqdadır. Başcıq 8- uzunluğunda, tünd-qırmızı rəngdədir. Dodaqcığın kənarları dişciklidir.
İyli tərə
İyli tərə (lat. Chenopodium botris) — tərələr cinsinə aid bitki növü.
İçli küftə
İçli küftə — yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır. Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.
İçli pide
İçli pide — pide çörəyi içinə qıyma və ya pendir qoyularaq sobada bişirildiyində öz başına istehlak edilə bilən başlı başına bir yemək olma xüsusiyyətini qazanar. Pidelər hazırlanmasında istifadə edilən içə görə müxtəlif adlarla tanınar: Qıymalı pide Pendirli pide Yumurtalı pide Sarımsaqlı pide Quşbaşlı pide (ətli pide) Qarışıq pide Göbələkli pendirli pide Pendirli pomidorlu pide Pide xəmiri lahmacun xəmirinə bənzəyir. Bu səbəblə bəzi restoranlar lahmacun və pide salonu olaraq ixtisaslaşırlar.
Gizli işsizlik
Gizli işsizlik — Bəzi insanlar işləyirmiş kimi görünə bilərlər, amma onların iqtisadi fəaliyyətlərə böyük bir faydaları olmurlar, buna gizli işsizlik deyilir. Bu cür işsizlik iqtisadi cəhətdən geridə qalmış və az inkişaf etmiş ölkələrdə müşahidə olunur. İşləyirmiş kimi görünən insanlar, hər hansı istehsala fayda versələr belə, işdən çıxdıqları zaman istehsalda heç bir azalma müşahidə olunmur. Bu cür işsizliyin aşkarlanması üçün, statistik məlumatların toplanmasını düzgün həyata keçirmək lazımdır.
Ömər İzgi
Ömər İzgi (türk. Ömer İzgi; 1 yanvar 1940) — Türkiyə siyasətçisi və hüquqşünası. 2000–2002-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur İzgi 1999–2002-ci illərdə Milliyətçi Hərəkat Partiyasından (MHP) Konya seçki dairəsi üzrə millət vəkili olmuş, lakin 2002-ci il ümumi seçkilərində yerini itirmişdir. == Erkən illəri == Ömər İzgi 1 yanvar 1940-cı ildə Türkiyədə, Konyanın Doğanhisar şəhərində anadan olmuşdur. Onun atası Mehmed Səlim, anası isə Zeynəb xanımdır. O, Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş və eyni zamanda həmin fakültədə mülki hüquq üzrə magistr dərəcəsi almışdır. İzgi azad hüquqşünas olmamışdan əvvəl Türkiyə Baş Nazirliyində baş ekspert vəzifəsində çalışmışdır. == Siyasi karyerası == Ömər İzgi 1983-cü ildə Mühafizəkarlar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Mühafizəkarlar Partiyası 30 noyabr 1985-ci ildə adını dəyişərək Milliyətçi Əmək Partiyası olmuşdur. İzgi daha sonra yeni partiyanın baş katibinin müavini seçilmişdir.
İyli şaxtagülü
Ətirli şaxtagülü (lat. Helleborus odorus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.