Ron Uizli

Ron Uizli (1 mart 1980, Devon qraflığı) — Harri Potter romanlar seriyasının obrazlarından biri.

Ron Uizli
ing. Ron Weasley
Harri Potter obrazı
Rupert Qrint tərəfindən Harri Potter filmlərində
yaradılmış Ron Uizli obrazı
Yaradan Coan Roulinq
Canlandıran Rupert Qrint
Məlumat
Ləqəb(lər)i Ron
Cinsi kişi
Peşə tələbə
Ailə ata: Artur Uizli
ana:Molli Uizli
Həyat yoldaşı
Qohumlar Bill Uizli (qardaş), Çarli Uizli (qardaş), Persi Uizli (qardaş), Fred və Corc Uizlilər (qardaş), Cinni Uizli (bacı), Flyor Delakor (qardaş arvadı)
Milliyyəti ingilis

Harri Potter və Fəlsəfə Daşı

[redaktə | mənbəni redaktə et]

Ron ilk dəfə ailəsi ilə birlikdə "Harri Potter və Fəlsəfə Daşı" romanında oxuculara təqdim edilir. Harri Londonun Kral Xaçı dəmir yolu stansiyasında azdığı zaman Uizlilər 9¾ Platformasına keçmək üçün Harriyə kömək edirlər. Harri və Ron bir kupeni bölüşməli olurlar və burdan da onların dostluğu başlanır: Ron məşhur Harriyə, Harri isə adi Rona heyran olur. Burda onlar ikisi də Hermiona Qreyncerlə tanış olurlar, əvvəl onu bəyənməsələr də, dağ trollu ilə baş vermiş hadisədən sonra möhkəm dost olurlar.[1] Bir fakultədə təhsil alan Ron və Harri əsasən eyni təhsil nəticələri göstərirlər. Ron Fəlsəfə Daşının gizlədildiyi otağa getməkdə kömək edir. Sehrli şahmata qalib gələn Ron yaralanır.[2] Buraxılış mərasimində Dambldor "illər ərzində Hoqvartsda oynanılmış ən yaxşı şahmat oyununa görə" əlli balla mükafatlandırır.[3]

Harri Potter və Sirlər Otağı

[redaktə | mənbəni redaktə et]

Romanlar seriyasının ikinci kitabı olan "Harri Potter və Sirlər Otağı"nda hadisələr sirli Fəlsəfə Daşı ilə bağlı olmuş hadisələrin davamıdır. Yay ərzində Ron bir neçə dəfə Harriyə məktub yazsa da heç bir cavab ala bilmir. Çünki ev elfi olan Dobbi məktubların Harriyə çatmasının qarşısını alır. Ron o qədər narahat olur ki, qardaşları Fred və Corcla birlikdə atasının tilsimlənmiş Ford Anglia markalı avtomobilini qaçıraraq, Harrinin yanına gəlir. Uşaqlar Harrinin qaçmasına kömək edirlər və tətilin son ayını birlikdə Uizlilərin evində keçirirlər. Hoqvartsa yola düşmə zamanı Harri və Potter Kinqs Kross stansiyasındakı 9¾ saylı platformaya keçə bilmirlər buna görə də məktəbə gedə bilmək üçün Uizlilərin sehrli Fordunu istifadə etməli olurlar. Plan uğurlu alınsa da, yolun sonunda maşın gücünü itirir və Deyingən Söyüd ağacıyla toqquşur. Ron və Harri çətinliklə xilas olurlar, avtomobil isə ağacdan qaçaraq Qadağan olunmuş meşəyə sığınır. Ron anasından tənqid dolu qışqıran məktub alır.

Daha sonra Slizerinin varisi haqqında Malfoyun fikirlərini öyrənmək üçün Harri və Ron çevirilmə iksirindən istifadə edərək onun yaxın dostları Krab və Qoyla çevrilirlər. Lakin Malfoyun heç nə bilmədiyi məlum olur. Slizerinin varisinin axtarılması zamanı, Ron Tom Ridl haqqında ilk fikrini səsləndirərək, kubokların təmizlənməsi zamanı "T. M. Ridl" adını "Məktəb qarşısında xüsusi xidmətlərə görə" verilmiş bir kubokun üstündə gördüyünü deyir. Haqridin məsləhəti ilə Qadağan olunmuş meşəyə gedərkən Ron ən böyük qorxusu olan hörümçəklərlə qarşılaşır. Nəhəng hörümçəklər Harri və Ronu yemək istəyərkən atasının Fordu onların köməyinə çatır. Daha sonra uşaqlar Sirli otağın qapısını tapırlar. Ronun kiçik bacısı Cinni Uizli xilas edilir. Ron və Harriyə xüsusi xidmətlərinə görə mükafat verilir.

Harri Potter və Azkaban Məhbusu

[redaktə | mənbəni redaktə et]

"Sirlər Otağı" ilə müqayisədə "Azkaban Məhbusu"nda Ronun rolu daha kiçikdir, əksinə, "Sirlər Otağı"nda kiçik olan Hermiona rolu "Azkaban məhbusu"nda daha böyükdür.

Ronun siçovulu Skabbers bu romanda itir. Uşaqlar siçovulu Hermionanın yeni pişiyi Krukşenksin yediyini düşünürlər, buna görə də münasibətləri pozulur.[4] Lakin sonradan siçovul Haqridin evində tapılır. Hippoqrif Bakbek təhlükədə olduğu zaman uşaqlar güclərini birləşdirərək onu xilas etməyə çalışırlar. Uşaqlar Hoqvartsa qayıdarkən siçovul Ronun əlini dişləyərək qaçır[5] və Deyingən Söyüdün altındakı oyuğa girir. Bundan sonra böyük qara it gələrək Ronu tutur və sürüyüb həmin oyuğa aparır.[6]

HarriHermiona da Ronu xilas edə bilmək üçün oyuğa girirlər. Məlum olur ki, it Sirius Blekin heyvan formasıdır. Məktəbin Qara qüvvələrdən müdafiə müəllimi Remus Lupin də oraya gəlir və onlar siçovulun əslində animaq olduğunu və Piter Petiqryunun uzun illər bu formada gizləndiyi məlum olur. Petiqryu Blek, Lupin və Ceyms Potterin məktəb yoldaşı və yaxın dostu olub. Lakin Potterlər ailəsini Lord Voldemorta sataraq ölümlərinə səbəb olub. Lakin Ron bütün bunlara inanmır və sübut üçün siçovulun Petiqryuya çevrilməsini tələb edir.[7] Sirius və Lupin onu çevrilməyə məcbur edirlər. Sonra Ron yaralanmış ayağının müalicəsi üçün xəstəxanada yatdığı müddətdə Harri və Hermiona zamanda səyahət edərək Sirius Blek və hippoqrifi xilas edirlər. Romanın sonunda Sirius hədiyyə olaraq Rona kiçik bayquş göndərir, Cinni onu Piqvidqon, Ron isə qısa formada Piq adlandırır.[8]

Sonrakı taleyi

[redaktə | mənbəni redaktə et]

Hoqvartsı bitirdikdən sonra, "Uizli Sehr Zarafatları Dükanı"nı işlətməyə başlayır.

  1. Harri Potter və Fəlsəfə Daşı, VI fəsil
  2. Harri Potter və Fəlsəfə Daşı, XVI fəsil
  3. Harri Potter və Fəlsəfə Daşı, XVII fəsil
  4. Azkaban məhbusu, XI–XII fəsillər
  5. Azkaban məhbusu, XI–XV fəsillər
  6. Azkaban məhbusu, XVI–XVII fəsillər
  7. Azkaban məhbusu, XVI fəsil
  8. Azkaban məhbusu, XXII fəsil