İlli Qarakilsə

İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]

Kənd
İlli Qarakilsə
40°55′ şm. e. 43°49′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Ağbaba mahalı]]
Rayon [[Amasiya rayonu]]
Tarixi və coğrafiyası
Sahəsi
  • 1,4 km²
Mərkəzin hündürlüyü 1.800 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 490 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
İlli Qarakilsə xəritədə
İlli Qarakilsə
İlli Qarakilsə

«Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir»[3]. Erməni mənbələrində[4] və rəsmi sənədlərdə[5] İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır.

Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il[6] sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el» mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir[7].

Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb toponimdir.

1920-ci illərdə kənd İlli adlandırılmış və Ermənistan SSR AS RH-nin 25.01.1978-ci il tarixli fərmanı ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur.

Kənddə XIX əsrin 30 - cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Гəдим Огуз eллəринин — Aғбабa, Шөрəjeл вə Пəмбəк бөлҝəларинин jер-jурд адлары (топонимлəри). Мүəллифи: Аслан Баjрамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгаjыт: "Göytürk" мəтбəəси, 1996. s.168
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.104
  5. Армянская ССР. Административнотерриториальное деление, Ереван, «Айастан», 1976, s.263
  6. Древнетюркский словарь, Л., «Наука», 1969. s.169
  7. Древнетюркский словарь, Л., «Наука», 1969. s.207