Şərq bloku |
---|
Gizli nitq və ya Xruşşovun məruzəsi — Sovet İttifaqı Kommunist partiyası XX konqresində baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan nitqdir. Nitqi zamanı Xruşşov, 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid etdi. Xruşşov nitqində Stalini güclü şəkildə tənqid edərkən, Vladimir Leninə və Kommunist partiyasına sahib çıxacağını bildirirdi.[1][2]
Gizli nitq Xruşşov dövründə müşahidə olunan ümumi yumşalmanın bir parçasıdır. Eyni zamanda Sovet rəhbərliyi arasında davam etməkdə olan iqtidar mübarizəsinin nişanəsi idi. Xruşşov Stalinin iqtidarı zamanı hakimiyyətdə olan Sovet liderlərinin şəxsiyyətini mübahisə mənbəyi etməkdə idi. Bundakı məqdəsi 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonrasında edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı vəziyyətini gücləndirməyə çalışırdı.
Xruşşovun etdiyi nitqə Gizli nitq deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmuş olmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə İzvestiya qəzetində nəşr edilmişdir.
Nitqin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılmış olan partiya komisisyası tərəfindən yazılmışdı. Komissiyanın vəzifəsi 1934-cü ildə edilən XVII konqres nümayəndələrinin məruz qaldığı repressiyaları incələmək idi. Komissiya aşağıdakı şəxslərdən ibarət idi:
XVII konqresin seçilməsinin səbəbi bu konqresin sosializmin düşmənlərinə qarşı zəfər elan edildiyi bir dövrdə edilmiş olması və sonrakı zamanda repressiya hərəkatının başlamış olması idi. Komissiya 1937–1938-ci illərdə Böyük təmizləmə adı verilən repressiya hərəkatı ilə də maraqlanmış və sənədləri incələmişdir.
Xruşşov Stalinin repressiyalarına, II Dünya müharibəsi zamanı idarəçilik məsələsinə tənqidi yanaşmaqdan çəkinməsə də, o dövrdə reallaşdırılan sənayeləşdirmə cəhdlərinə və ümumi partiya ideologiyasını heç bir tənqid etməmək məsələsində diqqətli idi. Kollektivləşdirmə zamanı Sovet idarəçiliyi tərəfindən reallaşdırılan qırğınlar və repressiyalar sahiblənilmişdir. Xruşşov Stalini tənqid edərkən, Leninizmi müdafiə etmişdir.
Xruşşov Böyük təmizləmə zamanı olan represiyya hərəkatını pislə də, repressiya qurbanlarının bəraət alması prosesi çox uzun zaman sonra reallaşmışdır. Moskva məhkəmələrində günahkar hesab edilənlərin bəraəti ancaq 1988-ci ildə verilmişdir.[3]
Xruşşov nitqinə gecə yarısı başlamış və bu niq 4 saat davam etmişdir. Nitq ilə bağlı Qərbə ilk xəbər Reuters müxbiri Con Rettie tərəfindən keçmişdir. Rettienin Kostyo Orlov tərəfindən məlumatlandırıldığı iddia olunur.
5 mart 1956-cı il tarixində Partiya prezidiumu Xruşşovun hesabatının bütün partiya və Komsomol təşkilatlarında oxunması qərarını qəbul edir. Sənədin nədən bəhs etdiyi və içində nə yazıldığı 1956-cı ildə bütün ittifaq ərazisində bilinən hala gəlmişdi.[4]
Sovet İttifaqında bu sərbəstliyə sahib olan mətn Şərq Bloku ölkələrindəki qardaş kommunist partiyalara ancaq hissə-hissə elan edilmişdir. Qərbi Avropadakı kommunist partiyalara isə heç bir formada bilgi verilməmişdir. Bu partiyalar bu mətndən 5 iyun 1956-cı ildə Nyu-York Times qəzetində və 10 iyun günü The Observer qəzetində bütün mətnin nəşr edilməsi ilə hadisədən xəbərdar olmuşdurlar.
Nitqin strukturu bu formadadır:
Nitq həm dinləyənlər, həm də daha sonra oxuyanlar arasında böyük həyəcan yaşanmasına səbəb oldu. Toplu olaraq edilən protesto yürüşlərinin ən böyüyü Stalinin doğulduğu torpaqlarda — Gürcüstan Sosialist Respublikasında olmuşdur. Günlərlə davam edən mitinqlər ancaq ordu qüvvələrinin müdaxiləsi ilə 9 mart 1956-cı il günü sonlandırıldı. Nitqdən sonrakı dövrdə Xruşşov rəhbərliyi 1961-ci ildə Leninin mavzoleyində saxlanılan Stalinin nəşi Kreml Divarı məzarlığında dəfn edilmişdir.[5]
Nitq Mao Tszedun rəhbərliyindəki Çin ilə Sovet İttifaqı arasındakı münasibətlərin son dərəcə gərbinləşməsinə səbəb olmuş, çox ciddi Çin-Sovet qarşıdurması ortaya çıxmışdı. Mao və Albaniya lideri Ənvər Xoca Xruşşovu revisyonist olmaqda günahlandırmışdı. Bundan əlavə Macarıstan Xalq Respublikasının rəhbəri olan Matyas Rakosinin 1956-cı ildə tamamən uzaqlaşdırılması bu ölkədə sonradan Macar inqilabı olaraq bilinən hadisənin başlanğıcını qoydu. Polşa Xalq Respublikasında da eyni dövrlərdə fəhlə mitinqləri olmuş və iqtidardakı Polşa Birləşmiş Fəhlə partiyası rəhbərliyinə Stalin dövründə partiyadan uzaqlaşdırılmış Vladislav Qomulka gətirilmişdi.[6]