Vyetnam

coğ. Viêt-Nam m

Vyana
Y
OBASTAN VİKİ
Vyetnam
Vyetnam (vietnamca. Việt Nam) rəsmi olaraq Vyetnam Sosialist Respunlikası (VSR) Cənub-Şərqi Asiyanın şərq hissəsində yerləşən sahəsi 331,212 kvadrat kilometr olan bir ölkədir və 99 milyon əhalisi onu dünyanın ən sıx 5-ci ölkəsi edir. Vyetnam şimaldan Çinlə, qərbdə Laos və Kamboca ilə quru sərhədlərini bölüşür. Siam körfəzi vasitəsilə Tailandla, Cənubi Çin dənizi vasitəsi ilə Filippin, İndoneziya və Malayziya ilə dəniz sərhəddini bölüşür. Paytaxtı Hanoi (vyet. Hà Nội) və ən böyük şəhəri Ho Chi Minhdir (vyet. Hố Chí Minh) (ümumiyyətlə keçmiş adı Sayqon ilə xatırladır). == Əhali == 2018-ci ildə Vyetnamın əhali sayısı təxminən 95,5 milyon idi. === Din === Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiyalıq və daosizm geniş yayılıb.
Cənubi Vyetnam
Vyetnam Respublikası (vyet. Việt Nam Cộng Hòa) və ya digər adıyla Cənubi Vyetnam (vyet. Nam Việt Nam) — Soyuq müharibə dövründə Qərb blokunun üzvü, 1955-1975-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət.
Montanyarlar (Vyetnam)
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Vyetnam Respublikası
Vyetnam Respublikası (vyet. Việt Nam Cộng Hòa) və ya digər adıyla Cənubi Vyetnam (vyet. Nam Việt Nam) — Soyuq müharibə dövründə Qərb blokunun üzvü, 1955-1975-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət.
Vyetnam bayrağı
Vyetnam bayrağı — Vyetnamın Dövlət bayrağı Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30-da qəbul edilmişdir. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.
Vyetnam coğrafiyası
Vyetnam - Cənub Şərqi Asiyada yerləşir. Ölkə Hind-Çin yarımadasının şərq sahili boyu 1600 km məsafədə şimaldan cənuba doğru uzanır. Qərbdə Laos və Kamboca, şimalda Çin ilə həmsərhəddir. Cənub və şərqdən Cənubi Çin dənizi ilə sərhəddir. == Relyefi == Vyetnm ərazisinin 80 %-ni alçaq və orta hündürlüklü dağlar təşkil edir. Şimalda bir birinə paralel olan qırışıq-qayma dağ silsilələri uzanır. Silsilələr cənub-şərq istiqamətdə yerləşir. Hoanqlenşon (Vyetnamın ən yüksək zirvəsi Fanşipan - 3143 m), Şusunqtyaotyay, Şamşao silsilələri dar və dərin vadilərlə bir birindən ayrılır. Vyetnamın qərb sərhədləri boyu Annams (Çıonqşon) dağ silsiləsi uzanır. Ölkənin mərkəzində və cənub hissəsində bazalt mənşəli Pleyk, Daklak, Lamven, Zilin yaylaları yerləşir.
Vyetnam dili
Vyetnam dili (3 milyon xaricdə olanlar daxil olmaqla)(tiếng Việt; 㗂越) Vyetnamın milli və rəsmi dilidir.Vyetnam dili Vyetnam xalqının və üç milyon xaricdə yaşayan Vyetnamlıların ana dilidir.Avstroasiya dil ailəsinin bir hissəsidir.
Vyetnam himni
Vyetnam himni — Vyetnamın milli marşı.
Azərbaycan–Vyetnam münasibətləri
Azərbaycan–Vyetnam münasibətləri — Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 23-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Əli Məsimli işçi qrupunun rəhbəridir.
Vyetnam müharibəsi
Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur. Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir. 1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir. == Müharibənin əsas səbəbləri == İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Vyetnam mədəniyyəti
Vyetnam mədəniyyəti — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mədəniyyəti. == Xalqları == Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqa xalqlardır. == Arxeoloji qazıntılar == Aparılmış arxeoloji qazıntılar göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir. Vyetnam ərazisində Alt paleolit dövrünə aid də arxeoloji mədəniyyət aşkar olunmuşdur. == Qədim əfsanə == Vyetnam haqqında əksər təsəvvürlər isə e.ə. 2000-ci ilə təsadüf edir. Qədim bir əfsanəyə görə ölkənin hökmdarı əjdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar.
Vyetnam mətbəxi
Vyetnam mətbəxi — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mətbəxi. Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri də geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib. Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən çox fərqlənir.
Vyetnam qətliamı
Sonqmi qətliamı (vyet. Thảm sát Sơn Mỹ) və ya Mi Lai qətliamı (vyet. Thảm sát Mỹ Lai) — 1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl. 347 ilə 504 arasında silahsız insan ABŞ ordusunun C Bölüyü, 1-ci Batalyonu, 20-ci Piyada Alayı və B Bölüyü, 4-cü Batalyonu, 3-cü Piyada Alayı, 11-ci Briqadası və 23-cü Piyada Diviziyası tərəfindən qətlə yetirilmişdir. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr var idi. Aralarında 12 yaşında uşaqların da olduğu qadınların bəziləri kütləvi zorlanmış və bədənləri kəsilmişdi. 26 əsgərlə bağlı məhkəmə prosesi keçirilsə də, onlardan yalnız C Bölüyü taqım lideri, leytenant Uilyam Kelli təqsirləndirildi. 22 kəndlinin ölümündə təqsirli bilinən Kelliyə ömür boyu həbs cəzası verilsə də, o sadəcə üç il yarım ev dustağı oldu. Quanq Nqay bölgəsindəki Sonqmi kəndinin iki obasında baş verən bu müharibə cinayəti sonralar "Vyetnam müharibəsinin ən şok edici epizodu olaraq" adlandırıldı. Bu obalar ABŞ Ordusunun topoqrafik xəritələrində Mi Lai və Mi Xe olaraq işarələnmişdi.
Vyetnam rabitəsi
Vyetnam rabitəsi – == Telekommunikasiya == Vyetnam iqtisadiyyatında rabitə dinamik inkişaf edən sahədir. Beynəlxalq Elektrikrabitə İttifaqının qərarına əsasən, Vyetnam rabitə bazarında artım və telekommunikasiyanın modernləşmə tempinə görə dünyanın lider onluğuna daxildir və bu göstəricilərə görə 2002-ci ildə 2-ci yeri tutmuşdur. İlbəil ölkədə rabitə sahəsində irəliləyiş qeydə alınır. Hələ 1986-cı ildə ölkədə aparılan islahatlar zamanı cəmi 80 min telefon xətti mövcud idi, yəni demək olar ki, min nəfərə 1 telefon düşürdu. 1994-cü ildə çətinliklər aradan qaldırıldı və nəticədə 100 nəfərə bir telefon xətti düşürdü. 2001-ci ildə bu göstərici 4,5, 2003-cü ildə isə 7,5 telefon xəttinə bərabər idi. Bununla yanaşı kənd yerlərində rabitədən geniş istifadəni nəzərə alaraq 6 min poçt şöbəsi və mədəniyyət mərkəzləri açılmışdır. Hökumət 2005-ci ilin sonuna bütün kənd yaşayış məntəqələrinin telefonlaşdırılmasını qarşısına məqsəd qoymuşdur. 2001-ci ildə "poçt xidməti və telekommunikasiyanın inkişaf strategiyası"na uyğun olaraq 2005-ci ilin sonuna Vyetnamda hər 100 nəfərə 8–10, 2010-cu ildə isə 15–18 telefon düşəcəyi nəzərdə tutulub. 2020-ci ildə isə B-İSDN, ATM, SDH və digər texnologiyalar əsasında rabitə infrastrukturunun modernləşməsi işinin başa çatdırılması planlaşdırılıb.
Şimali Vyetnam
Vyetnam Demokratik Respublikası (vyet. Việt Nam Dân Chủ Cộng Hòa) və ya digər adıyla Şimali Vyetnam (vyet. Bắc Việt Nam) — 1945–1976-cı illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş dövlət. II Dünya Müharibəsindən sonra baş verən Avqust İnqilabı zamanı Vyetnam kommunist inqilabçısı Xo Şi Min 2 sentyabr 1945-ci ildə Fransız Hind-Çinindən müstəqillik elan edərək Vyetnam Demokratik Respublikasının yaradıldığını elan etdi. Vyetminh - "Vyetnamın müstəqilliyi uğrunda Liqa" 1951-ci ilin fevralında əvvəlcədən qadağan edilmiş, Vyetnam Kommunist Partiyasının yenidən qurulmasından sonra getdikcə təşkilatlanmayan qeyri-kommunist qruplara kommunistlərin rəhbərlik etdiyi çoxsaylı Vyetnam millətçi qruplarının koalisiyası idi. Fransa 1946-cı ilin dekabrında Birinci Hindçin müharibəsinə - Fransa ilə Vyetminh arasında qanlı partizan müharibəsinə səbəb olan Vyetnam üzərində müstəmləkə hökmranlığını təsdiqləmək üçün hərəkətə keçdi. Vyetminh 1954-cü ildə Fransanın məğlubiyyətinə səbəb olan Vyetnamın əksər kəndlərini ələ keçirdi və nəzarət etdi. Həmin il Cenevrə konfransındakı danışıqlar müharibəyə son qoydu və Vyetnamın müstəqilliyini tanıdı. Cenevrə sazişi ilə müvəqqəti olaraq ölkə 17-ci paralel boyunca şimal və cənub bölgəsinə bölündü. Bu, 1956-cı ilin iyul ayında ümumi seçkilərin "Vyetnamın birləşməsinə səbəb olmasını" tələb etdi.
Vyetnam fəlsəfəsi
Vyetnam fəlsəfi fikrinin tarixi qədim dövrlərə gedib çıxır. Aydındır ki, artıq e.ə. III–I əsrlərdə Şimali Vyetnam ərazisində fəlsəfi bilik elementləri ilə dini və mifoloji ideyaların müstəqil politeist sistemi inkişaf etmişdir. Eramızın ilk əsrlərində Hindistan və Çindən dini və fəlsəfi cərəyanlar nüfuz edir: Buddist fəlsəfə, Konfutsiçilik, Taoizm. === Qədim dünya === Qeyd etmək lazımdır ki, eramızın ilk əsrlərində Vyetnamın cənub ərazisi İran, Roma və xüsusilə Hindistanla mədəni əlaqələri olan Çin adı ilə Funan adı ilə tanınan dövlətin tərkibində idi. VI əsrdə Şimali Vyetnam ərazisində müstəqil Vansuan dövləti yarandı. 7-ci əsrin əvvəllərində bu dövlət Çin Sui sülaləsi tərəfindən fəth edildi. Bu dövrdə, VI əsrdən X əsrlərə qədər Vyetnam fəlsəfəsində Buddizm üstünlük təşkil edən cərəyan idi. Onun yayılmasının ləyaqəti Cənubi Hindistandan olan vaiz Vinitaruçiyə aid edilir. Buddizm sayəsində və Hindistan əyalətinin cənub-şərqində yerləşən Hindistanın Çampa əyaləti vasitəsilə vyetnamlılar hind mədəniyyəti ilə tanış oldular.
Vyetnam musiqisi
Vyetnam musiqisi— ölkənin etnik zənginliyinə görə, müxtəlif və sinkretikdir. Tarixinin çox hissəsində Vyetnam musiqisi Çin musiqi ənənəsindən, eləcə də Koreya, Monqolustan və Yaponiyadan çox şey götürmüşdür. Qədim Hind-Çin krallığı Çampa da Vyetnam musiqisinə təsir etdi, çünki Vyetnam hökmdarları Çam bəstələrini dinləməyi xoşlayırdılar. Bununla belə, xarici təsirlərə baxmayaraq, Vyetnam musiqi mədəniyyəti, əsasən, köklərini xalq musiqisindən alması ilə fərqlənir. Vyetnam musiqisi dörd dövrə bölünür: X-XIV əsrlər, XV-XVIII əsrlər, XIX-XX əsrin birinci yarısı və 1945-ci ildən bizim dövrümüzə. == Tarixi == Musiqi haqqında ən erkən etibarlı məlumat X əsrdə hakimiyyətdə olmuş Dinx sülaləsinə aiddir. O vaxta qədər ölkənin musiqisi haqqında çox az şey məlum idi. 10-cu əsrdən sonra Vyetnam musiqisinin inkişafına Çin və Hindistanın təsiri olmuşdur. Çampa işğalından sonra vyetnamlılar sənəti yüksək qiymətləndirilən Çam müğənnilərini əsir götürdülər. 990-cı ildə Çin səfiri İmperator Le Hoanın Vyetnamca mahnı ilə səfiri masaya necə dəvət etdiyini yazmışdı.
Vyetnam Dövləti
Vyetnam Dövləti (vyet. Quốc gia Việt Nam) — 1949–1955-ci illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş monarxist Fransayameylli dövlət. Bu, 1949–1954-cü illərdə Fransa İttifaqının üzvü, 1955-ci ildə isə müstəqil ölkə kimi mövcud olmuşdur. və 1949-1954-cü illərdə Vyetnamın bütün ərazisi üzərində hakimiyyətə iddia etmişdi. Dövlət 1949-cu ildə Fransa İttifaqının tərkibində Fransa tərəfindən yaradılmış və 1950-ci ildə beynəlxalq səviyyədə tanınmışdır. Keçmiş imperator Baoday dövlət başçısı olmuşdu. 1954-cü ildə Nqo Din Zyem baş nazir təyin edilmiş və 1955-ci ildə referendum ilə Baoday hakimiyyətdən kənarlaşdırılmış, Vyetnam Respublikasını elan edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Angstrom, Jan; Widen, J.J., Contemporary Military Theory: The Dynamics of War (revised), Routledge, 2014, ISBN 9781136169205 de Moor, Jaap A.; Wesseling, H. L., redaktorlar Imperialism and War: Essays on Colonial Wars in Asia and Africa. Comparative Studies in Overseas History. 8 (illustrated).
Vyetnam Televiziyası
"Vyetnam Televiziyası" (qısaldılması «VTV», vyet. Đài Truyền hình Việt Nam) — Vyetnam mərkəzi dövlət televiziyası. == Nəzarət == Vyetnamdakı bütün media kimi, televiziya da dövlətə məxsusdur. Dövlət büdcəsindən maliyyələşir və Mədəniyyət, İdman və Turizm Nazirliyinə tabedir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
Vyetnam Konstitusiyası
Vyetnam Sosialist Respublikasının Konstitusiyası (vyet. Hiến pháp nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam) — Vyetnam Sosialist Respublikasının əsas qanunu. == Dəyişikliklər == 2013-cü ildə Milli Məclisin növbəti iclasında deputatların 97,59 faizi konstitusiyaya dəyişikliklərin lehinə səs vermişdir (dəyişikliklər artıq 2002-ci ildə edilmişdi). Buna baxmayaraq, dəyişikliklərin maddələrin 90 faizini əhatə edirdi və bu qanunun strukturunu dəyişdirilmişdi. Odur ki, 2013-cü ildə yeni konstitusiyanın rəhbər tutulduğu hesab edilmişdir. Eyni zamanda, 1992-ci il Konstitusiyasının sosialist istiqaməti qorunub saxlanılır və hakim Vyetnam Kommunist Partiyasının siyasi kursunun dəyişməzliyi təsdiqlənir. Parlamentdə deputatların 97,59 faizi buna səs vermişdir. VKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Nquyen Şin Hunq parlamentin son günündə dediyi kimi, "parlamentin 1992-ci il Konstitusiyasına düzəlişləri qəbul etməsi ölkənin quruculuğunda və müdafiəsində, beynəlxalq inteqrasiyada yeni dövr açan tarixi əhəmiyyət kəsb edir. Bu sənəd bütün ölkə üzrə parlament üzvlərinin və seçicilərin, bütün səviyyələrdə təşkilat və idarələrin əməyinin nəticəsidir". == Strukturu == Konstitusiya 120 maddə və 11 fəsildən ibarətdir: I fəsil.
Vyetnam dilləri
Vyetnam dilləri — Vyetnam Sosialist Respublikasında danışılan dillər. Bura həm rəsmi olaraq tanınan, həm də tanınmayan dillər daxildir. Vyetnam çoxmillətli ölkədir. Bura monkhmer (o cümlədən vyet), Tibet-Birma, Çin, Tay-Kaday, Tyam xalqları və Myao-Yo daxildir. Ölkənin rəsmi dili Vyetnam dilidir.
Vyetnam gerbi
Vyetnam gerbi (vyet. Quốc huy Việt Nam, hərf. Vyetnamın dövlət gerbi), formal olaraq Vyetnam Sosialist Respublikasının dövlət gerbi (vyet. "Quốc huy nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam", hərf. Vyetnam Sosialist Respublikası millətinin dövlət gerbi) — Vyetnam Sosialist Respublikasının dövlət gerbi. Bu, ilk olaraq 30 noyabr 1955-ci ildə Vyetnam Demokratik Respublikasının (Şimali Vyetnam) gerbi kimi qəbul edilmişdir. Qırmızı kətan üzərində sarı (qızıl) ulduz da daxil olmaqla Kommunist Partiyasının bütün simvolları ilə Çin Xalq Respublikasının gerbinin əsas dizaynının bütün əsas prinsipləri nəzərə alınmaqla və sosialist mövzusu ilə bütün qanunlara uyğun olaraq modelləşdirilmişdir. Dişli çarx və taxıl bitkiləri ümumi kommunist modelində kənd təsərrüfatı və sənaye əməyinin birliyini təmsil edir. 2 iyul 1976-cı ildə Cənubi Vyetnamla birləşmədən sonra ümummilli gerbə çevrilmişdir.
Vyetnam paytaxtı
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Vyetnam əhalisi
Vyetnam əhalisi — Vyetnam Sosialist Respublikasının əhalisi haqqında statistik demoqrafik məlumatlar, o cümlədən əhalinin sıxlığı, etnik tərkibi, təhsil və sağlamlıq səviyyələri, iqtisadi vəziyyət, dini inanclar və oxşar məlumatlar. Vyetnamın şimalında yaranan vyet xalqı Hind-Çin yarımadasının bütün şərq dəniz sahillərini işğal etmək üçün iki minillikdən çox cənuba doğru ekspansiya etmişdir. Etnik vyetnamlılar və ya digər adı ilə vyetlər (rəsmi olaraq kinh kimi tanınır) dağlıq regionlarda yaşayan bir çox etnik qruplarından fərqli olaraq, ovalıqlarda yaşayır və Vyetnam dilində danışırlar. Kinh qrupu Vyetnamın mədəni və siyasi mənzərəsinin çox hissəsini təmsil edir. Vyetnamın əhalisinin 2023-cü ilin sonuna kimi 100 milyona yaxınlaşacağı gözlənilirdi ki, bu da onu dünyada əhalinin sayına görə 15-ci ən böyük ölkəsi edir. 2035-ci ilə qədər Vyetnamın qoca cəmiyyətə çevriləcəyi proqnozlaşdırılır. == Əhali == === Tarixi təxminlər === === BMT-nin hesablamaları === == Həmçinin bax == Vyetkvey == İstinadlar == == Əlavə ədəbiyyat == Huy, Huynh Truong. "Economic perspectives of internal migration in Vietnam: A focus on the Mekong River Delta region" (Universiteit Antwerpen (Belgium), 2012. online Huynh Truong, Huy, and Nonneman Walter. "Push and pull forces and migration in Vietnam." (2012).
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. == Zəmin == 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
Cənubi Vyetnam Müstəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Cənubi Vyetnam Mütəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Cənubi Vyetnam bayrağı
Cənubi Vyetnam bayrağı (vyet. Cờ vàng ba sọc đỏ) — Vyetnam Müvəqqəti Mərkəzi Hökumətinin (1948–1949), Vyetnam Dövlətinin (1949–1955) və Vyetnam Respublikasının (1955–1975) bayrağı. Bayraq düzbucaqlı sarı parçadan ibarət idi, onun mərkəzində üç üfüqi qırmızı zolaq çəkilmişdi. Sarı Vyetnamın tarixi rəngidir və yerin rəngini təmsil edir. Üç zolaq Şimali, Mərkəzi və Cənubi Vyetnam bölgələrini təmsil edir, ölkənin birliyini simvollaşdırır. Zolaqların qırmızı rəngdə olması qanı təmsil edir, ölkənin bütün tarixi boyu xalqın daimi mübarizəsini simvollaşdırır. Bayrağın dizaynı 2 iyun 1948-ci ildə Nquen Van Syuan tərəfindən təsdiq edilmişdir. Hal-hazırda bayraq Vyetnam diasporasının bir çox antikommunist üzvləri tərəfindən qədim Vyetnamın mədəni irsinin və müasir Vyetnamdakı mövcud siyasi sistemə qarşı mübarizəsinin simvolu kimi istifadə olunur.
Filippin–Vyetnam münasibətləri
Vyetnam–Filippin münasibətləri — Vyetnam və Filippin arasındakı mövcud ikitərəfli münasibətlər. Vyetnam Sosialist Respublikası ilə Filippin arasında ilk diplomatik əlaqələr 12 iyul 1978-ci ildə qurulmuşdur. İki ölkə arasında bir başa quru sərhəddi yoxdur. == Tarixi == === Vyetnam müharibəsi 1957–1975 === 1955-ci ilin iyulunda Filippin Prezidenti Roman Maqsaysay Cənubi Vyetnamı müstəqil dövlət olaraq tanıyır. Filippin tibbi persponalını Vyetnam müharibəsində Şimali Vyetnama qarşı vuruşan Cənubi Vyetnam qüvvələrinə yardım məqsədilə göndərir. Bununla yanaşı Roman Maqsaysay açıq şəkildə ABŞ-nin apardığı müharibədə ona istənilən dəstəyi verməsini bəyan edir. Ancaq Filippin müharibəyə ancaq mülki kontingent göndərmişdir. 1964-cü ilin oktyabrında Cənubi Vyetnama iki qrumpdan ibarət tibb işçiləri göndərilir (bura 68 nəfər daxil idi). 1966-cı ildfə isə sayı min nəfər olan mülki şəxs göndərilmişdir. Bunlara hərbi xitmətdə olan ancaq fəal hərbi əməliyyatlarda iştirak etməyən hərbi kəkimlər, mühəndis-inşaatçılar, kənd təsərrüfatı sahəsi mütəxəsisləri və s daxil idi.
Kamboca vyetnamlıları
Kamboca vyetnamlıları — Kambocada yaşayan vyetnamlılar, tam və ya qismən khmer mənşəli vyetnamlara aid edilən termin. Kamboca mənbələrinə görə, 2013-cü ildə Kambocada təxminən 15 min vyetnamlı yaşayırdı. Vyetnam mənbələri Kambocada 156,000 vyetnamlının yaşadığını qeyd edir, lakin müstəqil alimlərə görə, bu say 400,000 ilə bir milyon arasında ola bilər. Onlar əsasən Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda yaşayırlar. İlk vyetnamlılar müasir Kambocaya XIX əsrin əvvəllərindən Nquyen çarlarının dövründə gəlmişdir. Odur ki, Kambocada yaşayan vyetnamlıların əksəriyyəti buraya Fransa müstəmləkə rejimi və Kampuçeya Xalq Respublikası administrasiyası dövründə gəlmişdir. 1970-ci illərdə Kxmer Respublikası və qırmızı khmer hökumətləri dövründə vyetnamlılar kütləvi soyqırımların hədəfi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Corfield, Justin. The History of Cambodia. ABC-CLIO. 2009.
Vyetnam 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Vyetnam - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Vyetnam Demokratik Respublikası
Vyetnam Demokratik Respublikası (vyet. Việt Nam Dân Chủ Cộng Hòa) və ya digər adıyla Şimali Vyetnam (vyet. Bắc Việt Nam) — 1945–1976-cı illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş dövlət. II Dünya Müharibəsindən sonra baş verən Avqust İnqilabı zamanı Vyetnam kommunist inqilabçısı Xo Şi Min 2 sentyabr 1945-ci ildə Fransız Hind-Çinindən müstəqillik elan edərək Vyetnam Demokratik Respublikasının yaradıldığını elan etdi. Vyetminh - "Vyetnamın müstəqilliyi uğrunda Liqa" 1951-ci ilin fevralında əvvəlcədən qadağan edilmiş, Vyetnam Kommunist Partiyasının yenidən qurulmasından sonra getdikcə təşkilatlanmayan qeyri-kommunist qruplara kommunistlərin rəhbərlik etdiyi çoxsaylı Vyetnam millətçi qruplarının koalisiyası idi. Fransa 1946-cı ilin dekabrında Birinci Hindçin müharibəsinə - Fransa ilə Vyetminh arasında qanlı partizan müharibəsinə səbəb olan Vyetnam üzərində müstəmləkə hökmranlığını təsdiqləmək üçün hərəkətə keçdi. Vyetminh 1954-cü ildə Fransanın məğlubiyyətinə səbəb olan Vyetnamın əksər kəndlərini ələ keçirdi və nəzarət etdi. Həmin il Cenevrə konfransındakı danışıqlar müharibəyə son qoydu və Vyetnamın müstəqilliyini tanıdı. Cenevrə sazişi ilə müvəqqəti olaraq ölkə 17-ci paralel boyunca şimal və cənub bölgəsinə bölündü. Bu, 1956-cı ilin iyul ayında ümumi seçkilərin "Vyetnamın birləşməsinə səbəb olmasını" tələb etdi.
Vyetnam Kommunist Partiyası
Vyetnam Kommunist Partiyası (VKP; vyet. Đảng Cộng sản Việt Nam, danq konq şan vyet nam) — Vyetnamda hakim və yeganə qanuni siyasi partiya. VKP Fransa Kommunist Partiyasının qolu olaraq 3 fevral 1930-cu ildə Honkonqda yaradılmış, 1930-cu ilin oktyabrından 1945-ci ilə qədər "Hind-Çin Kommunist Partiyası" (HÇKP; vyet. Đông Dương Cộng sản Đảng) adlanmış, 1945–1951-ci illərdə rəsmi olaraq ləğv edilmiş, 1951-ci ildən 1976-cı ildə "Vyetnam Fəhlə Partiyası" (VFP) adlandırılmışdır. Partiya kommunist ideologiyası üzərində dayanır və üzvü olduğu Vyetnam Vətən Cəbhəsi tərəfindən dəstəklənir. Vyetnam cəmiyyətində "Partiya" (vyet. Đảng, danq) və ya "Partiyamız" (vyet. Đảng ta, danq ta) kimi də tanınır. == Tarixi == === Zəmin === 1925-ci ilin yazında Quançjouda Vyetnamda mövcud olan kommunist qrupları əsasında Vyetnam İnqilabçı Gənclər Birliyi (VİGB) yaradılmışdır. Qrupun siyasi və sosial məqsədləri milli müstəqillik və torpaqların zəhmətkeş kəndlilərin xeyrinə yenidən bölüşdürülməsi elan edilmişdir.
Vyetnam Kommunist Partiyasının Milli Konqresi
Vyetnam Kommunist Partiyasının Milli Konqresi — Vyetnam Kommunist Partiyasının ali orqanı. Partiya demokratik mərkəzçiliyin leninçi prinsipinə uyğun olaraq təşkil edilmişdir. Milli Konqres 1976-cı ildən bəri beş ildən bir keçirilir. Fransa və ABŞ-yə qarşı müharibələr zamanı müharibə şəraiti səbəbindən ilk dörd konqres ümumi vaxt cədvəlinə uyğun olaraq təyin olunmamışdır. Təsis Konfransından sonra 12 milli VKP konqresi keçirilmişdir. Milli Konqres 180 həqiqi üzvdən və 20 əvəzedici üzvdən ibarət Mərkəzi Komitəni seçir. Mərkəzi Komitə adətən ildə iki dəfə toplanır.
Vyetnam Kommunist Partiyasının Nizamnaməsi
Vyetnam Kommunist Partiyasının Nizamnaməsi — Vyetnam Kommunist Partiyasının prinsiplərini, məqsədlərini, ideologiyasını, təşkili prinsiplərini, fəaliyyətini və aparat strukturunu müəyyən edən əsas hüquqi sənəd. Bu, Vyetnam Kommunist Partiyasının, partiya üzvlərinin və bütün səviyyələrdə partiya təşkilatlarının məsuliyyətlərini, öhdəliklərini və səlahiyyətlərini müəyyən edir. Partiya Nizamnaməsi Vyetnam Kommunist Partiyasının Milli Konqresi tərəfindən təsdiq və elan edilmişdir. Bütün partiya təşkilatları və partiya üzvləri Partiyanın Nizamnaməsinə əməl etməlidir.
Vyetnam Milli Məclisi
Vyetnam Sosialist Respublikasının Milli Məclisi (vyet. Quốc hội nước Cộng hoà xã hội chủ nghĩa Việt Nam) — Vyetnamın qanunverici orqanı. Vyetnam Konstitusiyası Milli Məclisi dövlət hakimiyyətinin ali orqanı kimi müəyyən edir. == Tərkibi == Milli Məclis ildə iki dəfə Dövlət Şurası tərəfindən çağırılan 500 daimi deputatdan ibarətdir. Milli Məclis Milli Məclisin sədrini və sədr müavinlərini seçir. Hal-hazırkı sədr 14-cü sessiyada (2021–2026) seçilmiş Vıonq Din Huedir.
Vyetnam Qırmızı Xaç Cəmiyyəti
Vyetnam Qırmızı Xaç Cəmiyyəti — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının üzvü (Milli Cəmiyyət). Baş qərargahı Hanoy şəhərində yerləşir. Təşkilat Birinci Hindçin müharibəsi dövründə yaradılmışdır və ilk olaraq iki filialı vardı. Şimal filialı 1946-cı ildə Hanoy şəhərində əsası qoyulmuş və Cənub filialı isə 1951-ci ildə Hoşimin şəhərində Ho Van Nhut tərəfindən yaradılmışdır. Cənub filialı Şimal filialından ayrı fəaliyyət göstərmiş və Birinci Hindçin müharibəsi zamanı Şimali və Cənubi Vyetnam arasında baş verən qarşıdurmada zərər çəkən Vyetnam vətəndaşlarına və təbii fəlakətlərdən ziyan görən əhaliyə yardım etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən rəsmi olaraq tanınmışdır. Təşkilatın rəsmi adı Vyetnam Qırmızı Xaçı idi və baş qərargahı Hoşimin şəhərində təşkilatın şərəfinı adlandırılmış küçədə yerləşirdi. 1954-cü ildə Cenevrə konfransından sonra VQX-ı qaçqın düşən milyonlarla vyetnamlıya yardım proqramında mühüm rol oynadı.
Vyetnam Sosial və Humanitar Elmlər Universiteti
Vyetnam Sosial və Humanitar Elmlər Universiteti — Vyetnamın ali təhsil müəssisələrindən biri. Ölkəsinin ən böyük universitetlərindən biridir. Rektoru Prof. Dr. Nguyen Van Khanhdır. == Fəaliyyəti == Universitetdə 16 fakültə və 12 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. == Tələbələri == Universitetdə 12.000-dən artıq tələbə təhsil alır. == Məzunları == Universitetin məzunlarının bir çoxu Vyetnamda yüksək dövlət vəzifələrində çalışır.
Vyetnam Sosialist Respublikası
Vyetnam (vietnamca. Việt Nam) rəsmi olaraq Vyetnam Sosialist Respunlikası (VSR) Cənub-Şərqi Asiyanın şərq hissəsində yerləşən sahəsi 331,212 kvadrat kilometr olan bir ölkədir və 99 milyon əhalisi onu dünyanın ən sıx 5-ci ölkəsi edir. Vyetnam şimaldan Çinlə, qərbdə Laos və Kamboca ilə quru sərhədlərini bölüşür. Siam körfəzi vasitəsilə Tailandla, Cənubi Çin dənizi vasitəsi ilə Filippin, İndoneziya və Malayziya ilə dəniz sərhəddini bölüşür. Paytaxtı Hanoi (vyet. Hà Nội) və ən böyük şəhəri Ho Chi Minhdir (vyet. Hố Chí Minh) (ümumiyyətlə keçmiş adı Sayqon ilə xatırladır). == Əhali == 2018-ci ildə Vyetnamın əhali sayısı təxminən 95,5 milyon idi. === Din === Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiyalıq və daosizm geniş yayılıb.
Vyetnam Xalq Ordusu
Vyetnam Xalq Ordusu (VXO; vyet. Quân Đội Nhân Dân Việt Nam, hərf. Vyetnam xalqının ordusu, QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı. == Tarixi == 22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir. Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur. 1945-ci ilin aprelində Vyetnamın Fransa və Yaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.