Cənubi Vyetnam Müstəqillik Sarayına bombalı hücum (1962)

Sağdakı qırmızı dairə, bombalardan birinin düşdüyü yeri göstərir.

1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücumCənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər.

Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü. Ancaq ABŞ hadisədə tədbirli hərəkət etdi. Ölkə içində isə hücümlara Diệm və vəzifəlilərə istiqamətlənmiş tələlər hazırladı.

Hücumdan əvvəl

[redaktə | mənbəni redaktə et]

Cu 1960-cı ildə " hökumətə qarşı fəaliyyətdə olduğu " əsasıyla Diem tərəfindən həbsə göndərilən və Diem rejiminə qarşı çıxan Viet Nam Quoc Dan Dang (VNQDD) partiyasının liderlərindən olan Nguyen Van Lucun ikinci oğlu idi[1]. VNQDD Cu ve Quoç ilə eyni hərbi hissədən olan bir pilotun Müstəqillik sarayına hücum etməsini planlaşdırdı. Qəribə bir şəkldə Quoç yaxın zamanlarda döyüş bölgələrindəki uğurlarına görə Diệm tərəfindən təqdirə layiq görülmüş [1] və Viyetnam hava qüvvələriindəki ən yaxşı pilotlardan biri olaraq mükafatlandırılmışdı[2]. Bir tərəfdən də Quoç VNQDD ilə əlaqələri olan qohumlara sahib idi[3]. Cu Quoçu plana daxil olması üçün Newsweekdə yayımlanmış olan və Diemi tənqid edən bir məqaləni "dəlil" olaraq istifadə edərək və ordu ilə ABŞ-nin plandan xəbərdar olduğunu söyləyərək razı saldı[4]. Quốca bağlı olan daha çox əskər var idi, amma əskərlərinin özünə sadiq olduqlarından əmin olmadığı üçün onları bu hücümda iştirak etməyə razı salmağa cəhd etmədi[2]. Quoç və Cu FransaABŞ-də təhsil almışdılar. Hücumdan illər sonra Cu, Diemin müxaliflərə qarşı münasibətini hücuma səbəb olaraq göstərdi. Cuya görə Diem hakimiyyətdə qalmağı Vyetnam milli qurtuluş cəbhəsi ilə mübarizə aparmaqdan daha üstün tuturdu və Diemin müxaliflərə qarşı münasibəti üzündən Cử 6 il idiki vəzifəsinin qalxmasını gözləyirdi. Cu Amerika hökumətini Diemə olan dəstəyinə görə tənqid etdi və bunun müharibə üçün çəkdiyi əziyyəti heçə saydığını deyərək "Amerikalılar həqiqətən kommunistlərlə mübarizə aparmaq istəyənlərimizə qapını bağlamışdı" dedi.

Hücum zamanı sığınacağa qaçarkən yaralanan birinci xanım Madame Ngo Dinh Nhu (soldakı)

Quoç və Cu, həmin sabah erkən saatlarda Marksist partizan qrupu olan və Cənubi Vyetnam hökumətini devirməsi üçün Şimali Vyetnam tərəfindən dəstəklənən Vyetnam milli qurtuluş cəbhəsinə qarşı uçuşlar hazırlamaq üçün Mekonq Deltasına göndərildi. Təşkilat Vyetnam dövlət ordusuna qarşı paytaxt Hoşiminin 60 km cənubuna hücumlar etmiş və böyük zərər vermişdi[2]. Əmirdə deyildiyi kimi cənub istiqamətində davam etmək yerinə 2 pilot istiqamətlərini dəyişərək rəsmi Prezident iqamətgahı olan Müstəqillik Sarayına çevirdi. Bu, kommunist partiyalarının bir şey etmədən geri çəkilə biləcəkləri mənasına gəlirdi[2].

Saat 07:00 radələrində Cu və Quoç Amerikan istehsalı olan A-1 Skyraider(A1H/AD-6 modeli) tək oturacaqlı hücum təyyarələri ilə sarayı incələmək üçün alçaqdan uçuş edərkən, Fransız müstəmləkə dövründə tikilmiş olan sarayın geniş otluq ərazilərində otlayan maralları qorxutmuşdular[5]. Təyyarələr ikinci dəfə gəlişlərində əvvəlcə bomba və napalmla hücum etdikləri sarayı, sonradan pulemyot və raket atəşinə tutdular. İkili uçuşlarına Prezidentə bağlı olan qruplar gələnə qədər təxminən 30 dəqiqə ərzində davam etdilər. Pis hava şəraiti və buludların aşağıda olmasından istifadə edən təyyarələr saray ətrafında təxminən 150 m yüksəklikdə dairələr cızdı və zaman-zaman yenidən hücüm etmək üçün buludlaın arasından çıxıb təkrar buludların arasına qayıtdı. Hava hücumu Hoşimin qarnizonunu hazırlıqsız tutulduğuna görə, əskərlər təəccüb içində təyyarələrin tək başına yoxsa yerdən dəstək alaraq hücum etdiyini dəqiqləşdirə bilmədilər. Hökumətə bağlı tanklar və zirehli personal daşıyıcıları hücum nöqtələrinə gedərkən, zenit qrupları da atəşə başladı. Bu qrupların birindən edilmiş atəşlə az qala Bien Hoa Hava Üssüdən hökumətə bağlı bir təyyarə vurulacaqdı. 50 kalibrlik pulemyotla təchiz edilmiş iki tank və bir cox cip dumanla dolu şəhərin küçələrində tədbir məqsədli gəzirdilər.

Hücumda istifadə olunanlara bənzər A-1 Skyraider

Təyyarələrdən atılmış 230 kiloqramlıq ilk bomba sarayın sol tərəfinə, Diemin Corc Vaşinqtonun bioqrafiyasını oxumaqda olduğu otağa düşdü. Bombanın partlamaması Diemə sağ tərəfdəki zirzəmiyə qaçmağa vaxt verdi. Böyük qardaşı baş yepiskop Ngo Dinh Thuc, kiçik qardaşı Ngo Dinh Nhu, sığınacağa qaçarkən qolunu çatladan Madame Ngo Dinh Nhu və uşaqları da ora qaşdı. Sarayın başqa yerlərində isə təxminən 3 işçi öldü və 30-a yaxın məsul şəxs yaralandı. Sarayın çölündə isə Amerikalı bir varlı iş adamı hücumu izləyərkən pencərədən yıxılması nəticəsində həyatını itirdi. Təəccüblərinə baxmayaraq bir çox şəhər sakinləri gün ərzində normal həyatlarına davam etdilər. Hücum 30 dəqiqə davam etdi, pilotlar bütün sarayı yerlə yeksan edəcək qədər bomba gətirmələrinə baxmayaraq, silahların hamısından istifadə etmədilər. Quốcun təyyarəsi bir bomba axtaran gəmidən açılan atəş nəticəsində ziyan gördü və bu səbəblədə Saigon çayını keçib Nha Beyə enmək məcburiyyətində qaldı. Enmə vaxtı Quoçun üzündə kiçik bir yaralanma oldu[3]. Yaxınlıqdakı bir çay patrul xidməti tərəfindən tutulan Quoç, deyilənə görə sorğulanmağa aparılan zaman "o pis adamı öldürdümmü?" deyə soruşdu[3]. Cu hücumun uğurlu bir şəkildə baş tutduğunu düşünərək Kambocaya qaçdı.Hücumçuların bacarıqları ilə əlaqədar olaraq, ABŞ hava qüvvələri hərbçisi "Onlar havada çox yaxşı iş bacardılar" ifadəsini işlətdi. Hücumdan sonra sarayn sol tərəfi tamamilə dağıldı. Təmir edilməsi çox çətin olduğu üçün Diem sarayın sökülərək yenidən tikilməsini əmr etdi və bu səbəblə saray 1966-cı ilə qədər bağlı qaldı.

Hücumdan sonra

[redaktə | mənbəni redaktə et]

Hücumun sonrasında etdiyi qısa açıqlamada Diem hücumu "tək başına olan bir hərəkət" olaraq xarakterizə edərək həyatda qalmasını "İlahi qoruma"sına bağladı.Daha sonra isə hücumda yaralananların əskərləri ziyarət etdi və hücumçuların iş yoldaşlarına hücum səbəbiylə məsul tutulmayacaqlarına dair söz verdi. ABŞ prezidenti Con F. Kennedi dərhal hücumu qınayan bir mesaj yollayaraq hücumun "dağıdıcı və pis niyyətli bir hərəkət" olduğunu və Diemin "təhlükəsizlikdə olmasından və ziyan görməməsindən" xoşbəxt olduqlarını bildirdi. ABŞ-nin Cənubi Vyetnam səfiri Frederick Nolting hücumu "iki fərdi hadisənin nəticəsi" olaraq dəyərləndirdi və hücumun xalqın hakimiyyətinə qarşı geniş bir narahatlıq yaratması mənasına gəlmədiyini dedi. Vyetnam Milli qurtuluş cəbhəsindən cavab gəlmədiyinə görə Noltinq hadisənin "məlum bir məqsədi olan anti-kommunist suiqəsdi cəhdi" olduğunu dedi. Ölkə parlamenti Diemin super notariat qanunverici orqanı prezidenti "etibarsızlara qarşı fundamental tədbirlər görməyə" çağırdı. Prezidentin hərbi müşaviri general Duong Van Minh hücumu "əsəbiləşdirilmiş pilotlara" bağladı və heç bir qoşunun prezidentə qarşı hərəkət etmədiyini söylədi[2]. Mülki mühafizəçilər prezidentə sadiq qaldılar və komandirlər hava qüvvələrinə Tan Son Nhut aviabazasını ələ keçirməyi əmr etdilər. Diemin sözçüsü hücumda saraya qarşı napalmlardan istifadə olunması xəbərini təkzib etdi. Bunun səbəbi isə hava qüvvələrinin anbarlarında bu cür silahların olduğunu hökumətin gizlətmək istəməsi idi. O, vəziyyətin tam nəzarət altında olduğunu da söyləydi[5].

Vyetnam Hərbi Hava Qüvvələri (VHHQ) Diemə məktub göndərərək iki pilotun hərəkətlərinə reaksiya verdi. Məktubda hücumun "ordu ilə əlaqəsi olmayan ağılsız bir hadisə", "ordunun nüfuzuna xələl gətirən" və "davam edən milli mübarizəyə ziyan vurmaqla yanaşı, kommunistlərin məhv edilməsi məqsədləri üçün də qazanclı" olduğu bildirildi[3]. Milli İnqilabi Hərəkat Ngu ailəsinin onları dəstəkləmək üçün geniş nümayişlər təşkil etməsi üçün istifadə etdiyi bir təşkilat olan Milli İnqilabi Hərəkat iki pilotun öldürülməsinə çağırdı və Diemin "ordu içərisində nizam-intizamı təmin etmək üçün mümkün qədər ciddi ölçü götürməsini" tələb etdi.

Quoç fəaliyyətinə görə həbs olundu, Cu isə Kambocada dil müləllimi olarq işə başladı. Diem Kambocadan Cu-nun təhvil verilməsini istədi, lakin bu tələb rədd edildi[3]. Kamboca şahzadəsi Norodom Sihanouk Diemlə düşmən münasibətdə idi və Ngo ailəsi əvvəllər çevriliş cəhdlərini dəstəkləyərək Kamboca şahzadəsini taxtdan salmağa çalışmışdır. 1959-cu ildə Nhu Sihanouku bomba ilə öldürməyə çalışmışdı. Buna görə Sihanouk Diamı devirmək və ya öldürmək istəyənlərə sığınacaq verdi. 1960-cı ildə də Diemi devirməyə çalışan bir qrup paraşütçülərə sığınacaq vermişdi.

Diemin polisi hücumdan sonra gizlənən Cu-nun atasına zəng etdi[3]. 1963-cü ilin noyabrında Diem öldürüldükdən sonra Quoç azad edildi və Cu 16 noyabr 1963-cü ildə Kambocadan qayıtdı. Hər ikisi bu tarixdən sonra hava qüvvələrində vəzifələrini davam etdilər. Quoç sonra podpolkovnik rütbəsinə yüksəldi, lakin 18 ay sonra, 20 aprel 1965-ci ildə, Vyetnamın şimalındakı hava hücumunda öldü.

Diemin reaksiyası

[redaktə | mənbəni redaktə et]
Ngo Dinh Diem

Sui-qəsd cəhdindən sonra Noltinglə ilk görüşündə Diem inadla mətbuatı hücumda ittiham etdi. Amerikalıların hücumu dəstəklədiyi iddiasını gücləndirmək üçün Newsweek-dəki məqalədən və mətbuatda yer alan digər "alçaldıcı xəbərlərdən" istifadə etdi. Bəzi jurnalistlər hücumu yuxudan oyanış kimi görsələr də, Diem bunu "xəbərdarlıq vı öz məsuliyyətsizliyinin necə təhlükəli olacağını göstərən bir hadisə" olaraq gördüyünü söylədi[6].

Diem sui-qəsd cəhdinə müxaliflərə qarşı sərt tədbirlər görmək və mətbuata nəzarəti gücləndirməklə reaksiya verdi. Gizli şəkildə bir rəsmi şəxs etiraf etdi: "biz artıq mətbuat azadlığı haqqında danışmırıq və digər azadlıqları tələb etmirik. Diem özünü tam mühafizəli oliqarxiya ilə əhatə etmişdir". Nhu müxalifətə qarşı təzyiqləri əsaslandırmağa çalışdı və dedi: "Həmişə müxalifət olacaq. Bu adamları içəri atsan, yeni bir müxalifət meydana çıxacaq, çünki onlar mübahisə yaradan adamlardır"[6]. Madame Nhu bunu da əlavə etdi:"Pəncərəni güllə deyil, işıq və havanın daxil olması üçün açırsınız. Azadlıq istəyirik, ancaq onun tərəfindən istismar olmaq istəmirik"[6].

ABŞ-nin reaksiyası

[redaktə | mənbəni redaktə et]

Hücum, Birləşmiş Ştatların döyüş qoşunlarını Vyetnamın cənubunda yayacağına dair söz-söhbətlərə səbəb oldu. O dövrdə ABŞ hərbçiləri yalnız məsləhətçilər idi. Diam hökumətinin qeyri-sabitliyi barədə mediada yayılan məlumatlara cavab olaraq ABŞ Dövlət Katibi Dean Rusk ABŞ-nin döyüş məqsədləri üçün qüvvələr göndərəcəyi iddialarını təkzib etdi[6]. Rusk Vyetnam Milli Azadlıq Cəbhəsi ilə də danışıqlar aparırdı və "problemin mənşəyi" nin kommunistlər tərəfindən Cenevrə qaydalarının pozulması olduğunu söylədi. ABŞ-nin Hindistandakı səfiri Con Kenneth Qalbraith, bunun Köhnə Vyetnam hökumətindən daha çox qüvvə tələblərinə son verəcəyini iddia edərək Kennedini müharibə üçün qüvvələr göndərməyə inandırmağa çalışdı[6]. Amerikalı bir müşahidəçiyə görə, sarayın bombalanması "Diemə qarşı böyük intriqalara" təşviq etdi. Cənubi Vyetnam rəhbərliyindəki hər hansı bir dəyişikliyin yaxşı olacağını dedi[6].

  1. 1 2 (ing. ). www.time.com http://www.time.com/time/magazine/article/0,9171,939947-2,00.html (#bare_url_missing_title). 2012-10-15 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 Homer Bigart. ""Vietnam's planes return to battle"" (ing. ). www.nytimes.com. 2 mart 1962. 19 noyabr 2019 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 Homer Bigart. ""Vietnamese win in stab at reds"" (ing. ). www.nytimes.com. 3 mart 1962. 19 noyabr 2019 tarixində arxivləşdirilib.
  4. Langguth, sf. 99.
  5. 1 2 Homer Bigart. ""Saigon discounts pilots' raid on Presidential Palace"" (ing. ). www.nytimes.com. 28 fevral 1962. 19 noyabr 2019 tarixində arxivləşdirilib.
  6. 1 2 3 4 5 6 Jones, Howard. Death of a Generation. New York. səh. 162-163. ISBN 0-19-505286-2.