VÜRUD
VÜSAL
OBASTAN VİKİ
Atmiyan-i Vüsta (Sərab)
Atmiyan-i Vüsta (fars. اتمیان وسطی‎) və ya Orta Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə).
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Bəhruz Vüsuqi
Xəlil Vüsuqi və ya səhnə adı ilə Bəhruz Vüsuqi – (fars. بهروز وثوقی‎, 11 mart 1938, Xoy, İran) — İranlı aktyor. == Həyatı == Bəhruz Vüsuqi 1938-ci ildə İranın Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi. İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmamışdır. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşmışdır. 1975-ci ildə tanınmış müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var. == Karyerası == Karyerasına Samuel Xaçikyanın "Toofan dar Shahre Ma" (azərb. Şəhərimizdəki fıtına‎) filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin "Gole gomshodeh" (azərb.
Mirkuh-i Vüsta (Sərab)
Mirkuh-i Vüsta (fars. ميركوه وسطي‎) və ya Orta Mirkuh - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (26 ailə).
Mirzə Həsən xan Vüsuqəddövlə
VÜSUQÜDDÖVLƏ Mirzə Həsən xan Mirzə İbrahim xan oğlu (1874–1950) — İran dövlət xadimi. Baş nazir. == Həyatı == Dəfələrlə Məclisin deputatı seçilmiş, müxtəlif nazir vəzifələri daşımışdır. 1916–1917-ci il və 1918–1920-ci illərdə İranın baş naziri olmuşdur. 1919-cu ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətini qəbul etmiş. iki dövlət arasında dostcasına sıx münasibətlərin qurulacağına əminliyini bildirmişdir. Vətənə yola düşməzdən əvvəl Vüsuqüddövlə nümayəndə heyətini yenidən qəbul etmiş, İranın öz sərhədlərini Azərbaycan, Türküstan və digər ərazilər hesabma genişləndirmək niyyəti barədə İran nümayəndə heyətinin Versal konfransındakı bəyanatına münasibətini açıqlayaraq, ölkəsinin belə bir fıkri olmadığını bildirmişdi. Versal nümayəndə heyətinə protest göndərilərək, bu qeyri-dəqiq xəbərin təkzib olunması tapşırılmışdı. Vüsuqüddövlə hər iki dövlət üçün dostluq, qarşılıqlı əlaqə və çiçəklənmə dövrünün başladığına əminliyini bir daha vurğulamışdı.Vüsuqüddövlə hökuməti Versaldakı nümayəndə heyətinə konfransda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini dəstəkləmək barədə teleqram göndərmişdi. 1920-ci il martın 20-də, bolşevik işğalının yaxınlaşdığı şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında sülh və dostluq haqqında müqavilə bağlandı.
Mirzə Əbdülqədir Vüsaqi
Mirzə Əbdülqədir Vüsaqi və ya Əbdülqadir İsmayılzadə (1865, Sayadlı, Xızı rayonu – 1914, Bakı) ― azərbaycanlı şair, yazıçı. “Şah İsmayıl”, “Seyfəlmülk” opera librettolarının, “Yusif və Züleyxa”, “Əli xan” və “Şahzadə İsmayıl” adlı dram əsərlərinin müəllifidir. Mikayıl Müşfiqin atasıdır. == Həyatı və yaradıcılığı == Əbdülqadir İsmayılzadə 1865-ci ildə Xızıda Sayadlı kəndində anadan olub. Atası Molla İsmayıl Xızı kəndinin tanınmış məktəbdarlarından olub. İbtidai təhsilini əvvəl öz atası Molla İsmayıldan alıb. Bir az sonra ərəb dilinə daha ətraflı bələd olmaq üçün Quba qazısı Axund Zəkidən ərəbcə təhsili alıb. Bir müddət Xızıda atasının yerində əski üsulda məktəbdarlıq edib. Sonra 1902-ci ildə Bakıya köçmüş burada müəllimlik fəaliyyətinə davam etmişdir. Bir müddət Cəfər Cabbarlıya da dərs deyib.
Tahirov Vüsal
Vüsal Mehdi oğlu Tahirov (1 may 1997, Danyeri, Naxçıvan Muxtar Respublikası – 16 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vüsal Tahirov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abbasov
Vüsal Telman oğlu Abbasov (12 avqust 1983; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Vüsal Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abdullayev
Vüsal Şakir oğlu Abdullayev (15 mart 1986, Sarısu, Jdanov rayonu – 22 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kim traktor işlədib. == Hərbi xidməti == Vüsal Abdullayev 2003-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib. Əsgərlik xidmətin 2004-cü ilin dekabr ayında başa vurub öz kəndlərinə qayıdan Vüsal yenə də təsərrüfat işlərinə başlayıb.
Vüsal Abdullazadə
Vüsal Allahverdiyev
Vüsal Allahverdiyev (əsgər, 2002) (25.07.2002) — əsgər, Vətən müharibəsi şəhidi. Vüsal Allahverdiyev (əsgər, 1988) (16.08.1988) — əsgər, Vətən müharibəsi şəhidi.
Vüsal Allahverdiyev (şəhid)
Vüsal Tahir oğlu Allahverdiyev (16 avqust 1988, Qubadlı – 30 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004–cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012–ci ildə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir.
Vüsal Allahverdiyev (əsgər, 1988)
Vüsal Tahir oğlu Allahverdiyev (16 avqust 1988, Qubadlı – 30 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004–cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012–ci ildə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir.
Vüsal Allahverdiyev (əsgər, 2002)
Vüsal Novruz oğlu Allahverdiyev (25 iyul 2002, Qarayeri, Samux rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. O, Vətən Müharibəsinin ən gənc şəhididir. == Həyatı == Vüsal Novruz oğlu Allahverdiyev 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayının sonlarında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.18 yaşında (18 il 4 ay) şəhid olan əsgər Allahverdiyev Vətən Müharibəsinin ən gənc şəhidi oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsalə Dadaşova
Vüsalə Kərimova
Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. == Həyatı == Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi. İlk nailiyyətimiz elə Minskdə oldu, bürünc mükafat aldıq".
Vüsalə Kərimova (idmançı)
Vüsalə Kərimova (jurnalist)
Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. == Erkən illəri == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. == Karyerası == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir.
Vüsalə Mirzəyeva
Rejissor == Həyatı == Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə "Sabah" yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Vüsalə Seyfədinnova
Vüsalə Seyfədinnova (11 mart 2000, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === 2019-cu ildə Rusiyanın "Ryazan" futbol komandasının formasını geyinib. 2020-cu ildə Türkiyənin "ALG Spor" klubuna transfer olunub. 2022-ci ildə isə "Çaykur Rizəspor" futbol klubunun heyətinə qoşulub.
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. == Həyatı == Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Siyasi fəaliyyəti === 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var. Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib. Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb. == Fəaliyyəti == Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı.
Vüsət Əfəndiyev
Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor. == Həyatı == Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V. Ə. Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. V. Ə. Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür. V. Ə. Əfəndiyev Respublikada elm və təhsilin inkişafında fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == 1977–1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Vüsət Əliyev
Vüsət Həsən oğlu Əliyev (28 may 1971; Nərimanlı, Basarkeçər, Göyçə mahalı — 27 iyul 1993; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsət Əliyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndində anadan olmuşdur. Erməni işğalçıları tərəfindən dədə-baba torpaqlarından didərgin düşən Vüsət Əliyev daha sonra Gəncə şəhərində yerləşir. == Hərbi xidməti == Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanır. 1991-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun geri alınması uğrunda gedən əks hücum zamanı ağır döyüşlərdə iştirak edir, başından qəlpə yarası alır. Yaralı olduğu halda döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. Bakı şəhərindəki hərbi hosbitala gətirilən Vüsət Əliyev 26 iyul 1993-cü il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.