Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur. Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır. Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir. Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Bədii yaradıcılığı == Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Həbibov — Sabir Məmmədli — Sabir Rüstəmxanlı — Azərbaycanın xalq şairi Sabir Adilov — Sabir Adnayev — Sabir Axmedov — Sabir Həmidov — Sabir Hüseynov Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidi Sabir Mirzəyev Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (professor) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976). Sabir Məmmədov Sabir Məmmədov (polis) — Sabir Məmmədov (aktyor) — Azərbaycanın xalq artisti, aktyor.
Sabir (Şamaxı)
Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı rayonunun Sabir inzibati ərazi vahidində qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. 11 illik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır. Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.
Sabir Abbasov
Sabir Abbasov (tam adı: Sabir Rzaqulu oğlu Abbasov; 8 dekabr 1967, Binə, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Binə, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il 8 dekabrda Bakının Binə qəsəbəsində anadan olmuşdur. Əvvəlcə Mərdəkandakı 117 nömrəli tam orta məktəbi, daha sonra isə Şüvəlandakı 42 nömrəli texniki-peşə məktəbini bitirmişdir. Sonra isə əvvəlcə Ukrayna SSR-da, daha sonra isə Macarıstanda hərbi xidmət çəkmişdir. 1989-cu ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Binə təyyarə limanında satıcı işləmişdir. Subay idi. 3 qardaşı, 6 bacısı var idi. == Qanlı Yanvar faciəsi == Axşam saat 10-da işdən çıxmışdır. Binə-Mərdəkan yolunda yaralanmış, güllə baldırına girərək qarnından çıxmışdır.
Sabir Abdin
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962) — Azərbaycan şairi, AYB-nin üzvü. == Həyatı == 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sabir Abdinli
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962) — Azərbaycan şairi, AYB-nin üzvü. == Həyatı == 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sabir Abdulla
Sabir Abdulla (1950, Şəki, Oraban) — Azərbaycan şairi, ictimai xadim. == Həyatı == Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb. Bir çox mükafatlara layiq görülüb, o cümlədən V.Tsıbin mükafatının laureatı olub. Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Gözəl Azərbaycan şairi, ictimai xadim, səmimi insan Sabir Abdulla 2013-cü il yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.
Sabir Abdullayev
Sabir Abdullayev (15 aprel 1957, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi. == Həyat və yaradıcılığı == Sabir Abdullayev 1957-ci ildə Ağdam rayonunun Zəngişalı-Məhrızlı kəndində anadan olmuşdur. Qarabağ muğam məktəbinin tanınmış davamçılarındandır. Öz repertuarına bütün mövcud muğamları daxil etmişdir. "Zabul segahı", "Mirzə Hüseyn segahı"nı xüsusi zövqlə ifa edir. Bu muğamların lent yazıları Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fonduna daxil edilib. S. Abdullayev muğam dəstgahlarını Qarabağ musiqi məktəbinin klassik ənənələrinə sadiq şəkildə ifa edir. Gözəl vokal qabiliyyətli və musiqisevər bir ailədə böyümüşdür. Onun evindəki qrammofon yazılarından ustad sənətkarların — Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin səsləri eşidilərdi. Sabir Abdullayev gənc yaşlarından oxumağa başlamış, peşəkar musiqi təhsilini Asəf Zeynallı adına musiqi məktəbində almışdır.
Sabir Heydərov
Sabir Ceyhun oğlu Heydərov (27 iyun 1998, Şərədil, Şamaxı rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sabir Heydərov 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2004-2015-ci illərdə Şamaxı şəhərində E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Heydərov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sabir Hüseynov
Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) (d. 14.12.1999) — Vətən müharibəsi şəhidi.
Sabir Həbibov
Sabir Həbibov (1955, Kəlbəcər) — tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri.
Sabir Həmidov
Sabir Həmidov — Fizika-riyaziyyat elmləri namizədi, dosent == Həyatı == Sabir Həmidov 1954-ci ildə Ermənistan Respublikasında anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirib. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsini bitirib. Sabir Həmidov AMEA-nın Kibernetika İnstitutunda (1976-1980), Sankt-Peterburq Dövlət Universitetində (1981-1982 ixtisasartırma), "Kaskad" Xüsusi Konstruktor Bürosu (1983-1990) və "Savalan" Kişik Müəssisəsində (1991-2000) çalışmışdır. 1986-cı ildə "Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır. O, bakalavr pilləsi üzrə - diskret riyaziyyat kursu, riyazi məntiq və diskret riyaziyyat modelləri kursu, iqtisadi kibernetika kursu Magistratura pilləsi üzrə isə - diskret minimaks məsələləri, qeyri-hamar analizin bəzi məsələləri, iqtisadi sistemlərdə diskret proqpamlaşdırma üsulları dərslərini tələbələrə tədris edir. Onun tədqiqat sahəsinə - Qeyri-hamar optimizasiya məsələləri və İqtisadi dinamika modellərinin tədqiqi aiddir.
Sabir Həsənli
Həsənli Sabir Hüseyn oğlu (12 oktyabr 1945, Mahmudkənd, Noraşen rayonu) — Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) == Həyatı == Hacı Sabir Həsənli 1945-ci il oktyabrın 12-də Naxçıvanın indiki Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. 1968-ci ildə ADU-nun şərqşünaslıq fakutəsini, 1982-ci ildə Daşkənd İslam Universitetini bitirmişdir. 1966-1967-ci illərdə Yəmən Ərəb Respublikasında tərcüməçi işləmişdir. Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi almışdır. 2015 ci ilin yanvar ayından Heydər Məscidinin sədridir. Din tarixi və İslam fəlsəfəsinə dair "İman və elm", "Adəmdən Xatəmə", "Haqqa doğru", "İslam mədəniyyətində elm" kitablarının və elmi məqalələrin müəllifidir. Bakı İslam Univeristetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinidir. "Simurğ" Beynəlxalq Mədəniyyət assosiyasının vitse-presidentidir. Evlidir, 2 övladı var. == İstinadlar == == Xarici keçidlər == Sabir Həsənli Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Tərcümeyi-hal / Hacı Sabir Həsənli.
Sabir Həşimov
Sabir Həşimov (doğum 1939, Hacıqabul, Azərbaycan SSR - ölüm 2013) Azərbaycanlı hərbçi olmuşdur. == Həyatı == Sabir Hacıbala oğlu Həşimov 1939-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini Hacıqabulda (o vaxtkı Qazıməmməd) 15 nömrəli orta məktəbdə almışdır.1957-1990-cı illərdə keçmiş SSRİ-də xidmət etmiş, həmin illərdə Tbilisi Hərbi Artilleriya Məktəbini (1962) on il sonra isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib və raket-artilleriya silahları üzrə hərbi mühəndis ixtisasına yiyələnmişdir. 1975-1980-ci illərdə Macarıstanda məxfi hərbi hissədə Nüvə silahı üzrə mühəndis kimi fəaliyyət göstərmiş, 1992-1999-cu illər arası Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Həşimov Sabir 2013-cü il yanvar ayının 21-də vəfat etmişdir. İki oğlu və bir qızı var. Oğulları onun yolunu davam etdirir. Oğullarından biri polkovnik, digəri polkovnik-leytenantdır. == Fəaliyyəti == Azərbaycan Müdafiə Nazirliyinin, Milli Ordunun yaradılmasında rolu olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdir.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında xidmət göstərmişdir.
Sabir Mirzəyev
Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (riyaziyyatçı) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976).
Sabir Mustafayev
Sabir Mustafayev (d. 1939 - 11.3.2020) — Azərbaycan şairi, tərcüməçi. == Həyatı == Sabir Mustafa (Sabir Mustafayev) 1939-cu il 22 iyunda Qərbi Azərbaycanın Dərəçiçək mahalının Təkəli kəndində anadan olub. 1948-ci ildə Stalinin qərarı ilə ailəsi ilə birlikdə doğma yurd-yuvasından Saatlı rayonuna köçürülmüşdür. Ancaq orada istilərə tab gətirməyən Sabirin ailəsi Qazax rayonunun Göycəli kəndində məskunlaşmışdı. Sabir Mustafanın uşaqlıq illəri məhz saz-söz diyarı olan Qazax rayonunda keçib. Orta məktəbi də Göycəli kəndində bitirmişdir. 1959-cu ildə Azərbaycan Pedoqoji Dillər İnstitunu bitirdikdən sonra təyinatla Zaqatala rayonunda orta məktəb müəllimi kimi 3 il işləmişdir. Daha sonra Bakıdakı orta məktəbdə müəllim kimi, Azərnəşrdə, Yazıçı nəşriyyatda bədii ədəbiyyat üzrə redaktor kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən bu günə qədər Azərbaycan Dillər Universitetinin Tərcümə fakultəsində tədrislə məşğul olmuşdur, tələbələrinə tərcümə sənətinin incəliklərini, ingilis dilini yalnız bir dil kimi deyil bədii ifadə vasitəsi, ədəbiyyat dili kimi öyrədirdi.Uzun illər tərcümə sənəti ilə məşğul olan şair V. Şekspirin ölməz faciələri - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və s.
Sabir Məmmədli
Məmmədli Sabir Rza oğlu — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru. == Həyatı == Sabir Məmmədli 1959-cu ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. 1975-ci ildə Novo-Saratovka kənd orta məktəbini bitirib. 1981-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə başa vurub və bir il ərzində həmin fakültədə elmi tədqiqatçı kimi fəaliyyət göstərib. "Molodyoj Azerbaydjana" (Bakı), "Veçerniy Leninqrad" (Leninqrad), "Ladoqa" (Kirovsk), "Dnepr veçerniy" (Dnepropetrovsk), "Komsomolets Kubani" (Krasnodar) mətbuat orqanlarında sistematik şəkildə müxtəlif materiallarla çıxış edib. 1982–1985-ci ildə Sankt-Peterburq Dövlət Universiteti Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb. 1985-ci ildə "Mətbuat inqlabi strategiya və taktika ugrunda mübarizədə (birinci rus inqilabı illərində)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1991–1999-cu illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasında çalışıb, 1999-cu ildən Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışır. 2016-cı ildə "Azərbaycan mətbuatının inkişaf problemləri beynəlxalq təşkilatların media siyasəti kontekstində" mövzusunda doktorluq dissertsiyası müdafiə edib. Siyasi elmlər doktorudur.
Sabir Məmmədov
Sabir Məmmədov (aktyor) (d. 1961) — Azərbaycanlı aktyor. Sabir Məmmədov (kimyaçı) (d. 1937) — Kimyaçı alim. Sabir Məmmədov (astrofizik) (d. 1933) — Astrofizik alim. Sabir Məmmədov (deputat) (1944—1994) — Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı (1990—1994).
Sabir Novruzov
Sabir Novruzov (həkim)
Sabir Əliyev
Sabir Əliyev (geoloq) — Geologiya-mineralogiya elmləri doktoru; Sabir Əliyev (həkim) — tibb elmləri doktoru (1992), professor (1993); Sabir Əliyev (şair) — Azərbaycan şairi; Sabir Əliyev (füzulişünas) — Azərbaycan şairi, ədəbiyyatşünas; Sabir Əliyev (violonçel ifaçısı) — Azərbaycan SSR xalq artisti (1972); Sabir Əliyev (xanəndə) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2017).
Sabir Əzizli
Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan — 29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. == Həyatı == Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Sabir Adilov
Sabir Rahimoviç Adilov (özb. Sobir Rahimovich Odilov; 1 mart 1932, Daşkənd – 18 iyul 2002, Daşkənd) — Özbəkistan memarı, SSRİ xalq memarı (1981). O, Daşkəndin baş memarı (1970–1986) və onun memarlıq mərkəzinin müəlliflərindən biri (1966–1974) olmuşdur. Adilov 1975-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. == Mükafatlar == Özbəkistan SSR əməkdar inşaatçısı (1967). SSRİ xalq memarı (1981). SSRİ Dövlət mükafatı (1975) – Daşkənd mərkəzinin memarlıq-planlaşdırma həllinə görə. "Xalqlar dostluğu" ordeni.
Sabir Adnayev
Adnayev Sabir Adnayeviç (Rusiya Sovet Federativ Sosialist Respublikası) — 1949-cu il noyabrın 7-də SSRİ-nın Murom şəhərində (hazırkı Rusiya Federasiyasında) anadan olmuşdur, Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının əməkdar həkimi, fəlsəfə doktorudur. Azərbaycanda ilk özəl tibbi servis şirkəti "MediClub" MMM-nin, Sığorta şirkəti "A-Group" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və sahibi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) sabiq direktoru, Gürcüstanda isə "MediClubGeorgia"-nın təsisçisi və həmsahibidir. == Həyatı == Sabir Adnayev hərbi qulluqçu ailəsində anadan olub. Ailənin yeganə övladıdır. Atası – Adnayev Adna Bayramqulu oğlu – Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki, əməkdar çekist. Anası – Adnayeva Lyudmila Mixaylovna – əməkdar müəllim, fizika və riyaziyyət pedaqoqu. 1957-ci ildə ailə Bakıya köçüb. Sabir Adnayev Bakıda 160 saylı orta məktəbi bitirib. 1966–1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1983–1987-ci illərdə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "İctimai gigiyena və səhiyyənin təşkili" ixtisası üzrə qiyabı aspirantura keçib.
63 saylı Sabirabad birinci seçki dairəsi
64 saylı Sabirabad ikinci seçki dairəsi
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
Abbasbəyli (Sabirabad)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Axtaçı (Sabirabad)
Axtaçı (əvvəlki adı: Axtaçı Şaumyan) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Azadkənd (Sabirabad)
Azadkənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun Azadkənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Kür çayının sağ sahilində, Muğan düzündədir. Kür çayının daşması nəticəsində torpaqlar Şorlaşdığından Həşimxanlı kəndinin əhalisi indiki kəndin ərazisinə köçmüş, kənd 1938-ci ildən belə adlandırılmışdır. Oykonim azad (kicik, xırda; müstəqil) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "kicik kənd; müstəqil kənd" deməkdir. 1933-cu ildə Lerik və Kürdəmir rayonlarında da Azadkənd yaşayış məntəqələri qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Balakənd (Sabirabad)
Balakənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qalaqayın inzibati ərazi vahidində kənd. == Tarixi == Balakənd kəndi Muğan düzündədir. Oykonim bala və kənd komponentlərindən düzəlib, "kiçik yaşayış məntəqəsi" deməkdir.
Beşdəli (Sabirabad)
Beşdəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Etnotoponimdir.
Bulaqlı (Sabirabad)
Bulaqlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Sabirabad rayonunun faktiki mövcud olan "Tinglik sovxozu" yaşayış məntəqəsi Kürkəndi kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına Bulaqlı kəndi adı ilə daxil edilmişdir. == Din == Kənddə Bulaqlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Bulduq (Sabirabad)
Bulduq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 1797 nəfərdir (2009). == Din == Kənddə Bulduq kənd məscidi dini icması fəaliyyət göstərir.
Bünyadlı (Sabirabad)
Bünyadlı— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Cavad (Sabirabad)
Cavad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Tarixi Şirvanşahlar və Səfəvilər dövlətinin şəhəri, sonradan 18-ci əsrdə mövcud olmuş eyni adlı Cavad xanlığının və 1868-ci ilin fevralında yaradılan Cavad qəzasının (1916-cı ilədək) mərkəzi. == Cavad şəhəri == Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibələri dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606–1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər.
Cəngan (Sabirabad)
Cəngan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir. Yerə adını verən tarixi fakt Elxani hökmdarı Abaqa xanın Qızıl Orda ordusunu gözlədiyi cəngə əlverişli yer mənasını daşıyır.(bax.
Eldar Sabiroğlu
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət,hərbi siyasi və ictimai xadimi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013). == Həyatı == Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır. 1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur. Rus, erməni, türk dillərini bilir. === Ailəsi === 2 övladı var. == Üzvlükləri == Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?). 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Füzuli Sabiroğlu
Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor. == Həyatı == Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. 1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib. 2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
Gomuşçu (Sabirabad)
Gomuşçu— Azərbaycan Respublikasınin Sabirabad rayonunun rəsmi 75 ci kəndi. Gomuşçu kəndi 5 oktyabir 2023 ildən etibarən Yolçubəyli kəndinin vahidliyinən cixaraq Gomuşçu kəndi elan olunmuşdur.
Hikmət Sabiroğlu
Zeynalov Hikmət Sabir oğlu (Hikmət Sabiroğlu) — jurnalist. == Həyatı == Hikmət Sabiroğlu 1966-cı il yanvarın 1-də Şuşa şəhərində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azadlıq" qəzetində (müxbir, şöbə müdiri, redaktor müavini), "Press-fakt" qəzetində (müxbir), "Avropa" qəzetində (baş redaktor müavini), "III Sektor" jurnalında (redaktor), Mediaforum.az saytında (baş redaktor müavini) çalışıb, Transparency.az/cnews səhifəsinin redaktoru olub. Novator.az saytının baş redaktor müavinidir. 2007-ci ildə çapdan çıxmış "Qarabağ söhbətləri" kitabının müəllifidir. Hikmət Sabiroğlu "Qarabağ söhbətləri"ndə Qarabağın azad və abad günlərindəki yaşantılarını, uşaqlıq və yeniyetməlik çağlarının xatirələrini, Qarabağ müharibəsi, 1980-1990-cı illərdə - milli azadlıq hərəkatı dönəmində şahidi olduğu hadisələri qələmə alıb. Ailəlidir, 1 oğlu var.
Həsənli (Sabirabad)
Həsənli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
M.Ə.Sabir
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı – 12 iyul 1911, Şamaxı) — Azərbaycan şairi, mədəni inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Öz dövründə yaxın və orta şərqdə, xüsusilə Azərbaycanda "Mirzə" təxəllüsü ilə daha çox məşhurlaşmış Ələkbər Zeynalabudin oğlu Tahirzadə 1862-ci ilin 30 may tarixində qədim Şamaxıda şəhərində anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə, onu mollaxanaya qoymuşdu. Mirzə Ələkbər Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə, 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim Şirvani Mirzə Ələkbər Sabirə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı, orijinal şeirlərini də oxuyub redaktə edirdi. Mirzə Ələkbər Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Mirzə Ələkbər Sabirin həmin parçadan etdiyi tərcümə belə başlayırdı: Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənərək onu tez-tez məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
M.Ə.Sabir adına şəhər kütləvi kitabxana
Qəzli (Sabirabad)
Qəzli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Ruslan Sabirli
Rüstəmli (Sabirabad)
Rüstəmli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Sabir Əhmədov (şair)
Əhmədov Sabir Ağaqardaş oğlu (1954, Şamaxı rayonu – 28 iyun 1992) — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur. == Həyatı == Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır. Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Sabir Əliyev (şair)
Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, Dağlıq Qarabağ – 27 iyul 1977, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan şairi. == Həyatı == Sabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır.