ÇALQU

I
(Qarakilsə, Şahbuz, Şərur, Zəngilan)
1. b a x çalqi. – Çalquyu götü, həyəti süpür (Zəngilan)
2. böyük süpürgə düzəltmək üçün istifadə edilən nar, heyva və s. çubuqları. – Bu gün çalqu qırmağa gedəcəm (Şahbuz); – Qırdığım çalquları artdıyıf çalqu bağlıyacam (Zəngilan)
II
(Dərbənd)
dəryaz. – Çalquynan ot çaldım
ÇALQİ
ÇALQUDUZ