ÇAR

1. царь; 2. царский;
ÇAPOVULÇULUQ
ÇAR-NAÇAR
OBASTAN VİKİ
Çar (hərf)
𐕂 (səslənməsi: /tsˈ/; transkripsiyası: C̣, c̣) — Alban əlifbasının 19-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճառ (Čar̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və fonetik olaraq dil-yuvaq affrikatıdır. Rəqəm dəyəri 100-dür.
Çar Bombası
Çar Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Çar Rusiyası
Çar Rusiyası — 1547–1721-ci illərdə Rusiyanın rəsmi adı. Bəzi mənbələrdə Rusiya Çarlığı kimi də adlandırılır.
Çar Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Çar tankı
Çar tankı, Pipistrellus (yarasa cinsi) və ya Lebedenko Tankı (танк Лебеденко) mənası verən Netopyr (Нетопырь) olaraq da tanınır, Nikolai Jukovski (Николай Жуковский), Nikolai Lebukenko (Николай Лебедия), Boris Stechkin (Борис Стечкин) və 1914-cü ildən Alexander Mikulin (Александр Микулин) tərəfindən hazırlanmış qeyri-ənənəvi bir rus zirehli maşını idi. İlkin sınaqlardan sonra avtomobilin qeyri-kafi və top atəşinə qarşı həssas olduğu irəli sürüldükdən sonra layihə ləğv edilmişdir. Bu layihə sənaye dizaynı tələbələri arasında dizayn üçün uyğun olmayan mühəndisliyin dağıdıcı bir uğursuzluğu kimi tanınır. Müasir tanklardan fərqli olaraq, tırtıllardan istifadə etmirdi - əksinə üçtəkərli velosiped dizaynından istifadə edirdi. İki ön təkər ilə təxminən 9 metr (30 ft) diametrə malik olarkən; arxaya quraşdırılmış üçüncü təkərin diametri yalnız 1,5 metr (5 ft) idi. Üst top qülləsi təxminən 8 metr (26 ft) hündürlüyə çatmışdır. Gövdə sponsorlardakı toplarla 12 metr (39 ft) idi. Bundan əlavə, qar altında əlavə silahlar planlaşdırılırdı. Hər təkərə 250 at gücündə (190 kVt) Günəş şüası ilə işləyən mühərriklər güc verirdi. Böyük təkərlər əhəmiyyətli maneələri aşmaq üçün nəzərdə tutulmuşdu.
III Filip (çar)
Filip Arridey — Makedoniya çarlığının şəriki, II Filipin oğlu, Makedoniyalı İsgəndərin böyük ögey qardaşı. Əsl adı Arrideydir. Makedoniyalı İsgəndər ilə eyni ildə doğulmuş, lakin fərqli anaları olmuşdur. İlk dövrlərinə aid məlumat yoxdur. Qardaşının ölümü zamanı Babildə idi. Perdikkas İsgəndərin oğlunun doğumunu gözləməyi təklif edərkən digər sərkərdə Meleaqr hakimiyyətə Arrideyin gəlməsini dəstəkləyirdi. Meleaqr öldürülsə də uzlaşma olaraq Arridey, III Filip adı ilə şərik hökmdar elan olundu. Arrideyin şərik-hökmdar olması xəbərini eşidən bacısı Kinana öz qızı Evridikanı ona vermək üçün Babilə tələsdi. Perdikkas bunun olmasına icazə verə bilməzdi, bunun üçün də öz qardaşı Alkedası Kinananı öldürmək üçün göndərdi. Lakin bu qətl orduda narahatlıq yaratdı və Perdikkas bu evliliyə icazə verməli oldu.
Rütbələr (Çar Rusiyası)
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.
Çar ordusunun azərbaycanlı generalları
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Cəfərabad (Çaroymaq)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (6 ailə).
Cəlilabad (Çaroymaq)
Cəlilabad (fars. جليل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhristanının Qaraağac bölgəsinin Quruşay kəndistanında, Qaraçay qəsəbəsindən 30 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır(8 ailə).
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dəvəmeydanı (Çaroymaq)
Dəvəmeydanı (fars. دوه ميداني‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Dəvəyatağı (Çaroymaq-i Mərkəzi dehistanı)
Dəvəyatağı (fars. دوه ياتاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (24 ailə).
Dəvəyatağı (Çaroymaq-i Şərqi dehistanı)
Dəvəyatağı (fars. دوه ياتاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 548 nəfər yaşayır (72 ailə).
Elşən Çarhanlı
Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı – 20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları: Əkizlər — ("Dörd əkiz", P. Panşev) Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov) Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı) Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı) Saşka — ("Saşka", V. Kondratyev) 1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında əsas rolları: Neron — ("Neron oynayır", M. Xubai) Potso — ("Aydın", C. Cabbarlı) Məcnun — ("Leyli və Məcnun", M. Füzuli) Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qildestern — ("Hamlet", Vilyam Şekspir) Kleon — ("Herostatı unudun", Q. Qorin) Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə) Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə) Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu) Passifist – ("Generalın son əmri", V. Səmədoğlu) Fərrux şah – ("Qadın ilan", K. Qotsi) Məmmədəli – ("Dələduz", N. B. Vəzirov) Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı) Novruz bəy – ("Aydın", C. Cabbarlı) Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli) Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli) Əvəz – ("Kişi və qadın", Ə. Əmirli) Dilənçi – ("Varlı qadın", Ə. Əmirli) Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə) Vəzir – ("Yaxşı padşahın nağılı", Anar) Kişi – ("İmperator", E. Hüseynbəyli) Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə) Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin) Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla) Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla) Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla) Əbülüla – ("Şeyx Sənan", H. Cavid) Kral – ("Yatmış gözəl" B. Marvin) Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens) Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı) Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli) Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev) Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin) Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Əmir Teymur – ("Əlincə qalası" Dilsuz) Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq) Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy) Canavar — ("Qoğalın nağılı" Xalq nağılı) 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ernest Çarlz Nelson
Ernest Çarlz Nelson (ing. (Ernest) Charles Nelson) 15 sentyabr 1951, Belfast) İrlandiya botaniki.
Eygene Çarlz Katalan
Ejen Şarl Katalan (30 may 1814[…], Brügge – 14 fevral 1894[…], Lyej, Valloniya[d]) — riyaziyyatçı. Daimi kəsrlər, təsviredici həndəsə, ədədlər nəzəriyyəsi və kombinatoriks üzərində çalışmaları vardır.
Folkirk çarxı
Folkirk çarxı (ing. Falkirk Wheel) — Şotlandiyada Forth and Clyde Canal ilə the Union Canalı əlaqələndirən fırlanan gəmi qaldıran qurğudur. Gəmi qaldırıcı Millennium Link layihəsinin bir hissəsi kimi 1930-cu ildən bəri ilk dəfə olaraq iki kanalı yenidən birləşdirib və açılışı 2002-ci ildə olub. Gəmi qaldırıcının adı yaxınlıqdakı Folkirk şəhərinin şərəfinə adlandırılıb. Edinburqla Qlazqonu yenidən birləşdirən və əsas Şotland kanallarını bərpa etmək üçün hazırlanmış plana Şotland Müəssisələri Şəbəkəsi (ing. Scottish Enterprise Network), Avropa Regional İnkişaf Fondu (ing. European Regional Development Fund) və Millennium Commission, yeddi yerli hakimiyyət orqanlarının maliyyə dəstəyi və yardımı ilə British Waterways tərəfindən rəhbərlik edilib. Çarx gəmiləri 24 m-dək hündürlüyə qaldırır, ancaq Union Canal akvedukdan 11 metr daha yüksəkdir. Gəmilər Union Canal və çarxın yuxarısına çatmaq üçün iki şlüzün içərisindən keçməlidirlər. Folkirk çarxı dünyada bu tipli yeganə fırlanan qayıq qaldırıcıdır.
Fucəkəndi (Çaroymaq)
Fucəkəndi (fars. فوجه كندي‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (24 ailə).
Göl (Çaroymaq)
Göl (fars. گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Göleytar (Çaroymaq)
Göleytar (fars. گليتر‎) və ya Göleytarbulağı — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 162 nəfər yaşayır (23 ailə).
Göllər Qarasufi (Çaroymaq)
Göllər Qarasufi (fars. گللرقره صوفي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Göltəpə (Çaroymaq-i Mərkəzi dehistanı)
Göltəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (29 ailə).
Göydaş (Çaroymaq)
Göydaş (fars. ‎‎‎‎‎گوي داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (34 ailə).
Hammam (Çaroymaq)
Hammam (fars. حمام‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Hisar (Çaroymaq)
Hisar (fars. حصار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
III Leon (Abxaziya çarı)
III Leon (gürc. ლეონ III; bilinmir – ən tezi 967) — II Giorgidən sonra taxta çıxan və 960-969-cu illər arasında ölkəni idarə edən Abxaziya çarı. 926-cı ildə Leon sonuncu uğursuz üsyandan sonra II Georgi tərəfindən kor və kastrasiya edilmiş böyük qardaşı Konstantini Kartli çarı kimi əvəz etmişdir. II Georgi hökmdarı həmçinin Kartliyə iddia qaldıran II Kvirikenin hakimlik etdiyi ən şərqi gürcü knyazlığı olan Kaxetiyə qarşı kampaniyasını davam etdirmişdir. Georgi və Leonu Kvirikenin qardaşı olan kürəkəni Şahzadə Şurta dəstəkləmiş, ardınca Ucarma qalasını abxazlara vermişdir. Kvirike məğlub olmuş və həbs edilmiş, yalnız Abxaziya çarına tabe olduqdan sonra azad edilmişdir. Tezliklə Kvirike yenidən hücuma keçmiş və Kartlidə üsyana səbəb olmuşdur. 957-ci ildə Georgi oğlu Leonun başçılığı ilə böyük bir ordu göndərmiş, lakin çar ekspedisiyada ölmüş və Leon Kvirike ilə sülh bağlamaq məcburiyyətində qalmış, nəhayət kampaniyasını başa vurmuşdur. Kvirike oğlu Davidin qızı Leonla evlənməsinə razılıq verməyə məcbur qalmışdır. Sülh uzun sürmədi, çünki şahzadə tezliklə vəfat etmiş və iki tərəf arasında inamsızlıq yaranmışdı.
III Luarsab (Kartli çarı)
II Luarsab (gürc. ლუარსაბ II) — 1606–1615-ci illərdə hakimiyyətdə olmuş Kartli (şərqi Gürcüstan) çarı. Gürcüstan Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir. II Luarsab atası X Georginin qəfildən 1606-cı ildə vəfat etməsindən sonra 14 yaşında Kartli taxtına oturdu. Uşaqlıq dövründə Karli çarlığı saray müəllimi Şadiman Barataşvili tərəfindən idarə edilirdi. Bu dövrdə Səfəvi şahı I Abbas Osmanlı ordularını Gürcüstanın şərqindən uzaqlaşdırmaq və bölgədəki Osmanlı hökmranlığına son qoymaq fikrində idi. I Abbas Tiflisə müəyyən qədər qızılbaş qarnizonu yerləşdirmək və Luarsabı çar taxtına çıxarmaq istəyirdi. Osmanlılar Luarsabı və qüvvələrini aradan qaldırmağa qərar verdilər. 1609-cu ildə baş tutmuş Taşiskari döyüşündə Georgi Saakadzenin başçılıq etdiyi Kartli ordusu Osmanlı qüvvələrini məğlubiyyətə uğratdı. Bu qələbədən sonra Tiflis qalasının idarə edilməsi yenidən Luarsaba verildi.
III Pyotr (Bolqarıstan çarı)
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
III Çarlz
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
III Çarlz (Savoyya hersoqu)
III Çarlz (it. Carlo III di Savoia) və ya Yaxşı Çarlz (it. Carlo il Buono) (10 oktyabr 1486, Şaze-syur-En – 17 avqust 1553, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Klaudin Brosdur. 1536-cı ildə bacısı oğlu olan Fransa kralı I Fransisk tərəfindən hersoqluq işğal olundu və III Çarlz ölkədən qaçmağa məcbur oldu. Qalan ömrünü sürgündə keçirmişdir. John Roger Paas, The German Political Broadsheet, 1600–1700: 1600–1615, (Otto Harrassowitz, 1985), 67. Michael Mallett and Christine Shaw, The Italian Wars, 1494–1559, (Pearson Educational Limited, 2012), 230–231.
III Çarlz Emanuel (Savoyya hersoqu)
III Çarlz Emanuel (it. Carlo Emanuele III di Savoia) (27 aprel 1701[…], Turin – 20 fevral 1773[…], Turin, Sardiniya krallığı) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı XIII Lüdovikin nəvəsi Orleanlı Anna Mariyadır. Saray ənənələrinə uyğun olmayan evliliyi səbəbilə skandala səbəb olan atasının taxtdan çəkilməsiylə, gözlənilmədən Savoyya hersoqu və Sardiniya kralı oldu. Ancaq Şamberidəki qəsrində iqamət etməyə başlayan atası çox keçmədən dövlət işlərinə müdaxilə etməyə başladı və oğlunu bacarıqsızlıqla ittiham etdi. Ətrafına topladığı dəstəkçiləriylə yenidən taxtı ələ keçirmək cəhdinin ardından, atasını Rivoli qalasına həbs etdirdi. Çox keçmədən atası burada vəfat etdi. Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1985). L'Allemagne Dynastique, Tome IV – Wittelsbach. France: Laballery.
II Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı Bakxisin oğlu və davamçısıdır. Korinf çarı Agel Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 922-ci ildən 892-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Evdem olmuşdur.

Значение слова в других словарях