çəkicvuran

is. marteleur m

çəkiclənmək
çəkil
OBASTAN VİKİ
Çəkicvuran Rozi
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu. Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir. İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu. Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi. 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi. Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir. Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı. Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.

Значение слова в других словарях