çempion
çempionluq
OBASTAN VİKİ
Çempionat (sayt)
Championat.com — Rusiyanın idman internet-portalı.
1903 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1903-cü ildə Belçikanın Antverpen şəhərində keçirilmişdir.
1905 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1905-ci ildə Fransanın Bordo şəhərində keçirilmişdir.
1907 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 3-cü Dünya Çempionatı 1907-ci ilin iyun ayında Bohemiyanın Praqa şəhərində keçirilmişdir. == Medallar == Qeyd Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1909 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 4-cü Dünya Çempionatı 1909-cu ildə Lüksemburqda keçirilmişdir. == Medal cədvəli == Qeyd Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1911 Güləş üzrə Avropa Çempionatı
1911-ci ildə Güləş üzrə Avropa Çempionatı Budapeşt şəhərində (Avstriya-Macarıstan) keçirilmişdir. Güləş üzrə ilk Avropa Çempionatı idi. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1913 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 6-cı Dünya Çempionatı 15-16 noyabr 1909-cu ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. == Medal cədvəli == Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1921 Güləş üzrə Avropa Çempionatı
1921-ci ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Offenbax şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1924 Güləş üzrə Avropa Çempionatı
1924-cü ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Noynkirxen şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1925 Güləş üzrə Avropa Çempionatı
1925-ci ildə Güləş üzrə Avropa Çempionatı İtaliya Krallığının Milan şəhərində keçirilmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1926 Güləş üzrə Avropa Çempionatı
1926-cı ildə Güləş üzrə Avropa Çempionatı Latviyanın Riqa şəhərində keçirlmişdir. Yarışçılar yalnız Yunan-Roma güləşində mübarizə aparırdılar.
1927 Güləş üzrə Avropa Çempionatı
1927-ci ildə Güləş üzrə Avropa Çempionatı Macarıstanın Budapeşt şəhərində keçirlmişdir. Yarışçılar yalnız Yunan-Roma güləşində mübarizə aparırdılar.
1950-ci il basketbol üzrə dünya çempionatı
1950-ci il basketbol üzrə dünya çempionatı — Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında ilk dünya çempionatı. 1950-ci il 22 oktyabrdan 3 noyabradək Buenos-Ayresdə (Argentina) keçirilmişdir. == Tarixi == Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında dünya çempionatının keçirilməsi barədə Londonda 1948-ci il yay Olimpiya oyunları zamanı FİBA-nın konqresində qərar qəbul edilmişdir. Yalnız iki il sonra Argentinada 10 yığma komandanın iştirakı ilə ilk dünya çempionatı keçirilmiş, ev sahibi olan Argentina komandası bu çempionatda I yeri tutmuşdur. == Komandalar == Çempionatın iştirakçıları 1948-ci ildə FİBA-nın Dünya Konqresində müəyyənləşdirilmişdi. Qərara əsasən bu turnirdə çempionatın keçirildiyi ölkə — Argentinanın, 1948-ci il yay Olimpiya oyunlarının basketbol üzrə üç qalibinin (ABŞ, Fransa və Braziliya), basketbol üzrə 1949-cu il Avropa çempionatının qalibi olmuş Misir, basketbol üzrə Cənubi Amerika çempionatının iki ən yaxşı komandasının (Uruqvay və Çili), 1950-ci ilin yanvarında keçirilmiş Avropa təsnifat qrupunun iki ən fəal iştirakçısının (İtaliya və İspaniya) və təşkilatçı ölkələrin birgə qərarı ilə Ekvadorun kişilərdən ibarət yığma komandalarının iştirakı nəzərdə tutulmuşdur. İtaliya maliyyə problemləri ilə əlaqədar çempionatda iştirakdan imtina etdiyinə görə onu Avropa təsnifat turnirində üçüncü yeri tutmuş Yuqoslaviya əvəz etmişdir. Uruqvay siyasi səbəblərə görə təşkilatçı ölkələr tərəfindən yarışlara buraxılmamış və onu Perunun yığma komandası əvəz etmişdir. Avropa qitəsinin ən güclü komandalarından biri olan SSRİ yığması 1949-cu il Avropa çempionatında iştirak etmədiyinə görə dünya çempionatına dəvət olunmamışdır. İspaniya və Fransa yığmaları dünya birinciliyinin yarışa gecikdiklərinə görə açılış mərasimində iştirak etməmişlər.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962/1963 futbol üzrə Malta çempionatı
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1962 idman gimnastikası üzrə Dünya Çempionatı
15-ci idman gimnastikası üzrə Dünya Çempionatı 1962-ci ilin iyul ayının 3–8 tarixlərində Praqada (Çexoslovakiya) keçirilmişdir.
1963 KONKAKAF Çempionatı
1963 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1963) — 1963-cü ilin 23 mart – 7 aprel tarixləri arasında Salvadorda təşkil olunmuş ilk KONKAKAF Çempionatı. Turnirin qalibi Kosta-Rika milli futbol komandası olmuşdur.
1964 UEFA Avropa Çempionatı Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1965 KONKAKAF Çempionatı
1965 KONKAKAF Çempionatı (isp. Campeonato de Naciones de CONCACAF 1965) — 1965-ci ilin 28 mart – 11 aprel tarixləri arasında Qvatemalada təşkil olunmuş ikinci KONKAKAF Çempionatı. Turnirin qalibi Meksika milli futbol komandası olmuşdur. == Təsnifat turniri == === Karib zonası === Yamayka, Trinidad və Tobaqo, Dominikan Respublikası 1966 FİFA Dünya Kubokunun təsnifat oyunları ilə bu turnirin matçlarının üst-üstə düşməsi səbəbindən KONKAKAF Çempionatında iştirakdan imtina etdilər. Kuba millisinə isə turnirin ev sahibi olan Qvatemala viza verməkdən imtina etmişdir. Nəticədə Haiti və Niderland Antil adaları avtomatik olaraq final mərhələsinə vəsiqə qazanırlar. === Mərkəzi Amerika zonası === Panama təsnifat mərhələsi başlamamış turnirdə iştirakdan imtina edir. === Şimal zonası === ABŞ təsnifat mərhələsi başlamamış turnirdə iştirakdan imtina edir. Nəticədə Meksika avtomatik olaraq final mərhələsinə vəsiqə qazanır. == Stadion == Turnirin bütün matçları Qvatemala şəhərindəki "Estadio Mateo Flores" stadionunda keçirilmişdir.
1966-cı il futbol üzrə SSRİ çempionatı
1966-ci il futbol üzrə SSRİ çempionatı — SSRİ-nin 28-ci futbol çempionatı olmaqla, 1966-ci ilin 10 aprel — 30 noyabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur. == "А" dəstəsi == === Birinci qrup. ===
1990 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1990 — 1990-cı ildə Çində təşkil edilən, SSRİ-nin çempionluğu ilə bitən turnir. Avqust ayının səkkizində başlayan dünya çempionatı sentyabrın birində yekunlaşmışdır. Yarışda ilk dəfə olaraq Çin Taybeyinin milli komandası iştirak etmişdir. Onlarla yanaşı Misirin də debüt turniri olmuşdur.
1994-cü il futbol üzrə dünya çempionatının final oyunu
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib. Finalda Braziliya və İtaliya qarşılaşıb. İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi. Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular. Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.

Значение слова в других словарях