ÇİTKUŞU
ÇİVİLEMEK
OBASTAN VİKİ
Çivi
Çivi — maşın hissələrini birləşdirmək üçün tətbiq olunan hissədir. Onlar ən qədim və sadə maşın hissələrindəndir. Çivilər silindrik və konusformalı olurlar. Çivi ilə birləşən hissələr bir-birinə nəzərən həm hərkətli, həm də sərt bərkidilə bilərlər. Onlar qüvvə ötürmə qabiliyyətinə malikdirlər. Çivilərin ölçüləri onlara düşən yükdən asılı olaraq kəsilməyə, əyilməyə aparılan hesabatlar nəticəsində tapılır. Bu ölçülər standartlaşdırlmışdır.
Eldar Çiviç
Eldar Çivik (bosn. Eldar Ćivić; d. 28 may, 1996, Tuzla, Bosniya və Herseqovina) — Çexiya Birinci Liqasının Sparta Praqa futbol klubu və Bosniya və Herseqovina milli futbol komandasında sol cinah müdafiəçisi mövqeyində mübarizə aparan bosniyalı peşəkar futbolçu.
Çivinli
Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. 1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür.
Çivitavekkya
Çivitavekkya (it. Civitavecchia) — İtaliyanın Latsio regionunda şəhər.
Çivizadə Hacı Mehmed Əfəndi
Çivizadə Hacı Mehmed Əfəndi (1530, Konstantinopol – 6 may 1587, Konstantinopol) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı. Hicri 937-ci ildə (1530/31) İstanbulda dünyaya gəlmişdir. Şeyxülislam Çivizadə Muhiddin Mehmed Əfəndinin oğludur. 1543-cü ildə atası ilə birlikdə həccə getdi və döndükdən sonra Pərviz Əfəndi, Daşkörpülüzadə Əhməd Əfəndi, Malul Əmir Əfəndidən dərslər alaraq 1552-ci ildə mədrəsə təhsilini bitirdi. 1557–1564-cü illərdə Qasımpaşa, Mihrimah Sultan, Sahn-ı səman, Ayasofya və Süleymaniyə mədrəsələrində müdərris oldu. Daha sonra qazı olaraq 1569-cu ildə Dəməşq, bir il sonra Misir, 1572-ci ildə Bursa, ardından Ədirnə və 1575-ci ildə İstanbul qazısı oldu. Həmin il Anadolu başqazılığına, 1577 və 1581-ci illərdə iki dəfə Rumeli başqazılığına gətirildi. 21 yanvar 1582-ci ildə Malulzadə Mehmed Əfəndinin yerinə şeyxülislam oldu. 5 il 3 ay bu vəzifədə qaldıqdan sonra 6 may 1587-ci ildə vəba xəstəliyinə tutularaq vəfat etdi və Əyyubsultanda atasının yanına dəfn edildi. Güclü siyasi iradəsi olan Çivizadə Hacı Mehmed Əfəndinin şeyxülislamlığı dövründə adı müxtəlif siyasi və ictimai hadisələrə qarışmış, bunlara dair verdiyi fətvalar nümunəvi xarakter daşımışdır.
Çivizadə Muhiddin Mehmed Əfəndi
Çivizadə Muhiddin Mehmed Əfəndi (1476 və ya 1477, Muğla ili – 19 sentyabr 1547, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. Sultan Murad dövrünün şeyxülislamlarından Hacı Mehmed Əfəndinin atasıdır. Hicri 881-ci ildə (1476/77) dünyaya gəlmişdir. Mentəşəli müdərris və xəttat Çivi İlyas Əfəndinin oğludur. Kiçik yaşlarında atası vəfat etmiş, bu səbəbdən İstanbula gələrək burada əmisinin himayəsində böyümüşdür. İlk təhsilini Molla Bali, Tacizadə Sədi Çələbi və Fənərizadə Muhiddin Əfəndidən aldı. Ardından Qara Bali Əfəndinin müridi oldu. Bir müddət sonra dərs verməyə başlayan Çivizadə Ədirnədə Bəylərbəyi, Bursada Əhməd Paşa və Fərhadiyyə mədrəsələrində müdərrislik etdi və bu illərdə diqqətləri öz üzərinə çəkdi. Əhməd Paşanın yeni inşa etdirdiyi Çorlu mədrəsəsinə baş müdərris olaraq seçilsə də, qısa müddət sonra Misir bəylərbəyi seçilən Əhməd Paşanın burada üsyan başlatması səbəbilə paşanın Çorludakı mədrəsəsində dərs verməkdən imtina etdi və İstanbula qayıtdı. İstanbulda Mahmud Paşa mədrəsəsində, Ədirnədə Üç şərəfəli mədrəsə və İstanbulda Sahn-ı Səman mədrəsəsində müdərris oldu.
Çividate al Piano
Çividate al Piano (it. Cividate al Piano) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4882 nəfər, əhalinin sıxlığı 542 nəfər/km²-dir. Sahəsi 9 km² ərazini tutur. Poçt kodu — 24050. Telefon kodu — 0363. 1191-ci ildə kommuna ərazisində Cremona tərəfindən dəstəklənən Berqamo və Milanın dəstəklədiyi Brescia kommunaları arasında Rudiano döyüşü baş verib. İtalyan tenor Eliodoro Bianki 1773-cü ildə Çividate al Pianoda anadan olub.

Значение слова в других словарях