Çomaxtur
Çomaxtur — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndi Yengicə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çomaxtur kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Düzənlikdədir.Çomaxdur, Çamaxtur variantlarında da qeydə alınmışdır. Güman ki, əsli Çamaxdar olan bu oykonim "şadaraçı" deməkdir.
Çomaxtur kəndi Sərur düzündə yerləşən kəndlərdəndir. İqlimi Naxşıvanın digər ərazilərinin iqlimi kimi kəskin kontinentaldır: yayı isti və quraq, qışı soyuq və orta qarlıdır. Ən yüksək tempratur, yayda günorta müsbət 45°-48°-yə, qışda gecə mənfi 35°-40°-yə qədər yüksəlir.
Torpaqı çox məhsuldardır. Əksər bitkilərin yetişməsinə imkan verir. Əkinçilik tamamilə suvarmaya əsaslanır.