Meşə ilə örtülü ərazilərin miqyası
Meşə ilə örtülü ərazilərin miqyası— meşə salma və bərpa tədbirləri.
== Haqqında ==
Meşələrin mühafizəsi və artırılması sahəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 12 faizinədək artmışdır.
Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırılması ilə əlaqədar fəaliyyətin qarşısını almaq üçün həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qanunsuz ağac kəsilməsi halları ilbəil azalmışdır.
Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində son 2001-dən – 2018-ci ilə dək il ərzində 164 854 ha sahədə meşəbərpa tədbirləri aparılmışdır ki, bununda 56080 hektarı meşə əkini və səpini işləridir.
Bu müddətdə cəmi 108827 ha sahə, o cümlədən meşə əkini və səpinindən 35117 hektarı cavan ağaclıqların yetişdirib qiymətli meşə ağaclıqlar kateqoriyasına keçirilmişdir.
Toxumluq sahələrdən 59287 kq toxum tədarük edilmişdir. Bu müddət ərzində meşə və meyvə cinslərindən 488,7 milyon ədəd əkin materialları yetişdirilmişdir.
Yardımçı təsərrüfat sahəsi üzrə 2003-2017-ci illər ərzində 12258,48 ton təbii ot, 316,5 ton taxıl, 693,22 ton cır meyvə və giləmeyvələr, 140,99 ton sitrus meyvələr, 491,66 ton bağ meyvələri, 33607 kq əmtəə balı, 570,95 ton qoz meyvəlilər, 454,90 ton bostan tərəvəz və 1440,72 ton nar tədarük edilmişdir.