üzü yumşaq

to be soft-hearted / to be mild / to be friable быть мягкотелым
üzü üzlər görmüş
üzüaşağı sürüşmək
OBASTAN VİKİ
Dağ Üzü
Dağ Üzü — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dağ Üzü Yardımlı rayonunun Çay Üzü inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Keçmiş adı İlkin Üzü olunmuşdur. İnqilabdan əvvəl burada Üzü adlı bir kənd olmuşdur. Bu kənddən çıxmış ailələr sonralar çay sahilində yeni yaşayış məntəqəsi salmış və onu Çay Üzü adlandırmışdılar. Dağ yamacındakı əvvəlki Üzü kəndi isə Dağ Üzü adını almışdır.
Çay Üzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. Triticum aestivum subsp. aestivum Triticum aestivum subsp. compactum (Host) H.Messik. Triticum aestivum subsp. macha (Dekapr. & Menabde) McKey Triticum aestivum subsp. spelta (L.) Thell. Triticum aestivum subsp.
Yumşaq deysiya
Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Çində geniş yayılmışdır. Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir.
Yumşaq güc
Yumşaq güc (ing. soft power) — siyasi hakimiyyət forması. Yumşaq gücə apellyasiya və cazibə yolu ilə başqalarının üstünlüklərini formalaşdırmaq qabiliyyəti daxildir. Yumşaq gücün əsas xüsusiyyəti qeyri-zorakılıqdır; yumşaq gücün valyutası isə mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir. Fransa uzun zaman böyük miqdarda yumşaq güc tətbiq etmişdir. Fransa və onun mədəniyyətinin əsrlər boyu dünyanın bir çox yerlərində heyranı olmuşdur; Tomas Cefferson "Hər bir insanın iki ölkəsi, özü və Fransası var" ifadəsi buna nümunədir. 2017-ci ildə Fransada dünyanın ən böyük diplomatik şəbəkəsi sırasında üçüncü idi.
Yumşaq itburnu
Yumşaq itburnu (lat. Rosa mollis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Albaniya, Belgiya, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norvegiya, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belorusiya, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir. Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.
Yumşaq şinus
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Yumşaq qargiləmeyvə
Yumşaq qargiləmeyvə (lat. Symphoricarpos mollis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
Yumşaq bacarıqlar
Çevik və ya yumşaq bacarıqlar (ing. soft skills) — şəxsi keyfiyyətlərlə sıx əlaqəli olan ümumi bacarıqlar kompleksi olub hər bir peşədə bu və ya digər şəkildə vacibdir. Yumşaq bacarıqlar tənqidi düşüncə, problem həll etmə, ictimai nitq, işgüzar ünsiyyət, komanda işi, rəqəmsal ünsiyyət, fəaliyyətin təşkili kimi qəbul edilir ki, bunlara da liderlik keyfiyyətlərinin səviyyəsi, əmək etikası üzrə biliklər, nizam-intizam, məsuliyyət hissi təsir edir. Hal-hazırda (2022-ci ilə qədər) gələcəyin dörd əsas yumşaq bacarığı (4K bacarıqları) ayırd edilir: yaradıcılıq, ünsiyyət, əməkdaşlıq, tənqidilik . Yumşaq bacarıqlardan fərqli olaraq, yüksək ixtisaslaşdırılmış peşəkar biliklər (ing. hard skills) də mövcuddur ki, bunlar mənimsənilməsi daha çətindir və o qədər də geniş istifadə olunmur. Yumşaq bacarıqların tərifinin xarakteri elədir ki, onları obyektiv şəkildə araşdırmaq mümkün deyil. Bir çox cəhətdən onlar müəyyən bir insanın şəxsi xüsusiyyətlərindən asılıdır: onun mentaliteti, düşüncə tərzi, digər insanlara münasibəti və ümumiyyətlə həyata baxışları . Bununla belə, müəyyən bir qrup bacarıqlar üçün bu gün onların inkişaf səviyyəsini qiymətləndirməyə kömək etmək üçün testlər və müsahibələr aparılır . Bu termin inkişaf etmiş ölkələrdə 2000-ci illərdən sonra geniş istifadə olunmağa başladı.
Yumşaq hüquq
Yumşaq hüquq (ing. soft law) — hüquqi qüvvəsi “müzakirə” mərhələsində olan qaydalar və göstərişlər toplusudur. Yalnız “xarici ifadə formasına” malik olan münasibətlərin yeni forması, yəni anlayışlar şəklində “formal müəyyənlik” və s. Yumşaq hüquq hüquqi cəhətdən məcburi olmayan və ya ənənəvi hüququn məcburi qüvvəsindən “zəif” olan alətlərə aiddir. Çox vaxt sərt hüquq anlayışı ilə ziddiyyət təşkil edir. Məsələn, Avropa tədqiqatlarında yumşaq hüquq elə konseptuallaşdırılıb ki, o, adi, sərt hüquqdan daha təsirli və daha az repressiv olan tənzimləmə sistemlərini axtarıb mənimsədiyini iddia edir. Ənənəvi olaraq, "yumşaq hüquq" termini beynəlxalq hüquqla əlaqələndirilir, baxmayaraq ki, son vaxtlar o, daxili hüququn sahələrinə, eləcə də korporativ idarəetmə sahəsinə tətbiq olunmağa başlamışdır. Yumşaq hüquq kontekst yaratmaq və formalaşdırmaları kəskinləşdirmək vasitəsi kimi nəzərdən keçirilə bilər ki, bunun əsasında gələcəkdə adi, sərt hüquq formalaşa bilər . Yumşaq hüquq hüquqi qüvvəsi “danışıqlar” altında olan qaydalar və təlimatlar toplusudur. 1970-ci illərdən başlayaraq beynəlxalq hüquqda meydana çıxdı.
Softstarter (yumşaq başlanğıc)
Yumşaq işəsalma cihazı (ing. softstarter) — işləyən maşının kiçik bir başlanğıc anı olan elektrik mühərriklərinin yumşaq işə salınması (dayanması) üçün istifadə olunan mexaniki, elektrik (elektron) və ya elektromexaniki cihazdır.
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır. Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qara Qızılın Qara Üzü (1990)
Transformerlər 3: Ayın Qaranlıq Üzü
Transformerlər 3: Ayın Qaranlıq Tərəfi (ing. Transformers: Dark of the Moon) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Maykl Beyin rejissorluq etdiyi filmin baş rollarında Şaya LaBaf və Rouzi Hantinqton-Uaytli çəkilmişlər. Transformerlər: Məğlubların qisası filmin davamı. 1961-ci ildə avtobotlar və deseptikonlar arasındakı müharibəni bitirə biləcək bir kəşf daşıyan Saybetron kosmik gəmisi Ark vurularaq Ayın qaranlıq üzünə çırpılır. Qəza NASA tərəfindən aşkarlanır və ABŞ prezidenti Kenedi kosmik gəmini tədqiq etmək üçün Aya insan göndərmək təklifini qəbul edir. 1969-cu ildə Apollo-11 Aya enir və heyət Arkı araşdırmağa başlayır. Prezident Riçard Nikson bu tapşırığın detallarının gizli saxlanılması əmrini verir. Misir Müharibəsindən 3 il sonra Avtobotlar ABŞ ordusuna dünya miqyasında böyük toqquşmaları qabaqlamaq üçün kömək edir. Şühbəli yadplanetli texnologiyasını araşdırmaq üçün Ukraynanın Çernobil əyalətindəki bir əməliyyatda Deseptikon alim Şokveyv və nəhəng soxulcan robotu Driller tərəfindən hücuma məruz qalırlar.
Yumşaq tüklü qızıl (film, 1969)
Elmi-kütləvi film Argentinadan Azərbaycana gətirilmiş qəribə qonağın — qunduzun Azərbaycanda artırılmasından bəhs edir.
Qara qızılın qara üzü (film, 1990)