ÜZLÜ

ÜZLÜ I sif. Üzü qəşəng olan. Məni xəbər alsa gül üzlü canan; Salam deyərsiniz yara, buludlar (B.Azəroğlu).

ÜZLÜ II sif. Yağlı. Stolun üstündə ilıq yumurta, qaynar süd, üzlü pendir, kərə yağ, şirin çay var idi (Ə.Vəliyev).

ÜZLÜ III sif. Həyasız, sırtıq; riyakar. Yox böylə iki dilli, yaman üzlü cəfakar; Böylə fələk olmaz! (M.Ə.Sabir).

ÜZƏNGİ
ÜZMƏK

Значение слова в других словарях