Şöbə

1) bir sistem daxilində ayrıca idarənin, təşkilatın, müəssisənin və s.-nin bölməsi, hissəsi. Məsələn, rabitə şöbəsi; 2) fakültə mənasında; Məsələn, Universitetin hüquq şöbəsi; 3) müəssisə və təşkilatın, şirkət, bank, birjanın struktur bölməsi.
Şlüz
Şrift
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya Şöbəsi
Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya şöbəsi, Əksinqilabla mübarizə təşkilatı ləğv edildikdən sonra yaradılan təşkilat. ƏMT-nin ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nin təhqiqat, müşahidə, axtarış, həbs və s. Funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi. İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi. İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbs edilməsi böyük əks-səda doğurmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları maddəsi.
Rusiya Dövlət Bankının Bakı şöbəsi
Rusiya Dövlət Bankının Bakı şöbəsi — Rusiya Dövlət Bankının yerli qurumlarından biri. 1875-ci il iyulun 6-dan fəaliyyətə başlamışdı. Bankın sərəncamında xəzinədarlıq və kredit idarələri vardı. Rusiyada Fevral inqilabından (1917) sonrakı hərc-mərclik dövründə bank əməliyyatları dayandırılmışdı. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Cümhuriyyət Hökumətinin əsas vəzifələrindon biri bankın fəaliyyətinin bərpası oldu. Bu sahədə hökumətin ilk tədbiri bankın uçot əməliyyatlarının yenidən başlanması haqqında 1918-ci il 23 iyun tarixli qərarı idi. 1918-ci il dekabrın 24-də neft sənayesi müəssisələrinə borc vermək üçün maliyyə nazirliyinə 2 milyon rubl məbləğində kredit açılması barədə qərar qəbul edildi. Həmin borc veksellərlə (borc sənədi) təmin olunmalı, Dövlət bankının uçot (hesabaalma) komitəsi borc verilən sahibkarların borc-ödəmə qabiliyyətini aydınlaşdırmalı idi. 1919-cu il martın 17-də fəhlələrə əmək haqqı verməkdən ötrü neft sənayeçilərinə maliyyə yardımı ayrılmışdı. Maliyyə yardımının verilməsi əməliyyatını Bankın Bakı şöbəsi aparırdı.
Xüsusi Müharibə Şöbəsi
Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir. NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.

Значение слова в других словарях