şəkləyə-şəkləyə
şəksiz
OBASTAN VİKİ
Cümhuriyyətin 9 şəkli
Cümhuriyyətin 9 şəkli — Azərbaycan Xalq Cümhuriyyəti haqqında çəkilmiş bədii-sənədli film. Ssenaristi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri isə Əliağa Məmmədovdur. == Haqqında == Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu" Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib. === Sujeti === Filmin ssenari müəllifi bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rolu təsvir etməyə çalışıb. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Bu şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir. Vizual mətnin əsas məqsədi iki illik tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsi, tamaşaçıya sadə dildə tarixin çatdırılmasıdır. İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər xüsusi olaraq filmdə vurğulanır. Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki nəslin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir.
Cümhuriyyətin 9 şəkli (film, 2018)

Şəklimi çək (mahnı)

Значение слова в других словарях