Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səkkiz
Səkkiz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Yeddidən sonra, doqquzdan əvvəl gəlir. Əski təsəvvurləri qoruyub cağımıza catdıran mənbələrdə elə səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin ufuqi və şaquli vəziyyətini simvollaşdırır. Bundan savayı, bəzi turk xalqlarının mifoloji inamlarına gorə, səkkiz sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada gorə, dord kimi səkkiz də yeraltı aləmin, gecənin, qışın simvoludur. Səkkiz sayının sehrli məna daşımasına, dunyanın ufuqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli duşunmuş və butun kainatı nurlandıran Gunəşi də elə səkkizşualı təsəvvur etmişlər. Yəni Gunəşin səkkiz şuası dunyanın səkkiz guşəsinə istilik, işıq paylayır. Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan Dovlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.
Sənsiz
Sənsiz (romans)
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Altmış səkkiz
Altmış səkkiz — say sistemində ədədlərdən biridir. Altmış yeddidən sonra, altmış doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Doxsan səkliz
Doxsan səkkiz — say sistemində ədədlərdən biridir. Doxsan yeddidən sonra, doxsan doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On səkkiz
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz səkkiz
Otuz səkkiz — say sistemində ədədlərdən biridir. Otuz yeddidən sonra, otuz doqquzdan əvvəl gəlir. Otuz səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Sənsiz (1968)
Sənsiz (1991)
Sənsiz (albom)
"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Səssiz Film
Səssiz film — sinxron səs yazılışı olmayan, sadəcə dialoqlardan ibarət olan film. Belə filmlərin texnologiyası 1860-cı illərdə ixtira olunmuşdur. İlk səssiz film 1888-ci ildə çəkilmişdir. Amerikalı məşhur kinorejissor və prodüser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada ekranda əks etdirən Qriffis indiki dövrdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi, film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi. Birinci dünya müharibəsi sonrası yorğun və dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış "UFA" adlı şirkət alman kinosunu Veymar Cumhuriyyəti dövründə (1919–1933) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi "Ernst Lubitsch’in Madame Du Barry" (1919) və "Anna Boleyn" (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin "Doktor Kaliqarinin müayinəxanası" (Das Kabinen des Dr. Caligari) (1919) filmi oldu.
Səssiz ev
Səssiz ev — Orxan Pamukun Cövdət bəy və oğullarından sonra yayımlandığı ikinci romanı(1983).Roman 3 nəfərin nənələrini ziyarət etmək üçün İstanbul yaxınlığındakı Cənnəthisar qəsəbəsində keçirdikləri həftəni anlatır. Səssiz ev romanı 32 fəsildən ibarətdir. Hər bir fəsil bir obrazın dilindən izah edilir. Roman qurğusunda göründükləri sıra ilə beş anlatıcının adları belədir: Rəcəb, Böyükxanım, Həsən, Fərrux, Metin. İlk fəslin anlatıcısı Rəcəb, son fəslin anlatıcısı isə Böyükxanımdır. Anlatıcıların hər birinı düşən fəlis sayı, çoxdan aza doğru belədir: Həsən (8bölüm), Böyükxanım (7bölüm), Rəcəb (6bölüm) , Fərrux (6bölüm), Metin (5bölüm). İzah etdikləri fəsillər əsasında obrazlar: Yer: Cənnəthisar Zaman: İyul 1980. Hadisələr 12 sentyabr 1980 hərbi çevrilişindən təxmini bir ay əvvəl baş verir. Ona görə də roman böyük bir siyasi gərginliyin izlərini daşıyır. Behcet Necatigil "Ədəbiyyatımızda əsərlər sözlüyü" kitabında səssiz evin süjetini belə ümumiləşdirir: •Roman Gebzeyə bağlı Cənnəthisarda köhnə, böyük, səssiz bir evdə başlayır.
Səssiz zona
Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur. Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur. 1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi.
Yetmiş səkkiz
Yetmiş səkkiz — say sistemində ədədlərdən biridir. Yetmiş yeddidən sonra, yetmiş doqquzdan əvvəl gəlir. Yetmiş səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi səkkiz
İyirmi səkkiz — say sistemində ədədlərdən biridir. İyirmi yeddidən sonra, İyirmi doqquzdən əvvəl gəlir. İyirmi səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli səkkiz
Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür.
Seksizm
Seksizm (ing. sexism lat. sexus "cins") — insanlara qarşı qərəz və qərəzlərin məcmusu və ya insanlara cinsinə görə ayrı-seçkilik; müəyyən cinsdən olan insanlara qarşı qərəz, mənfi münasibət və ya antipatiya. Baxmayaraq ki, kişilərə qarşı da seksizm var, amma ən çox bu termin qadınlara qarşı ayrı-seçkilik mənasında işlənir. Seksist xurafat bütün dünyada, o cümlədən nisbətən demokratik və eqalitarist hesab edilən müasir cəmiyyətlərdə belə rast gəlinir . O, ailə, təhsil, səhiyyə, din kimi müxtəlif sosial institutların bir hissəsidir və siyasət, iqtisadiyyat, media, incəsənət və dil kimi müxtəlif sahələrdə mövcuddur. Seksizm ideologiyası kişi və qadını bir-birinə qarşı qoyur, onlara əks xüsusiyyətlər aid edir. Bəzi formalarda kişilərin üstünlüyünə, qadınların tabeliyinə haqq qazandırır, bu bərabərsizliyin təbii mənşəyini irəli sürür. Həmçinin müasir cəmiyyətlərdə qadınlara qarşı ayrı-seçkiliyin keçmişin problemi olduğu, gender bərabərsizliyi və ya qadınların öz hüquqlarını müdafiə etmək cəhdləri ilə bağlı məlumatlara mənfi reaksiyalar olduğu qənaəti də geniş yayılmışdır. "Seksizm" sözü ABŞ- da " ikinci dalğa " feminist hərəkatının üzvləri tərəfindən istifadəyə daxil edilmiş və onu " rasizm ", yəni irqçilik sözü ilə bənzətmə yolu ilə formalaşdırmışdılar.
Seksi
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Boğaz seksi
Boğaz seksi — cinsi əlaqənin bir növü. Oral olaraq edilir. Bu seks növü Fellationun bir versiyasıdır. Termin ereksiya halında olan penisin digər cinsi partnyorun ağız nahiyəsindən boğazına qədər məcburi bir formada salınması ilə baş tutan cinsi əlaqə növü üçün istifadə edilir. Bəzən oral və yaxud da anal əlaqə yerinə yalnız bu üsulla qarşı tərəfin orqazmına qədər bu proses davam etdirilir. Boğaz seksində ereksiya halında olan penisin boğazın arxasına çatması üçün kifayət qədər uzun olması vacibdir. Olduqca çətin seks növü olan dərin boğaz seksində (deep throat) bəzi insanlar öyümə refleksi verə bilir, bəziləri isə qarşısındakı cinsi partnyorunun orqazmına qədər penis başını əmərək bu formada bu seks növünü həyata keçirirlər . Əlaqə digər seks pozaları ilə davam etdirilə bilər. Boğaz seksi 69 seks pozasında da davam etdirilə bilər. Ümumiyyətlə, boğaz seksi üzərində edilən şəxs nəzarətdə olur və boğaz seksi etdirən şəxsi öz istəyi ilə istiqamətləndirir.
Hava seksi
Hava seksi (エアセックス, Ea sekkusu) – Yaponiyada ixtira edilmiş performans sənəti. Paltar geyinmiş kişi və ya qadın iştirakçılar xəyali, yəni olmayan partnerlə sekslə məşğul olmağa çalışırlar. Hava seksi məşğuliyyəti 2006-cı ildə sevgilisi olmayan bir qrup yapon oğlan tərəfindən ixtira edilmişdir. == Tarixi == Məşğuliyyət 2006-cı ildə Yaponiyanın "Weekly Playboy" jurnalı, daha sonra ingilisdilli "Mainichi Daily News" veb-saytı tərəfindən işıqlandırılmışdır. 2007-ci ilin yanvarında isə YouTube-a "Hava seksi üzrə dünya çempionatı" videosu yüklənmişdir. BBC Three kanalında yayımlanan "Yapanorama" sənədli serialı 2007-ci ilin martındakı bir epizodunu hava seksinə həsr etmişdir. == Müsabiqələr == Hava seksi məşğuliyyətinin ABŞ-da populyarlıq qazanmasından sonra ABŞ-də hava seksi üzrə müsabiqələr keçirilməyə başlanmışdır. 2008-ci ildə keçirilmiş hava seksi müsabiqəsinin qalibi Sed Lerry adlı şəxs olmuşdur. 2009-cu ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində "Alamo Drafthouse" tərəfindən Hava Seksi üzrə Dünya Çempionatlarına start verilmişdir. Hava seksi məşğuliyyəti ilə məşğul olarkən müxtəlif qaydalar tətbiq oluna bilər.
Qrup seksi
Qrup seks — ikidən daha artıq şəxsin birlikdə cinsi əlaqədə olması. Fərdlər arasında heç bir cins məhdudiyyəti yoxdur. Qrup seksə pornoqrafik filmlərdə tez-tez yer verilir. Ümumi olaraq 2-dən artıq fərdin cinsi əlaqədə olması qrup seks adlandırılsa da, bəzi növlərinin xüsusi adları vardır: Qızçiçəyi zənciri - bir qrup iştirakçı bir-birinə dairəvi formada cunnilingus və ya fellatio edir. Hər bir iştirakçı "verici" və "alıcı" rolunda çıxış edir; Üçlü (üçləmə) — 3 şəxsin cinsi əlaqədə olması; Dabl penetrasyon — iştirakçılardan biri qadın, ikisi erkəkdir. Erkək fərdlər qadınla eyni anda həm vagina, həm də anus yolu ilə cinsi əlaqədə olurlar; Dördlü — 4 şəxsin cinsi əlaqədə olması; Dəstə patlaması (toplu təcavüz) — eyni insanla eyni vaxtda və ya sırayla seks edən çox insanlar 2015-ci ildə ABŞ-də keçirilən anket sorğusunun nəticələri kişilərin qadınlardan daha böyük faizlə ömür boyu üçlü və ya qrup sekslə məşğul olduqlarını müəyyən etdi.
Seksi cazibə
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Gecələr sənsiz (mahnı)
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Şəkil
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Xəkriz (Biləsuvar)
Xəkriz (fars. خاكريز‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (44 ailə).
Xəkriz (İcrud)
Xəkriz (fars. خاكريز‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (41 ailə).
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Sekişo
Sekişo (関所), qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri. Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu. Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu. İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu. Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı. İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər. Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir. Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar. Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı. Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar.
Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis — müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik olub, törədicinin növündən asılı olmayaraq bədənin özünəməxsus cavab reaksiyası və eyni tipli kliniki mənzərə ilə özünü büruzə verir. Sepsis — bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir. Bakteriemiya (septisemiya) — qan dövranında canlı bakteriyalar və onların toksinlərinin olmasına deyilir. Sepsisin sonrakı kliniki gedişi bədəndə olan irinli iltihab ocağına və oradan başlayan bakteriemiyaya ayrı-ayrı üzv və sistemlərin cavab reaksiyası ilə təzahür edir. Üzv və sistemlərin iltihaba və ağır zədələnmələrə cavab reaksiyası sindromu — aşağıda göstərilən əlamətlərlə özünü büruzə verir: bədənin hərarəti 38°C-yə qədər yüksəlir, yaxud 36° C-dən aşağı düşür; nəbz vurğusu 90-ı keçir; tənəffüsün sayı 20-ni ötür, yaxud karbon qazının parsial təzyiqi qanda 32 mm civə sütunundan aşağı olur; qanda neytrofil leykositlərin sayı 12.109/l-dən yuxarı, yaxud 4.109/l-dən aşağı olur; çubuq nüvəli leykositlərin sayı artır, sola meyillilik müşahidə olunur. Sadalanan əlamətlərdən 2 və artığı xəstədə qeyd edildikdə həmin sindrom müəyyən edilir. Yeni terminologiyaya görə sepsis müvafiq infeksiya ocağı olduğu halda inkişaf edən iltihaba sistemli reaksiya sindromudur.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Seksist
Seksizm (ing. sexism lat. sexus "cins") — insanlara qarşı qərəz və qərəzlərin məcmusu və ya insanlara cinsinə görə ayrı-seçkilik; müəyyən cinsdən olan insanlara qarşı qərəz, mənfi münasibət və ya antipatiya. Baxmayaraq ki, kişilərə qarşı da seksizm var, amma ən çox bu termin qadınlara qarşı ayrı-seçkilik mənasında işlənir. Seksist xurafat bütün dünyada, o cümlədən nisbətən demokratik və eqalitarist hesab edilən müasir cəmiyyətlərdə belə rast gəlinir . O, ailə, təhsil, səhiyyə, din kimi müxtəlif sosial institutların bir hissəsidir və siyasət, iqtisadiyyat, media, incəsənət və dil kimi müxtəlif sahələrdə mövcuddur. Seksizm ideologiyası kişi və qadını bir-birinə qarşı qoyur, onlara əks xüsusiyyətlər aid edir. Bəzi formalarda kişilərin üstünlüyünə, qadınların tabeliyinə haqq qazandırır, bu bərabərsizliyin təbii mənşəyini irəli sürür. Həmçinin müasir cəmiyyətlərdə qadınlara qarşı ayrı-seçkiliyin keçmişin problemi olduğu, gender bərabərsizliyi və ya qadınların öz hüquqlarını müdafiə etmək cəhdləri ilə bağlı məlumatlara mənfi reaksiyalar olduğu qənaəti də geniş yayılmışdır. "Seksizm" sözü ABŞ- da " ikinci dalğa " feminist hərəkatının üzvləri tərəfindən istifadəyə daxil edilmiş və onu " rasizm ", yəni irqçilik sözü ilə bənzətmə yolu ilə formalaşdırmışdılar.